CRISPR ilə 2017-də həyata keçirilmiş 9 inqilabi yenilik

Əsrin ən mühüm kəşflərindən biri sayılan CRISPR/CAS9 genetik texnologiyası 2017-də tibb üçün inqilabi yeniliklərə yol açdı. Gəlin bu tədqiqatları birlikdə nəzərdən keçirək.
Video: Crispr nədir?
1.Crispr daha dəqiq və təhlükəsiz oldu
Crispr, DNAmolekulunda ikiqat zəncir qırılmaları yaradaraq gen redaktəsini həyata keçirir. Lakin bəzi hallarda Crispr fərqli gen sahələrini hədəfləyərək genomda pozuntulara yol açır. Crispr ilk hazırlandığı vaxtlarda yalnız bütün geni redaktə etmək imkanı verirdi. 2017-də hazırlanmış üsulla gendə tək nukleotid (DNA-nın əsas quruluş vahidi) dəyişiklikləri etmək mümkün oldu. Bu, xüsusilə genetik xəstəliklərin müalicəsi üçün böyük ümid vəd edir. Tək nukleotid mutasiyalarıinsan xəstəlikləri ilə əlaqəli olduğu bilinən 32 mutasiyanın yarısını təşkil edir.
2.Crispr ilə ilk dəfə insan embrionunda gen redaktəsi həyata keçirildi
ABŞ-da tədqiqatçılar embrionlarda ilk dəfə genetik redaktə etməyə nail oldular. Crispr ilə ölümcül irsi ürək xəstəliyi daşıyan embrionlarda genetik redaktə aparıldı. Embrionların böyük hissəsində xəstəliyə səbəb olan mutasiya aradan qaldırıldı.
3.Hantinqton xəstəliyinə qarşı Crispr müalicəsi hazırlandı
Hantinqton xəstəliyi (Hantinqton xoreyası kimi də tanınır) beyində toksik zülalların toplanmasından və huntingtin genində yaranan mutasiyalardan qaynaqlanır. Heç bir müalicəsi olmayan, ana və ya atadan irsi keçən bu ölümcül nevroloji xəstəliyə qarşı crispr ilə effektiv müalicə üsulu uğurla hazırlandı. Tədqiqatçılar Hantinqton xəstəliyi olan siçanlarda bu mutasiyaları böyük dərəcədə aradan qaldırmağa nail oldular. 3 həftənin sonunda siçanların beynindəki toksik zülal miqdarında azalma müşahidə edildi. Bu tədqiqat digər nevroloji xəstəliklərə qarşı oxşar müalicələrin hazırlanmasında da mühüm istiqamətverici olacaq.
4. Gen redaktəsi üsulu ilk dəfə bir xəstədə sınaqdan keçirilməyə başlandı
ABŞ-da 44 yaşlı bir xəstə ilk dəfə gen redaktəsi müalicəsi almağa başladı. Terapiya crispr texnologiyasına bənzər Talen üsulundan istifadə edir. Tədqiqatçılar nadir metabolik xəstəliyi olan xəstədə mutasiyaları düzəltməyi məqsəd qoydular. Eyni tədqiqat qrupu HIV virusunu aradan qaldırmağı hədəfləyən gen redaktəsi üsulu üzərində işləyir.
5. Crispr ilə ilk dəfə yarımsintetik bakteriya hazırlandı
Tədqiqatçılar Crispr genetik texnologiyasından istifadə edərək fərqli nukleotidlər ehtiva edən bakteriya hazırladılar. Yarımsintetik bakteriya normalda mövcud olan 4 növ nukleotidlə yanaşı 2 yeni nukleotid ehtiva edir. Tədqiqatda hazırlanmış bakteriyaların hər hansı təhlükəsizlik riski yaratmadığı müşahidə edildi.
6. Crispr ilə antibiotikə davamlı bakteriyaların özünü məhv etməsi təmin edildi
Viruslara antibiotikə davamlı gen ardıcıllığı əlavə edilərək bakteriyaların özünü məhv etməsi təmin edildi. Bu yenilik ciddi həyat itkilərinə yol açan antibiotikə davamlı bakteriyalara qarşı effektiv müalicə imkanı təqdim edir. CRISPR/CAS9 sistemini ehtiva edən həblər gələcəkdə antibiotikləri əvəz edə bilər.
7. Crispr ilə xərçəngdə tez-tez görülən füzyon mutasiyaları hədəflənərək şişin böyüməsi dayandırıldı
Xərçəngdə iki genin birləşməsi nəticəsində yaranan mutasiyalar tez-tez görülür. Kəs-yapışdır üsuluna bənzər yanaşma ilə prostat və qaraciyər xərçəngi olan siçan modellərində ciddi dərəcədə şiş kiçilməsi müşahidə edildi.
8. Crispr ilə xərçəngli hüceyrənin böyüməsi yavaşladıldı
Tədqiqatçılar xərçəngli hüceyrənin çoxalmasında mühüm gen olan TUDOR-SN adlı geni hədəfləyərək sürətlə böyüyən şişlərin böyümə sürətini azaltmağa nail oldular. Bu üsulla effektiv xərçəng müalicələrinin yolu açıla bilər.
9. Crispr ilə genetikası dəyişdirilən donuzların insanlarda orqan köçürülməsində istifadəsinin yolu açıldı
İnsanlarda orqan köçürülməsində (transplantasiya) əsas problem kifayət qədər verici/bağışçı (donor) tapılmamasıdır. Son illərdə donuz kimi heyvanların orqanlarının insanlara köçürülməsi fikri önə çıxmışdı. Lakin donuzlarda olan bəzi virusların orqanla birlikdə keçərək insanda ciddi xəstəliklərə səbəb olma riski vardı. Tədqiqatçılar Crispr ilə donuz embrionlarına müdaxilə edərək bu virusları aradan qaldırmağa nail oldular. Genetikası dəyişdirilmiş 37 donuzun hamısı sağlam və virusdan təmizlənmiş hala gəldi. Bu yenilik donuzların insanda orqan transplantasiyasında istifadəsinə imkan verəcək.
Mənbələr
Programmable base editing of A•T to G•C in genomic DNA without DNA cleavage.
Nature. 2017
2. Niu D, Wei HJ, Lin L ve ark.
Yang L. Inactivation of porcine endogenous retrovirus in pigs using CRISPR-Cas9.
Science. 2017
3. Su Yang, Shihua Li, Xiao-Jiang Li.
CRISPR/Cas9-mediated gene editing ameliorates neurotoxicity in mouse model of Huntington’s disease.
J Clin Invest. 2017
4. Chen ZH, Yu YP, Zuo ZH ve ark.
Targeting genomic rearrangements in tumor cells through Cas9-mediated insertion of a suicide gene.
Nat Biotechnol. 2017
5. Elbarbary, Reyad A. et al.
Tudor-SN-Mediated Endonucleolytic Decay of Human-Cell microRNAs Promotes G1/S Phase Transition.
Science 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.