Kimyaterapiyaya bağlı ürəkbulanma və qusmanın qarşısını almaq mümkündür! Səbəbi və müalicəsi

Bu məqalədə
Ürəkbulanma mədənin yuxarı hissəsində hiss edilən narahatedici hissdir və mədə möhtəviyyatının qeyri-iradi xaricə çıxması – “qusma” ilə nəticələnə bilər. Bu şikayətləri azaldan dərmanlar qrupu antiemetiklər adlandırılır. Yazımızda aşağıdakı mövzuları tapa bilərsiniz:
- Yaranma vaxtına görə kimyaterapiyaya bağlı ürəkbulanma növləri
- Kimyaterapiyaya bağlı ürəkbulanma və qusmanın səbəbləri
- Kimyaterapiyaya bağlı ürəkbulanma və qusma necə müalicə edilir?
- Ürəkbulanma yaratma riskinə görə kimyaterapiya dərmanları
- Ürəkbulanma yaratma potensialına görə həb şəklində istifadə edilən dərmanlar
Ürəkbulanma və qusma xərçəng müalicəsində ən asan idarə edilə bilən yan təsirlərdən olsa da, xəstələr və yaxınları üçün ən çox qorxulan və narahatlıq doğuran yan təsirlərdir. Təsirli müalicə üsulları ilə xəstənin həyat keyfiyyətini pozan bu xoşagəlməz yan təsirlərin qarşısını almaq mümkündür. Beləliklə, xəstəmizin ümumi sağlamlıq vəziyyətinin yaxşılaşmasına və kimyaterapiya prosesini asan keçirməsinə kömək edə bilərik.
Kimyaterapiyaya bağlı yaranan ürəkbulanmanı yaranma vaxtına görə üç qrupa ayırırıq
Kəskin ürəkbulanma: çox vaxt kimyaterapiyanın verilməsi ilə birlikdə ilk 1-2 saatda başlayır və 4-6-cı saatlarda ən güclü hiss edilir. Gecikmiş ürəkbulanma: kimyaterapiyadan 24 saat sonra yaranır. Xüsusilə yüksək dozada sisplatin ehtiva edən kimyaterapiya rejimləri istifadə edildikdə müalicədən 24 saat sonra başlayır və 2-ci və 3-cü günlərdə ən güclü səviyyəyə çatır. Ürəkbulanmanın qarşısını alan dərmanların vaxtında istifadəsi ilə qarşısı alına bilər. Gözlənti, təşviş ürəkbulanması: xüsusilə əvvəlki kimyaterapiya müalicəsində güclü ürəkbulanma olubsa, bunun yaratdığı sıxıntıya bağlı olaraq kimyaterapiyadan əvvəl başlayan ürəkbulanmadır.
Kimyaterapiya alan xəstələrdə yaranan ürəkbulanmanın səbəbinə baxsaq
Ürəkbulanma beyindəki qusma mərkəzi ilə orqanlarımız arasındakı sinir şəbəkəsini və orqanlardakı reseptorları əhatə edən çoxşaxəli qarşılıqlı təsir nəticəsində yaranır. Müalicə üçün hazırlanmış dərmanlar bu mərkəzləri və reseptorları bloklayaraq təsir göstərir. Kimyaterapiya alan xəstələrdə ürəkbulanma və qusmanı xəstə ilə əlaqəli və müalicənin özü ilə əlaqəli olmaqla iki qrupa ayırırıq.
Xəstəyə bağlı risk amilləri
- Gənc (< 50)
- Əvvəllər siqaret / alkoqol istifadə etməyənlər
- Xəstəliklərə həssas olanlar
- Gündəlik həyatında narahatlıq hissi güclü olanlar
- Ümumi fəaliyyət qabiliyyəti aşağı olanlar
- Əvvəllər kimyaterapiya almış və əvvəlki müalicədə ürəkbulanma yaranmış olanlar
Müalicəyə bağlı risk amilləri
- Ürəkbulanma yaratma təsiri yüksək kimyaterapiya dərmanları ehtiva edən müalicələr
- İstifadə edilən kimyaterapiya dərmanının dozası və forması
- Bir neçə kimyaterapiya dərmanı ehtiva edən protokollar

Kimyaterapiyaya bağlı ürəkbulanma və qusma necə müalicə edilir?
