Sağlam yemək bişirməyin 7 texnikası

Bu məqalədə
1. Sobada bişirmə
Dəniz məhsullarını, toyuq, hinduşka, yağsız ət, tərəvəz və meyvələri sobada bişirə bilərsiniz. Sobadakı quru hava ilə qidaları az yağda bişirmək mümkündür. Üstünü örtə və ya bir qədər qızarmasını istəyirsinizsə açıq qoyaraq bişirə bilərsiniz.
Sobada bişirmənin müsbət cəhəti əlavə yağ qatmağa ehtiyac olmamasıdır. Qidalar öz yağında və ya suyunda bişir və beləcə dadlarını itirmirlər, buna görə sağlam bişirmə üsullarındandır.
Uyğun qidalar: Ət və tərəvəz qarışıqları, meyvələr, kartof, südlü və yumurtalı yeməklər, un məmulatları, tərəvəzli / vegetarian kekslər.
- Əlaqəli mövzu: Limonlu balıq və kartof: yemək resepti ilə sağlam və balanslı qidalanma haqqında məlumatlar
2. Qrildə bişirmə və qovurma
Hər iki üsulda qidanın hər hissəsinin bərabər bişməsi vacibdir. Qrildə bişirərkən qidaların yetərli istilik almasına əmin olmaq üçün hər iki tərəfin 3 - 5 dəqiqə bişirilməsi tövsiyə edilir. Açıq havada qril / manqal edəcəksinizsə, əvvəlcə kömürün həqiqətən köz olduğuna əmin olmalısınız. Yeməklər alovla təmas etməməlidir, ən mühüm məqam budur.
Qovurma ölkəmizdə Qurban bayramı ilə anılan bişirmə üsuludur. Qril və qovurma üsullarında qidadan yağ xaric olur.
Uyğun qidalar: təzə ətlər, içalat, ev quşları, balıq və dəniz məhsulları, tərəvəzlər (xüsusilə göbələk və pomidor), hazır qidalar, burgerlər.
3. Qaynatma
Qaynatma üsulu ilə qidadakı nişastanın parçalanması və ya yumşalması, sellüloza, zülal və lifli quruluşun parçalanması nəticəsində yeməyin daha yumşaq olması təmin edilir. Qaynatma ilə yeməyi damaq dadına uyğun, həzm edilə bilən edə bilərsiniz. Eyni zamanda qidaları qaynadaraq qida zəhərlənməsinə səbəb ola biləcək bakteriyaları məhv edirsiniz, bu da yeməyi təhlükəsiz edir.
- Əlaqəli mövzu: Xüsusi souslu noxud və bulqurla qidalı salat resepti
4. Dərin yağda qızartma
Yağda qızartma çox üstünlük verilməməli üsuldur. Dərin yağda qızartmada qidanın səthindəki qarışığın (süd və un kimi) zülalları laxtalanır və xalq arasında bilinəndən fərqli olaraq qida daha az yağ çəkir. Müddət də çox vacibdir; qalın parçalar bişirilərkən istilik azaldılmalı, yetərli vaxt verilməlidir, əks halda yemək az bişə bilər. Bunun əksi də doğrudur; kiçik parçalar daha isti yağda və daha qısa müddətdə bişirilməlidir.
Uyğun qidalar: Balıqlar, ev quşları, hazır qidalar, tərəvəzlər, kartof, xəmir məmulatları
5. Zəif odda bişirmə
Bu üsulda əvvəl qidalar yüksək odda rəngi dəyişənədək qısa müddət saxlanılır. Sonra çox az su əlavə edilərək zəif odda bişirilir. Bişirəcəyiniz yeməyin növünə görə bu üsulda su əvəzinə qidalılıq baxımından zəngin pomidor suyundan da istifadə edə bilərsiniz. Xüsusilə tərəvəzli yeməkləri bişirmək üçün uyğun üsuldur.
6. Mayedə bişirmə
- Az mayedə bişirmə: Balıq, toyuq kimi qidalar minimum maye ilə (su, maye, süd və şərab) bişirilir. Mayenin qaynamasına əsla icazə verilməməli, lakin mümkün qədər qaynama nöqtəsinə yaxın istilikdə saxlanmalıdır. Orta hesabla 100 °C isti sobada bişirmə bu üsul üçün uyğundur.
- Dərin mayedə bişirmə: Qaynatma termini fransızca “Poche” kimi təsvir edilir. Bu üsula 8 cm su ilə simmering üsulu ilə bişirmə nümunə verilə bilər. Bütöv balıq və toyuqlar soyuq su ilə örtülür və qaynamağa qoyulur, bişənədək orta odda yavaş bişirmə tətbiq olunur.
Bir çox qidaya bu üsul tətbiq edilə bilər:
- Dərin mayedə bişirmə; bütöv balıq, parçalanmış / porsiyalanmış balıq, dəniz məhsulları, bütöv toyuq, yumurta, təzə / dondurulmuş meyvələr.
- Az mayedə bişirmə; kiçik bütöv balıq, balıq bonfilesi, balıq filesi.
7. Sote etmə
Kiçik və nazik doğranmış qidaların sürətlə bişirilməsi üçün tez-tez istifadə edilən üsuldur. Yapışmayan tava istifadə edirsinizsə yağ əlavə etməyə qətiyyən ehtiyac yoxdur. Lakin belə tavanız yoxdursa, bir desert qaşığı yağ əlavə edərək sote edə bilərsiniz. Daim qarışdırılaraq bişən qidalarda qidanın öz suyunun xaric olması əngəllənir və qida maddələrinin qorunması təmin edilir.
Əlaqəli mövzu
Mikrodalğalı soba xərçəng yaradırmı?
Ən sağlam qidalanma proqramları siyahısı 2018 – adı tez-tez eşidilən pəhrizlər haradadır?
Mənbələr
Effect of different cooking methods on nutritional value and antioxidant activity of cultivated mushrooms.
2. Choi YS, Hwang KE, Jeong TJ, Kim YB, Jeon KH, Kim EM, Sung JM, Kim HW, Kim CJ.
Comparative Study on the Effects of Boiling, Steaming, Grilling, Microwaving and Superheated Steaming on Quality Characteristics of Marinated Chicken Steak.
Korean J Food Sci Anim Resour. Epub 2016 Feb 28.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.