Yeni orqanların hazırlanması 2006 – Süni orqan mühəndisliyi

CBS News müxbiri Wyatt Andrews belə yazır:
"Təsəvvür edin... Laboratoriyada hazırlana və rədd edilmə riski olmadan xəstəyə köçürülə bilən bir orqan yaratmaq. Elmi fantastika kimi səslənir, amma... bu, alimlərin bədənin özünü yenidən yaratmaq gücündən istifadə etməyi öyrəndiyi, heyrətamiz nəticələr verən regenerativ tibb sahəsində yaşanan sıçrayışdır."
2006-cı ildə Şimali Karolinadakı Wake Forest Universitetinin Tibb Fakültəsində həkim Anthony Atalanın rəhbərliyi ilə bir araşdırma qrupu dünyanın laboratoriya şəraitində hazırlanmış ilk orqanı kimi sidik kisəsi hazırladı və onu uğurlu şəkildə bir uşağa köçürdü.
Normal sidik kisəsinin quruluşu bu şəkildədir;
- Xaricində əzələlər yerləşir,
- Ortasında kollagen (birləşdirici toxuma) var
- Daxili astarı isə sidiyi keçirməyən urotelial hüceyrələrdən ibarətdir
Regenerativ tibb sahəsində insan bədənində istifadə olunmaq üçün canlı funksional toxumalar və orqanlar yaradılır. Dr. Atala onurğa beyni qüsurlarını da ehtiva edən spina bifida səbəbindən qüsurlu sidik kisəsi olan gənclər üçün sidik kisəsi hazırladı.
Uşaqların kiçik, sərt sidik kisələri tez-tez sidiyi böyrəklərə doğru itələyərək böyrək zədəsinə yol açırdı. Ənənəvi olaraq əvəzedici sidik kisələri uşağın bağırsağından hissələrlə hazırlanırdı. Lakin bağırsaq toxuması kimyəvi maddələri sormalı olduğu üçün bu resipiyentlər daha yüksək xərçəng riski və anormal dərəcədə yüksək kalsium səviyyələri ilə qarşılaşır.
Hazırlanan sidik kisəsinin köçürülməsini həyata keçirə bilmək üçün Dr. Atala;
- Bir uşağın sidik kisəsindən bəzi əzələ və urotelial hüceyrələri götürdü
- Hüceyrələrin petri qablarında bir neçə həftə ərzində bədəndən kənarda böyüməsini təmin etdi
- Daha sonra əzələ hüceyrələrini sidik kisəsi şəklində kollagendən hazırlanmış bir karkasın xaricinə "boyadı"
- Karkasın içini urotelial hüceyrələrlə boyadı
- Daha sonra bu xam sidik kisəsi qidalı mayeyə yerləşdirildi və on gün ərzində inkubasiya edildi
- Yaranan sidik kisəsi daha sonra uşağın öz sidik axarlarına yuxarıdan və sfinkterlərə (dairəvi əzələlərə) aşağıdan uğurlu şəkildə birləşdirildi
Alimlər hazırda oxşar üsullardan istifadə edərək başqa süni orqan və boruların yaradılmasını araşdırırlar. 2011-ci ildə bir xəstəyə laboratoriyada xəstənin öz kök hüceyrələri ilə yaradılmış sintetik traxeya (nəfəs borusu) köçürüldü.
Yazıda adı çəkilən tarixi şəxs: Anthony Atala (d. 1958)
- Əvvəlki mövzu: Üz transplantasiyası 2005 – Həyatın dəyişən üzü
- Sonrakı mövzu: İnsan klonlaşdırılması 2008 – Elm və etik narahatlıqlar
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.