Kimyaterapiyaya bağlı ürəkbulanma və qusmanın qarşısını almaq və müalicə etmək üçün müxtəlif təsir mexanizmlərinə malik preparatlar var. Bu dərmanlar həm tək, həm də birlikdə istifadə edilərək ürəkbulanmanın qarşısını ala bilir.
5HT3 reseptor antagonistləri
5HT3 (hidroksitriptamin, başqa adı ilə serotonin) – bu reseptorlar mərkəzi və periferik sinir sistemində olur. Aktivləşdikdə beyindəki ürəkbulanma və qusma mərkəzinin aktivləşməsinə səbəb olur. Bu reseptorun 1950-ci illərdə kəşfindən sonra dərman hazırlanması prosesi 1984-cü ilə təsadüf edir, xərçəng müalicəsində klinik istifadəyə daxil olması isə 1991-ci ildə olmuşdur.
NK1 reseptor antagonistləri
1931-ci ildə ingilis farmakologiya professoru John Gaddum atın beynində və bağırsağında P maddəsi adlandırılan maddə kəşf etdi. Bu maddə damar quruluşunda yığılma və boşalmalara səbəb olurdu. 1970-ci illərdə bu maddənin həm mərkəzi, həm də periferik (beyin və onurğa beyni xaricindəki) sinir sistemimiz üçün çox yayılmış zülal olduğu göstərildi. Üç müxtəlif reseptor vasitəsilə təsir edir. Bunlardan biri olan NK1 (Neyrokinin 1) stress və ağrı siqnallarının ötürülməsini və əzələ yığılmasını təmin edir. Bu reseptora qarşı hazırlanmış dərmanlar miqrendə və kimyaterapiyaya bağlı ürəkbulanmanın qarşısını almaqda istifadə edilir.
Çoxsaylı reseptor antagonisti: olanzapin
Əvvəlcə psixiatrik xəstəliklərin müalicəsi üçün hazırlanmış və illərdir bu məqsədlə istifadə edilən bu dərmanın son tədqiqatlarda ürəkbulanma və qusmanın qarşısını alan təsiri də göstərilmişdir. Amerika Xərçəng Konqresində olanzapinin (zyprexa) ürəkbulanma-qusmada təsirini göstərən tədqiqatın nüfuzlu tibb jurnallarından NEJM-də (New England Journal of Medicine) dərcindən sonra güclü ürəkbulanma yaradan kimyaterapiya dərmanları istifadə edilən hallarda ürəkbulanmanın qarşısını almaq məqsədilə 2-4 günlük istifadəsi təsdiqlənmişdir.
Ürəkbulanma və qusmanın qarşısını alan dərmanlar
- 5HT3 reseptor antagonistləri: Ondansetron (onzyd, zofer, zofran), granisetron (emetril, granexa, granitron, kytril, setron), dolasetron (anzemet), palonosetron (aloxi, palodin, palonex)
- Kortikosteroidlər: deksametazon (dekort, kordexa)
- NK-1 reseptor antagonistləri: aprepitant (emend), fosaprepitant (emend), netupitant (akynzeo), rolapitant (varubi)
- Çoxsaylı reseptor antagonisti: olanzapin (zyprexa)
Digər ürəkbulanma-qusma müalicələri
Mövcud dərmanların təsirinə görə çox ehtiyac olmasa da, aşağı səviyyədə ürəkbulanma əleyhinə təsiri olan metoklopramidin (metpamid), həmçinin mərkəzi sinir sistemi vasitəsilə təsir edən haloperidol, skopolamin və kannabinoidlərin də təsirli olduğu göstərilmişdir. Lakin bu dərmanların istifadəsində mərkəzi sinir sistemini zəiflətməsi və olanzapin (zyprexa) ilə qarşılıqlı təsir göstərə bilməsinə görə diqqətli olmaq lazımdır. Antiemetiklərin kimyaterapiya risk təsnifatına görə birlikdə istifadəsi Bu müalicələr həkiminiz tərəfindən aldığınız kimyaterapiya rejiminə və şəxsi xüsusiyyətlərinizə görə planlaşdırılacaq.

