Follikulyar limfomanın müalicəsi üçün Copanlisib FDA təsdiqi aldı

14 sentyabr 2017-də ABŞ Qida və Dərman İdarəsi FDA, əvvəllər ən azı iki dəfə sistemli müalicə almış və müalicələrə baxmayaraq xəstəliyi təkrarlanmış follikulyar limfomalı xəstələrdə istifadə üçün Copanlisibə (ticarət adı Aliqopa) sürətləndirilmiş təsdiq verdi.
Təsdiq açıq etiketli, təkqollu, çoxmərkəzli, follikulyar limfoması olan 104 xəstənin daxil edildiyi faza 2 tədqiqatının effektivlik nəticələrinə əsaslanmışdır. Tədqiqatda xəstələr 28 günlük müalicə dövrünün 1., 8. və 15. günlərində venadaxili infuziya ilə (vena yolu ilə maye şəklində) 0.8 mg/kg copanlisib və ya 60 mg copanlisib almışlar.
Obyektiv cavab nisbəti %56,7 və təxmini orta cavab müddəti 12.2 ay olmuşdur. Tam cavab nisbəti %14.4, qismən cavab nisbəti isə %44.2 olaraq bildirilmişdir. Təhlükəsizlik tədqiqatına follikulyar limfoma və ya digər hematoloji bədxassəli xəstəliyi (qan və sümük iliyi mənşəli xərçəngi) olan 168 xəstə daxil edilmişdir. Copanlisiblə bağlı xəstələrdə ən çox görülən yan təsirlər qan şəkərinin yüksəlməsi, ishal, halsızlıq, yüksək qan təzyiqi, qanda ağ qan hüceyrələrinin və qan lövhəciklərinin sayının azalması, ürəkbulanma, aşağı tənəffüs yolu infeksiyalarıdır. Bu yan təsirlərdən ağır dərəcədə görülənlər qan şəkərinin yüksəlməsi, yüksək qan təzyiqi, qanda ağ qan hüceyrələrinin sayının azalması və aşağı tənəffüs yolu infeksiyalarıdır. Xəstələrin %6-sında infeksiya ilə bağlı olmayan pnevmoniya yaranmışdır.
Tövsiyə olunan doza: 28 günlük müalicə dövrünün 1, 8 və 15. günlərində 1 saatlıq venadaxili infuziya şəklində tətbiq edilən 60 mg-dır.
Təsir mexanizmi: Copanlisib hüceyrə böyüməsində mühüm rol oynayan fosfoinozitid 3-kinaza (PI3K) yoluna təsir edən tirozin kinaza basdırıcısıdır (inhibitor). PI3K yolu xərçəng yaradan genlər (onkogenlər) və çoxsaylı reseptorlarla əlaqəli, insan xərçənglərində ən aktiv hüceyrədaxili siqnal yoludur.
Mənbələr
fda.gov
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.