Üz transplantasiyası 2005 – Həyatın dəyişən üzü

2005-ci ilin mayında Isabelle Dinoire sakitləşdirici qəbul etdikdən sonra yerə yıxılmışdı; həmin vaxt iti Dinoi’e-nin üzünü parçalamışdı.
“Oyandıqda bir siqaret yandırmağa çalışdım və niyə dodaqlarımın arasında qalmadığını anlamadım. Məhz onda qan gölməçəsini və yanındakı iti gördüm! Güzgüdə özümə baxmağa getdim... Çox dəhşətli idi.”
Dinoireyə yeni üz vermək üçün fransız cərrahlar Bernard Devauchelle və Jean-Michel Dubernerdin rəhbərlik etdiyi komanda tərəfindən 2005-ci ildə dünyada ilk qismən üz transplantasiyası həyata keçirildi. İntihar etmiş başqa bir qadının burnunu, dodaqlarını və çənəsini uğurla Dinoireyə köçürdülər.
Genetik cəhətdən fərqli insanlar arasında bütün üzün və ya əllərin transplantasiyası fikri yaxın vaxtlara qədər aşılması mümkün olmayan çətinlik kimi görünürdü. Bu kompozit toxuma allotransplantasiyaları (KDA) resipiyentin toxumalarının donor toxumasını rədd etməməsi üçün müasir immunosupressantlardan istifadəni tələb edir və çoxsaylı qan damarlarının və sinirlərin birləşdirilməsini əhatə edir. Qaraciyər transplantasiyası kimi bərk orqan alloqreftlərindən fərqli olaraq üz transplantasiyası bir çox müxtəlif toxumanı (əzələlər, vətərlər, sinirlər, sümüklər, damarlar və dəri kimi) əhatə edə bilər və bu da toxumanın rəddi məsələsini daha böyük çətinliyə çevirə bilər.
Dinoirenin üz transplantasiyasından bəri bir çox fərqli üz transplantasiyası həyata keçirilmişdir; bəziləri üzün daha geniş nahiyələrini, göz yaşı kanallarını və göz qapaqlarını da əhatə etmişdir. Amerika Birləşmiş Ştatlarında 2008-ci ildə əri tərəfindən üzündən vurulmuş Connie Culpa üz transplantasiyası edildi və bu transplantasiya beyin ölümü baş vermiş donordan alınan burunətrafı sinusların çoxunu, üst çənəni və hətta dişləri də əhatə edirdi. Üz transplantasiyası olunan şəxslər ömür boyu rəddə qarşı dərmanlar qəbul etməlidirlər, lakin üz əzələlərinin hərəkətini və dərinin hissiyyatını bərpa edə bilərlər. Bununla belə, donorla resipiyentin əsas sümük quruluşundakı fərqlər səbəbindən köçürülmüş üz donorun üzünə bənzəmir.
Məqalə şəklinin təsviri: Soldan sağa ardıcıllıqla Isabelle Dinoire, Connie Culp və Türkiyədə ilk dəfə 2012-ci ildə üz transplantasiyası olunan Uğur Acar.
Məqalədə adı çəkilən tarixi şəxslər: Jean-Michel Dubernerd (d. 1941), Bernard Devauchelle (d. 1950)
- Əvvəlki mövzu: İnsan genomu layihəsi 2003 – Həyatın əsas kodu
- Növbəti mövzu: Yeni orqanların hazırlanması 2006 – Süni orqan mühəndisliyi
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.