Trifluridine - Tipiracil

22 sentyabr 2015 tarixində FDA-dan təsdiq alan Trifluridin/Tipiracil (Lonsurf®) əvvəllər fluropirimidin, oksaliplatin, irinotekan əsaslı kimyaterapiya dərmanı və yeni damar yaranmasının qarşısını alan dərmanlar istifadə etmiş, uzaq toxumalara yayılmış (metastatik) kolorektal xərçəngli (yoğun bağırsaq xərçəngi) xəstələrə tətbiq olunur. Lonsurf iki ayrı molekulu bir arada saxlayır və bununla daha təsirli ola bilir. Xərçəng hüceyrəsinin həm daha çox qidalanması, həm də uzaq toxumalara yayılması üçün yeni damarların yaranması lazımdır.
Tipiracil yeni damarların yaranmasında təsirli olan timidin fosforilazanın işləməsinə mane olur, Trifluridin isə birbaşa xərçəng hüceyrəsinin DNA-sına bağlanır və hüceyrə bölünməsinin qarşısını alır. Qanazlığı, yorğunluq, ürəkbulanma, iştahsızlıq və qan hüceyrələrinin azalması ən çox görülən yan təsirləridir.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.



Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.