Mobil telefon məkan məlumatları koronavirusla mübarizəyə kömək edə bilər – Google nə edir?

Telefonumuzdakı internet, proqramlar və məkan xidmətləri sayəsində proqramçılar, istehsalçı şirkətlər, GSM operatorları, Google və Apple kimi əməliyyat sistemi sahibləri cihaz sahibi barədə məlumat əldə edir. Alınmış bu ilkin məlumata verilənlər deyilir. Bunlar müəyyən qanunlarla qorunur, paylaşılması və təhlili çətindir, ya da biz belə düşünürük.
Yeni tip koronavirusun törətdiyi COVID-19 xəstəliyini dayandırmaq üçün işlər hər gün davam edir, yeni yollar hazırlanır. Faydalı sayılan yollardan biri mobil cihaz və tətbiq şirkətlərinin əldə etdiyi məlumatları paylaşmasıdır. Lakin çox danışılan bu məsələ mübahisə də gətirir. Çünki məlumat paylaşımının etikliyi və yarada biləcəyi pis nəticələr çaşdırır. Britaniya hökumətinin məxfilik nəzarətçisi hökumətin koronavirusun yayılmasına qarşı kömək üçün mobil telefondan alınan şəxsi məlumatı istifadə edə biləcəyini deyib.
İngiltərədə hökumətin əhalinin evdə qal çağırışlarına əməlini öyrənmək üçün hərəkət xəritələrini 12 ilə 24 saat gecikmə ilə yaratmaq məqsədilə şəxsi məlumat istifadəsi barədə telefon şirkətləri ilə danışdığı ortaya çıxıb. Yuxarıdakı videoda göründüyü kimi Çin, Cənubi Koreya, Honq Konq və İsrail kimi hökumətlər şəxsi məlumatları, yoluxmuşların hərəkət və təmaslarını aşkarlamaq üçün smartfon tətbiqləri daxil fəal nəzarət tədbirləri ilə daha irəli gedib. İzləmə tətbiqini istifadə edənlər arasında İspaniya, Rumıniya, Slovakiya və Polşa da var.
Google-dan COVID-19 epidemiyasında ölkələrin hərəkətlilik dəyişməsi hesabatları
ABŞ hökuməti Facebook, Google kimi texnologiya şirkətləri ilə koronavirusla mübarizə üçün smartfon məkan və hərəkət məlumatları barədə danışdı. 16 martda Ağ Evin Elm və Texnologiya Siyasəti Ofisi elmi ictimaiyyətə COVID-19 barədə yüksək prioritetli suallara cavab üçün yeni mətn və məlumat mədənçiliyi üsulları hazırlamağa çağırış etdi. Demokratiya və Texnologiya Mərkəzinin Məxfilik və Məlumat Layihəsinin direktoru Michelle Richardson keçmiş ifrat hallar insanları məlumat paylaşımından qorxudursa, bunun etimadı bərpa fürsəti olduğunu bildirdi və «insanları narahat etmədən ictimai faydaya xidmət yolunu tapmalıyıq», dedi. Həmçinin məlumat paylaşımının dərəcələri olduğunu, şəxsi və dövlət məlumatı birləşəndə yaranan bilginin fərdi məlumat paylaşımını daha təhlükəli etdiyini dedi. Washington Posta Google sözçüsü Johnny Luu şirkətin «anonimləşdirilmiş məkan məlumatının COVID-19 ilə mübarizəyə kömək yollarını araşdırdığını» bildirdi. Bununla yanaşı İnformasiya Texnologiyaları və İnnovasiya Fondunun vitse-prezidenti Daniel Castro «İctimai sağlamlığı nəzərə almadan yalnız məxfiliyə fokuslanmaq səhv olar», dedi.
Britaniya hökumətinin konkret təklifi olmasa da, Birləşmiş Krallıqda COVID-19 izləməsi üçün smartfon tətbiqi hazırlanması barədə xəbərlər var. İnformasiya Komissarı Ofisi — ICO, ictimai maraq üçün məlumat hüquqlarını qoruyan müstəqil qurum — epidemiyaya qarşı kömək üçün şəxsi məlumatların toplana biləcəyini deyib. ICO sözçüsü ölkə üzrə mobil izləmə sualına «Əsas odur ki, məlumatın qorunması paylaşım üçün maneə deyil. Dövlət qurumları ictimai sağlamlığa ciddi təhlükələrdən qorunmaq üçün şəxsi məlumatın əlavə toplanmasını və paylaşılmasını istəyə bilər. Məlumatların qorunması qanunu ictimai faydalı paylaşımı mümkün edir və əhalinin gözləyəcəyi məlumatlar üçün təminat verir», cavabını verdi. Hökumətin mobil məlumat izləmə planı ortaya çıxandan sonra Britaniya məxfilik fəalları narahatlıq bildirdi. Belə tətbiq olsa, məhkəmə nəzarəti və fəaliyyətin daimi taktikaya çevrilməməsi üçün günbatımı müddəaları, yəni müəyyən tarixdən sonra qüvvədən düşməsi olmalıdır. Sonda ICO sözçüsü «Əhalinin təhlükəsizliyi əsas qayğımız olaraq qalır», dedi.
Məlumat təhlili və istifadəsinə maraq hər gün artır
Facebook əvvəlki illərdə ictimai səhiyyədə çalışan universitetlərə xəstəliyin qarşısınıalma xəritələri təklif edib. Buraya peyk görüntüləri, əhali sıxlığı xəritələri və ətraflı xəritə üçün demoqrafik məlumat daxil idi. Facebookun fikri insanların məkan məlumatını hökumətin deyil, tədqiqatçıların istifadə edə bilməsi istiqamətindədir. Facebook müxtəlif insan qruplarının yollarının kəsişmə ehtimalını hesablamaq üçün hərəkətlilik məlumatlarından ortaq məkan xəritələri də hazırlayıb. Başqa nümunə Kaliforniya mərkəzli fəlakət yardımı qurumu Direct Reliefdir; təbii fəlakətdə əhali hərəkətini araşdırmaq üçün Facebook kimi xəritə alətləri ilə işləyir. Həmçinin Kaliforniya rəsmilərinə koronavirus barədə daha aydın baxış üçün məlumat toplayır.
Ölkəmizdə isə indiyədək COVID-19 epidemiyasında mobil telefon məkanı və ya hərəkətlilik məlumatından istifadə edən layihə açıqlanmayıb.
Nəticə
Məlumat təhlili və paylaşımı çox yerdə mühüm töhfə verib və COVID-19 pandemiyası araşdırmalarında da vacib rol ala bilər. Lakin paylaşım çox həssas tarazlıqda olduğundan işlər böyük diqqətlə aparılmalıdır, yoxsa pis nəticələr doğura bilər. Bununla belə, pandemiyada mobil hərəkətlilik məlumatı ilə tədbirlər görmək xüsusən erkən dövrdə xəstələri tapıb təcrid etməkdə və epidemiyanı məhdudlaşdırmaqda təsirli nəticə verir. İndi bir çox ölkədə epidemiya xeyli yayılıb; şəxsi mobil məlumat daha faydalı ssenarilərə görə qiymətləndirilə bilər. Paylaşımın tədqiqatda işlənəcəyi ssenaridə işin necə aparılması nəticəsi qədər vacibdir.
Mənbələr
Watchdog approves use of UK phone data to help fight coronavirus.
theguardian.com - 27 Mart 2020
2. COVID-19 Community Mobility Report
To get the latest report, visit google.com/covid19
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.