Ürəkbulanma yaratma riskinə görə kimyaterapiya dərmanları
Yüksək riskli (> %90)
- Antrasiklin və siklofosfamid kombinasiyası
- Dakarbazin
- Doksorubusin (dozası ≥ 60mg/m2)
- Epirubusin (dozası > 90mg/m2)
- İfosfamid (dozası ≥ 2g/m2)
- Karmustin (> 250 mg/m2)
- Karboplatin (doz ≥ 4AUC)
- Mekloretamin
- Sisplatin
- Siklofosfamid (dozası > 1,5g/m2)
- Streptozosin
Orta riskli (%30-90)
- Aldeslökin 12-15 Miu/m2
- Amifostine >300 mg/m2
- Arsenik trioksid
- Azasitidin
- Bendamustin
- Busulfan
- Daktinomisin
- Daunorubisin
- Doksorubusin (dozası < 60mg/m2)
- Epirubisin (dozası < 90mg/m2)
- İdarubusin
- İfosfamid (dozası < 2g/m2)
- Interferon alfa (10 Miu/m2)
- İrinotekan
- Karboplatin (dozası < 4AUC)
- Karmustin 250 mg/m2
- Klofarabin
- Melfelan
- Metotreksat 250 mg/m2
- Oksaliplatin
- Siklofosfamid
- Sytarabin
- Temozolamid
- Trabecktedin
Ürəkbulanma yaratma potensialına görə HƏB şəklində istifadə edilən dərmanlar
Yüksək riskli (> %30)
- Altretamine (Hexalen)
- Busulfan (≥ 4 mg/gün) Busulfex, Myleran
- Ceritinib (Zykadia)
- Crizotinib (Xalkori)
- Cyclophosphamide (≥100 mg/m2 /d) (Endoksan)
- Estramustine (Emcyt)
- Etoposide (Lastet)
- Lenvatinib (Lenvima)
- Lomustine (Gleostine)
- Mitotane (Lysodren)
- Olaparib (Lynparza)
- Panobinostat (Farydak)
- Procarbazine (Matulan)
- Rucaparib (Rubcara)
- Temozolomide (>75 mg/m2/gün) (Temodal, Temomid)
- Trifluridine/tipiracil (Lonsurf)
Orta riskli (< %30)
- Afatinib (Gitrif, gilotrif)
- Alectinib (Alecensa)
- Axitinib (Inlyta)
- Bexarotene
- Bosutinib
- Busulfan (< 4 mg/d)
- Cabozantinib (Cometriq)
- Capecitabine (Capeda, Xeltabin, Xeloda)
- Chlorambucil
- Cobimetinib (Cotellic)
- Cyclophosphamide (< 100mg/m2/gün) (Endoksan)
- Dasatinib (Syprcel)
- Dabrafenib (Tafinlar)
- Erlotinib (Tarceva)
- Everolimus (Afinitor)
- Fludarabine (Fludara)
- Gefitinib (Iressa)
- Hydroxyurea (Hydrea)
- Ibrutinib (Imbruvica)
- Idelalisib(Zydelig)
- Imatinib (Glivec)
- Ixazomib (Ninlaro)
- Lapatinib (Tykerb)
- Lenalidomide(Revlimid)
- Melphalan (Alkeran)
- Mercaptopurine (Purinethol)
- Methotrexate
- Nilotinib (Tasigna)
- Osimertinib (Tagrisso)
- Palbociclib (Ibrance)
- Pazopanib (Votrient)
- Pomalidomide(Pomalyst)
- Ponatinib(Iclusig)
- Regorafenib (Stivarga)
- Ruxolitinib(Jakavi)
- Sonidegib(Odomzo)
- Sorafenib (Nexavar)
- Sunitinib (Sutent)
- Temozolomide (Temodal, Temomid)
- Thalidomide(Thalomid)
- Thioguanine (Tabloid)
- Topotecan (Hycamptin)
- Trametinib (Mekinist)
- Tretinoin (Vesanoid)
- Vandetanib (Caprelsa)
- Vemurafenib (Zelboraf)
- Venetoclax (Venclexta)
- Vismodegib (Erivedge)
- Vorinostat (Zolinza)
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.