Tərəvəz və meyvələri təmizləmək üçün 7 tövsiyə

Dünyada hər il milyonlarla insan qida kontaminasiyası (yoluxma, çirklənmə) səbəbindən sağlamlıq problemi yaşayır; yalnız ABŞ-da ildə 48 milyon insana təsir edir. Bəs qidalar necə çirklənir? Bəzi səbəblər sizi təəccübləndirə bilər.
Çoxları xəstəlikdən qorunmaq üçün heyvani məhsullarla diqqətli davranmağı bilsə də tərəvəz və meyvədə bu məlumatlılıq yetərli deyil. Halbuki ispanaq, yemiş, pomidor və kahı daxil olmaqla çirklənmiş tərəvəz-meyvədən böyük xəstəlik epidemiyaları bildirilib.
Təzə yeyilən qidalar müxtəlif yolla çirklənə bilər. Bitkinin torpaqda yetişməsindən masaya gəlməsinə qədər risk var. Yetişərkən heyvanlar, torpaq və sudakı zərərli maddələr, pis gigiyena ilə çirklənə bilər. Yığımdan sonra da riskli çox mərhələdən keçir. Alış və evə gələnədək risk davam edir. Uyğun olmayan saxlama da çirklənmə yarada bilər.
Mümkünsə çürük və ya zədələnmiş bitki məhsulları alınmamalı, alınıbsa ayrılmalıdır; əvvəlcədən doğranmış qidalar (kahı-qarpız dilimləri kimi) soyuducuda saxlanmalıdır.
Qidaların çirklənmə riskini azaltmaq üçün bu tövsiyələri tətbiq edə bilərsiniz:
- Bişirməyə başlamazdan əvvəl və sonra əllərinizi 20 saniyə sabunla yuyun.
- Qidaların zədələnmiş hissələrini ayırın.
- Soymazdan əvvəl yaxalayın ki, kir və bakteriya bıçaqdan meyvə-tərəvəzə keçməsin.
- Axar su altında yalnız su ilə yaxalayın, sabun və ya başqa vasitə ilə təmizləməyə ehtiyac yoxdur. Lakin salat ərzağını sirkəli suda təxminən yarım saat saxlamaq xərçəng xəstələri üçün qidalanma tövsiyələrimizdəndir.
- Ola bilən bakteriyaları azaltmaq üçün təmiz parça və ya salfetlə qurulayın.
- Xiyar, turp və kök kimi bərk qidalarda təmiz tərəvəz fırçası istifadə edə və ya qabığını soya bilərsiniz.
- Kahı və kələm kimi qidaların ən xarici yarpaqlarını çıxarıb ayırın.
ƏLAQƏLİ MÖVZULAR:
Mənbələr
fda.gov - 10 June 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.