Xərçəng və Alzheimerlə əlaqəli yeni nəsil nanohissəciklər kəşf edildi

Hüceyrələr digər hüceyrələrlə əlaqə yaratmaq və həyati fəaliyyətləri yerinə yetirmək üçün bəzi daşıyıcı molekullardan istifadə edir. Bunları yük paketləri kimi düşünə bilərik. Yağ membranı ilə örtülü paketlərin böyüklərinə ekzosom, kiçiklərinə ekzomer deyilir. Bu paketlərin bir çox xəstəliklə əlaqəli olduğu məlumdur.
Yeni nanohissəcik: supermer
2022 yanvarında Nature Cell Biologydə dərc edilmiş tədqiqatda çoxlu ferment, zülal və RNA ehtiva edən, çoxsaylı xəstəlik növləri ilə əlaqəli yeni nanohissəcik kəşf edildi. Ona supermer adı verildi.
Nanohissəcik (NP) və ya nanodənəcik (NT) ölçüsü 1 – 100 nanometr (metrin milyonda – 10 mində biri) uzunluğundakı hissəcikləri bildirir və tibb, biotibb, fizika, kimya, elektronika, enerji istehsalı kimi geniş tətbiq sahələri olan nanotexnologiyanın mövzusudur.
Supermer nanohissəcikləri xərçəng, ürək xəstəlikləri, Alzheimer və COVID-19-la əlaqəli çoxsaylı molekul ehtiva edir. Əvvəllər ekzosom sayılırdı. Lakin tədqiqatda fərqli üsulla bu nanohissəciklər kəşf edildi.
Supermerlərin müxtəlif xəstəliklərlə bağlı molekulları daşıdığı müəyyən edildi. Məsələn:
- TGFBI zülalı supermerlər tərəfindən daşınır. Bu zülal şiş böyüməsini dəstəkləyir. TGFBI-nin kolorektal (yoğun bağırsaq) xərçəngdə mühüm biomarker ola biləcəyi də düşünülür.
- Digər molekul ACE2 reseptorudur. Ürək xəstəliklərində və COVID-19-da rol oynayır. SARS-CoV-2 ACE2 reseptoruna bağlanaraq hüceyrələri yoluxdurur. Bu halda supermerlərdən virusa qarşı “tələ” kimi istifadə edib infeksiyanın qarşısını almaq hədəflənir.
- APP zülalı Alzheimer xəstəliyinin inkişafında rol oynayır. Supermerlər qan-beyin baryerini keçə bilir. Bu halda supermer analizi ilə erkən diaqnoz və hədəfə yönəlmiş müalicələr həyata keçirilə bilər.
Bəs bu tədqiqat bizə nə ifadə edir?
- Bu tip bioaktiv molekulların müəyyən edilməsi yeni nəsil biomarkerlərin kəşfinə imkan verə bilər.
- Supermer ehtiva edən molekulların metabolomik analizi ilə erkən xərçəng diaqnozları mümkün ola bilər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.