Renal (böyrək) hüceyrəli xərçəngdə müalicə yanaşmamız dəyişirmi? ESMO-dan 3 mühüm tədqiqat

Yetkinlərdə ən çox görülən böyrək xərçəngi renal hüceyrəli xərçəngdir. Əsas müalicə üsulu şişin əməliyyatla çıxarılmasıdır. Erkən mərhələdə əməliyyatdan sonra təkrarlanmanı önləyən sübut edilmiş seçim yox ikən, irəli mərhələdə hədəfə yönəlmiş müalicələr ömür müddətini əhəmiyyətli uzatmışdır.
ESMO 2016-da bildirilmiş bu sahədəki 3 mühüm tədqiqata birlikdə baxaq;
Tədqiqat-1
Digər orqanlara yayılmış (metastatik) renal hüceyrəli karsinomada başlanğıc müalicədə sunitinib istifadəsi standart yanaşmamızdır. Sunitinib xərçəng hüceyrəsi qişasının daxili hissəsində tirozin kinaza adlandırılan hüceyrədaxili böyümə-çoxalma siqnalını basqılayır. Yeni dərmanlarla bu standartdan daha yaxşı nəticə əldə edə bilərikmi sualına cavab axtaran tədqiqatda sunitinib ilə hədəfə yönəlmiş müalicə olan kabozantinib müqayisə edilmişdir. Kabozantinib çoxsaylı reseptorları, həmçinin şiş müqavimət mexanizmlərində rol oynayan qəbulediciləri basqılayan dərmandır.
Metastatik (4-cü mərhələ) renal hüceyrəli karsinomalı 80 xəstənin daxil olduğu bu faza-II tədqiqatda Kabozantinib Sunitib-dən üstün oldu. Kabozantinib ilə əlavə 3 aylıq xəstəlik nəzarəti, həmçinin 30 aylıq ümumi ömür müddəti əldə edildi. Bu nəticələr 4-cü mərhələ renal hüceyrəli xərçəng müalicəsində əldə edilmiş ən yaxşı ömür müddətidir. Bu tədqiqat hələ gündəlik praktikamızı dəyişdirməyə yetməsə də, ümidvericidir. Davamında başlamış daha geniş xəstə qruplu faza-III tədqiqatın nəticələrini birlikdə gözləyəcəyik. Kabozantinib faza-III tədqiqatda da eyni uğuru əldə etsə onkoloji praktikada böyük dəyişikliyə səbəb olacaqdır.
Tədqiqat 2
Digər tədqiqat erkən mərhələ (metastaz verməmiş) böyrək xərçəngində əməliyyatdan sonrakı qoruyucu, yəni təkrarlanmanı önləyən müalicəni sınayırdı. İndiyədək tədqiqatlarda erkən böyrək xərçəngində şişin çıxarılmasından sonra təkrarlanmanı azaldan müalicənin təsiri sübut edilməmişdir. Buna görə praktikada erkən renal xərçəng xəstələrini əməliyyatdan sonra əlavə müalicəsiz izləyirik. Qoruyucu (adyuvant) müalicə faydalıdırmı sualını araşdıran iki tədqiqatın birincisində yüksək riskli xəstələrdə 1 il sunitinib istifadəsinin müalicə bitdikdən xəstəliyin təkrarınadək müddətə töhfə verdiyi (5 ildə %8 töhfə) və istifadə etməyənlərdən üstün olduğu göstərildi. Tədqiqat konqresdə təqdimatla eyni vaxtda nüfuzlu New England Journal of Medicine jurnalında dərc edildi. İzləmə davam etdiyindən hələ ümumi sağqalım nəticələri dərc edilməyib.
Tədqiqat 3
Bu tədqiqatın adyuvant müalicə lehinə nəticələrinə baxmayaraq əməliyyat edilmiş erkən böyrək xərçəngində qoruyucu müalicə barədə digər tədqiqatda sunitinib və ya sorafenib istifadəsinin töhfəsi aşkarlanmadı.
Əməliyyatdan sonra qoruyucu kimyaterapiya verilməlidirmi sualına biri müsbət, digəri mənfi iki tədqiqat cavab verir. Nəticədə klinik praktikanı dəyişdirmək üçün onların ümumi ömür müddəti analizlərinin tamamlanmasını gözləmək lazımdır.
Nəticə
Bu üç tədqiqat hələ standart onkoloji müalicə kimi yerini almasa da, yeni nəsil müalicə seçimləri ilə daha yaxşı nəticələr əldə edəcəyimiz ümidini göstərmişdir.
Mənbələr
ESMO 2016, Abstract LBA30_PR.
2- Alain Ravaud, M.D., Ph.D., Robert J. Motzer, M.D., Hardev S. Pandha, M.D., Ph.D. et al.
Adjuvant Sunitinib in High-Risk Renal-Cell Carcinoma after Nephrectomy.
October 10, 2016DOI: 10.1056/NEJMoa1611406
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.