Mastektomiya və rekonstruksiya edilmiş süd vəzi xərçəngli xəstələr xroniki ağrıdan daha çox əziyyət çəkir

Süd vəzi xərçəngi səbəbilə mastektomiya (süd vəzi toxumasının əməliyyatla çıxarılması) və plastik cərrahiyyə ilə rekonstruksiya edilən qadınlar arasında kimyaterapiya alan, daha gənc olanlarda, xroniki nəzarət olunan maddə istifadəsi riskinin yüksək olduğu bildirildi.
Xroniki nəzarət olunan maddə nədir?
Xroniki nəzarət olunan maddə (chronic controlled substance), uzunmüddətli ağrıya nəzarət üçün istifadə edilən müxtəlif dərmanlardır. Bu maddələrin 5 növü var: narkotik (opioid, uyuşdurucu) ağrıkəsicilər, antidepressantlar, stimulyatorlar, hallüsinogenlər və anabolik steroidlər. Lakin nəzarət olunan maddə deyəndə ilk ağla narkotik ağrıkəsicilər (morfin, tramadol və s.) gəlir və bu məqsədlə ən çox bunlar istifadə edilir.
2020 San Antonio Süd Vəzi Xərçəngi Simpoziumunda təqdim edilən nəticələrə görə, mastektomiya və rekonstruktiv əməliyyat keçirmiş qadınlar arasında kimyaterapiya alan, daha gənc olanlarda yeni xroniki nəzarət olunan maddə istifadəsi riski yüksək idi. .
Həmçinin tapıntılar ağrı, narahatlıq və yuxu pozuntularını idarə edərkən ruhi sağlamlıq və maddə istifadəsi diaqnozlu xəstələrə daha çox diqqət gərəkdiyini vurğulayır.
Tədqiqatçılara görə xəstələrin təxminən %10-u əməliyyatdan sonra 3 ay və daha uzun xroniki opioid istifadəsi bildirib. Lakin əvvəlki işlər xərçəng diaqnozlularla diaqnozsuzları əməliyyatsonrası opioid istifadəsinə görə müqayisə etməyib.
Baş müəllif, NewYorkda hematologiya / onkologiya sahəsində çalışan Dr. Jacob Cogan, “Xərçəngli xəstə qrupunda psixiatrik vəziyyətlər yüksək olsa da, bu hallarda davamlı sedativ / hipnotik (sakitləşdirici) istifadəsi nisbətləri barədə çox az iş var" dedi.
Buna görə tədqiqatçılar rekonstruktiv cərrahiyyəli mastektomiyadan sonra yeni davamlı nəzarət olunan maddə istifadəsi nisbətini və onu azaltma yollarını müəyyən etməyi hədəflədilər.
Araşdırmada 2008-2017 arasında 230 milyon xəstə içində mastektomiya və rekonstruksiya edilmiş 18 yaşdan böyük qadınların məlumatları təhlil edildi.
Opioid və sakitləşdirici-hipnotik reseptləri 3 vaxt dövründə müəyyən edildi:
- əməliyyatöncəsi (365 gün ilə 31 gün əvvəl; dövr 1);
- perioperativ (31 gün əvvəl və 90 gün sonra; dövr 2) və
- əməliyyatsonrası (90 gün ilə 365 gün sonra; dövr 3).
1-ci dövrdə bu maddələr üçün ən azı 1 resept yazdıranlar analizdən çıxarıldı. 1-ci dövrdə istifadə etməyən, lakin 2-ci dövrdə ən azı 1, 3-cü dövrdə ən azı 2 resept yazdıran yeni xroniki istifadəçi sayıldı və digər qeyri-xroniki istifadəçilərlə müqayisə edildi.
Tədqiqatçılar yaş, yaşanılan bölgə, tibbi sığorta, süd vəzi xərçəngi diaqnozu, kimyaterapiya, şüa müalicəsi, əvvəlki ruhi sağlamlıq diaqnozu və daha əvvəl daxil olmaqla hər dərman kateqoriyasında xroniki istifadə riskinə bağlı demoqrafik və klinik amilləri qiymətləndirmək üçün ayrıca çoxdəyişənli loqistik reqressiya analizi apardılar.
Ümumilikdə opioid ağrıkəsici istifadə etməmiş 25.270 qadın və sakitləşdirici-hipnotik istifadə etməmiş 27.651 qadın müəyyən etdilər.
Hər qrup daxilində opioidsiz xəstələrin % 13.1-i yeni xroniki istifadəçiyə, sedativ-hipnotik qəbul etməmiş qrupun % 6.6-sı yeni davamlı istifadəçiyə çevrildi.
Bu şəxslərdə risk daha yüksək tapıldı:
- daha gənc xəstələr (60 yaşdan aşağı),
- Medicaid tibbi sığortası (müəyyən gəlirdən aşağı olanlara ABŞ hökumətinin verdiyi səhiyyə xidməti) olanlar,
- süd vəzi xərçəngi diaqnozlular,
- kimyaterapiya ilə müalicə edilənlər,
- ruhi sağlamlıq diaqnozu olanlar və
- əvvəllər maddə istifadəsi diaqnozu olanlar
Həmçinin yeni davamlı istifadəçi olma riski müəyyən risk amillərinin sayı ilə artırdı. Məsələn, 5 risk amilli şəxslərdə (yaş, Medicaid, Cənub bölgəsi, süd vəzi xərçəngi diaqnozu və kimyaterapiya / şüa müalicəsi) yeni davamlı opioid istifadəçisi olma şans nisbəti 6,34 (% 19) dəfə, sakitləşdirici / hipnotik istifadəçisi olma nisbəti 7,71 (% 10,5) dəfə artdı.
Nəticə və şərh
Bunlar əvvəl müşahidə etdiyimiz, lakin indiyədək yaxşı bildirilməmiş məlumatlar idi. Bəs kimlərə diqqət etməliyik?
Əvvəlcə erkən süd vəzi xərçəngində mastektomiya və rekonstruksiya planlaşdırılan və ya edilmiş xəstələrə, xüsusilə gənc, kimyaterapiya alanlara diqqət etməliyik. Rekonstruksiya mütləq xərçəng əməliyyatı ilə birlikdə edilməməlidir; sonra da təhlükəsiz müsbət nəticə alına bilər. Həmçinin izləyən həkim xəstədən hələ opioid ağrıkəsici və ya sakitləşdirici qəbul edib-etmədiyini soruşmalıdır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.