Mielofibrozun müalicəsi üçün fedratinib FDA təsdiqi aldı

ABŞ Qida və Dərman İdarəsi (FDA), müəyyən mielofibroz növləri olan yetkin xəstələrin müalicəsi üçün fedratinib (Inrebic, Celgene) kapsullarını 16 Avqust 2019-cu ildə təsdiqlədi.
Yüksək selektiv JAK2 inhibitoru olan fedratinib orta-2 və ya yüksək riskli birincili və ya ikincili (polisitemiya veradan sonra və ya essensial trombositemiyadan sonra) mielofibrozu olan xəstələrdə istifadə üçün təsdiqlənib.
Hazırda ruxolitinib (Jakafi, Jakavi, Incyte / Novartis) mielofibroz üçün təsdiqlənmiş yeganə dərmandır və 2011-ci ildə ABŞ bazarına çıxıb.
Mielofibroz (myelofibrosis) nədir?
Mielofibroz orqanizminizin normal qan hüceyrələri istehsalını pozan nadir sümük iliyi xərçəngi növüdür.
Mielofibroz sümük iliyində geniş zədələnməyə səbəb olaraq zəiflik və halsızlıq yarada bilən ciddi anemiyalara gətirir. Həmçinin trombosit adlanan qan laxtalanması hüceyrələrinin sayını azaldaraq qanaxma riskini artıra bilər. Mielofibroz tez-tez dalağın böyüməsinə səbəb olur.
Mielofibroz orqanizmdə qanı yaradan toxumalara təsir edən xərçəng — xroniki leykoz sayılır. Mielofibroz mieloproliferativ pozuntular adlanan xəstəlik qrupuna aiddir.
Inrebic-ə mielofibrozun müalicəsində FDA təsdiqi gətirən tədqiqat
FDA rəsmisi Richard Pazdur: "Bu günədək nadir sümük iliyi pozuntusu olan mielofibrozlu xəstələrin müalicəsi üçün FDA təsdiqli yalnız bir dərman vardı. Bugünkü təsdiqimiz xəstələrə daha bir seçim təqdim edir", — dedi.
Bugünkü təsdiq JAKARTA adlı faza-3, çoxmərkəzli, randomizə, ikiqat kor, plasebo nəzarətli tədqiqata əsaslanır. JAKARTA tədqiqatına orta-2 və ya yüksək riskli birincili mielofibroz, polisitemiya veradan sonrakı mielofibroz və ya splenomeqaliya ilə essensial trombositemiyadan sonrakı mielofibrozu olan xəstələr daxil edildi. Xəstələrə gündəlik 400 və ya 500 mg ferdatinib dozaları verildi.
Bu xəstə qrupu 24 ölkədə 94 mərkəzdə 289 xəstəni əhatə edirdi. Tədqiqatın əsas sonlanım nöqtəsi altı aylıq müalicə dövründən sonra dalaq həcmində ≥% 35 azalma olan xəstələrin nisbəti kimi müəyyən edilən dalaq cavab nisbətiidi. İkincili sonlanım nöqtələrinə modifikasiya edilmiş Mielofibroz Simptom Qiymətləndirmə Forması v2.0 gündəliyi ilə ölçüldüyü kimi, altı aylıq müalicə dövründən sonra 1 ay ərzində ümumi simptom balında ≥% 50 azalma olan xəstələrin nisbəti kimi müəyyən edilən simptom cavab nisbəti daxil idi.
Nəticələr gündəlik 400 mg fedratinib dozası ilə müalicə edilən (təsdiqli etiketdə tövsiyə edilən doza) 96 xəstənin 35-ində altı aylıq dövrün sonunda dalaq həcmində başlanğıcla müqayisədə ≥% 35 azalma ilə ölçülən mühüm terapevtik təsir olduğunu göstərdi. Cavabın qiymətləndirilməsi MRG və ya BT müayinəsi ilə aparıldı. Bundan əlavə, 36 xəstədə gecə tərləməsi, qaşınma, qarında narahatlıq, sol qabırğaların altında ağrı, sümük və ya əzələ ağrısı kimi mielofibrozla bağlı simptomlarda ≥ %50 azalma oldu.
Fedratinib daha əvvəl ikincili və birincili mielofibrozun müalicəsi üçün yetim dərman və prioritet qiymətləndirmə statusu alıb.
Bu preparatla əlaqəli yayılmış yan təsirlər ishal, ürəkbulanma, qusma, yorğunluq və əzələ spazmlarıdır. Səhiyyə mütəxəssislərinə xəstələrdə ciddi anemiya və trombositopeniya yarana biləcəyi barədə xəbərdarlıq edilir. Həmçinin xəstələr qastrointestinal və qaraciyər toksikliyi baxımından izlənməlidir.
Resept məlumatında xəbərdarlıq var. Səhiyyə mütəxəssislərinə və xəstələrə tiamin çatışmazlığına bağlı nevroloji təcili hal olan Wernicke ensefalopatiyası daxil olmaqla ciddi və ölümcül ensefalopatiya riski barədə məlumat verilməlidir. Səhiyyə mütəxəssislərinə müalicədən əvvəl, müalicə zamanı və klinik göstərişə uyğun olaraq bütün xəstələrdə tiamin səviyyələrini qiymətləndirmək tövsiyə edilir. Ensefalopatiyadan şübhələnilirsə, fedratinib dərhal dayandırılmalıdır.
*
Mənbələr
fda.gov - 16 August 2019.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.