Tək ağciyərlə yaşamaq mümkündürmü?

Yaşamağımız üçün ağciyərlərimiz nəfəs aldığımız havadakı oksigenin bütün bədənə yayılmasını və bədənin fəaliyyəti zamanı qanda toplanan tullantı qazların nəfəsvermə zamanı xaric edilməsini təmin edir. Heç bir sağlamlıq problemi olmayan insanlarda döş boşluğunun sağ və sol tərəfində iki ağciyər olur. Ancaq həyat ərzində qarşılaşa biləcəyimiz bəzi sağlamlıq problemləri ağciyərlərdən birinin çıxarılmasına səbəb ola bilər. Bu vəziyyət insanların gündəlik həyatında və fiziki məşqlərində müəyyən məhdudiyyətlərə səbəb olsa da, əməliyyatdan sonra diqqətlə izlənilən sağalma prosesinin ardınca məşqlərini və karyeralarını uğurla davam etdirən atletlərin olması ümid verir.
Aşağıda ağciyərin sadə anatomiyasını görmək olar.
Bəs bədən tək ağciyərli olmağa necə alışır?
Ağciyərlərdən biri çıxarıldıqdan sonra bədən müxtəlif yollardan istifadə edərək yeni vəziyyətə uyğunlaşa bilir. Məsələn, bədəndə qalan ağciyər çıxarılan tərəfdən qalan sahədən istifadə edərək bir qədər genişlənə bilər və beləliklə, tutumunu artırır və zamanla oksigen itkisini kompensasiya etməyi öyrənir. Yeni şəraitə uyğunlaşarkən şəxsin üzərinə də mühüm vəzifələr düşür. Adətən insanlar tək ağciyərlə əvvəlki kimi yaşaya bilməyəcəklərini və tez-tez təngnəfəslik kimi problemlər yaşayacaqlarını düşünürlər. Ancaq həqiqət belə deyil. Gündəlik həyatlarını bir qədər yavaşladaraqbədənin yeni vəziyyətə alışmasına kömək edə və həyatlarına qaldıqları yerdən davam edə bilərlər.
Riskləri və mümkün zərərləri nələrdir?
Pnevmonektomiyabədənin yan tərəfində kəsik açılaraq bir ağciyərin yerindən tam çıxarılmasına əsaslanan cərrahi üsuldur və erkən mərhələ ağciyər xərçənglərinin əsas müalicəsidir.

Ağciyər xərçəngindən başqa ciddi avtomobil qəzaları, vərəm, göbələk infeksiyaları, anadangəlmə ağciyər xəstəliyi, siqaretə bağlı fəsadlar, infeksiya və ya iltihab nəticəsində inkişaf edən xroniki ağciyər xəstəliyi bronxoektaziya kimi sağlamlıq problemləri pnevmonektomiya əməliyyatını tələb edə bilər. Journal of Cancer jurnalında dərc edilmiş tədqiqatda bu cərrahi müdaxilənin riskləri izah edilir. Anesteziyanın mümkün riskləri ilə yanaşı, əməliyyatla əlaqəli digər mümkün fəsadlara
- Tənəffüs çatışmazlığı
- Həddindən artıq qanaxma və şok
- Anormal ürək ritmləri və ya aritmiya
- Qan axınının azalması
- Ağciyərdə qan laxtalanması və ya ağciyər emboliyası
- Ağciyərin iltihabı daxildir.
Həmçinin insanın yaşı, ümumi sağlamlıq vəziyyəti və siqaret istifadəsi yuxarıda qeyd olunan risklərə əlavə oluna bilər. Xüsusilə siqaret çəkən xəstələrdə ağciyər tutumu azaldığı üçün daha diqqətli olmaq lazımdır.
Cərrahi müdaxilədən sonra çıxarılan ağciyərin yeri hava ilə dolur. Sağalma müddətində insanlar müvəqqəti qarın ağrısı və ya qaz sancısı kimi problemlərlə qarşılaşa bilərlər. Zamanla digər ağciyərin bu sahənin bir hissəsini doldurması və qalan boşluğun bədəndaxili maye ilə dolması ilə şikayətlər aradan qalxır. Tam sağalma prosesi insanlar arasında fərqlənsə də, bir neçə həftə ilə bir neçə ay arasında dəyişir. Bu müddətdə və sonrasında insanlar gündəlik fəaliyyətlərinə diqqət etməyə çalışmalıdırlar. Səhər oyananda, üzüaşağı vəziyyətdən ayağa qalxarkən və ya pilləkən çıxdıqdan sonra nəfəs almaqda çətinlik kimi şikayətləri ola bilər.
Xülasə...
Cərrahi müdaxilədən sonra xəstələr öz hədlərini bilərək və özlərini çox zorlamadan yeni həyat tərzinə alışmalıdırlar. Keçmişdə siqaret çəkən xəstələrin sağalma prosesi daha uzun və çətin ola bilər. Xüsusilə təngnəfəslik kimi şikayətləri daha tez-tez yarana bilər.
Tək ağciyərlə yaşamaq bəzi həyati məhdudiyyətlər gətirsə də, məşq, tənəffüs texnikaları, pəhriz və xəstənin maarifləndirilməsi kimi kompleks ağciyər reabilitasiyası sağalma prosesində olduqca vacibdir. Prosesin başlanğıcından müalicədən sonrakı sağalmaya qədər xəstələrin həkimləri ilə bütün ehtimalları danışması və həkim nəzarətində davam etməsi son dərəcə vacibdir.
Mənbələr
2. Gu, C., Wang, R., Pan, X., Huang, Q., Luo, J., Zheng, J., Wang, Y., Shi, J., & Chen, H. (2017). Comprehensive study of prognostic risk factors of patients underwent pneumonectomy. Journal of Cancer
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.