Atezolizumab

18 may 2016 tarixində FDA-dan təsdiq alan Atezolizumab (Tecentriq®) platin tərkibli kimyaterapiya istifadəsi zamanı və ya sonrasında yerli və uzaq toxumalara yayılmış (metastatik), həmçinin adyuvant və ya neoadyuvant platin tərkibli kimyaterapiya alıb 12 ay ərzində xəstəliyi irəliləmiş urotelial karsinomalı (sidik kisəsi xərçəngi) xəstələrdə istifadə olunur.
Atezolizumab da Pembrolizumab və Nivolumab kimi təsirini PD L1 molekulu vasitəsilə göstərir. Xərçəng hüceyrələri müdafiə sistemimizdən qaça bilmək üçün PD L1 molekulunu istehsal edir və hüceyrə səthinə göndərirlər. Bu molekul immun sisteminin elementi olan T hüceyrəsinə onun üzərindəki PD 1 reseptoru vasitəsilə bağlanır və bu yolla müdafiə sistemindən qaça bilir.
Atezolizumab bu bağlanmanın qarşısını alır, beləliklə immun sisteminin xərçəng hüceyrələrini rahatlıqla tanımasını və məhv etməsini təmin edir. Bir çox xərçəng dərmanı kimi yorğunluq, iştahın azalması, ürəkbulanma, sidik yolu infeksiyası, yüksək hərarət və qəbizlik ən çox görülən yan təsirləridir.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.



Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.