Ağciyər xərçəngləri üçün yeni müəyyən edilən səbəblər: onkoviruslar və epigenetik amillər

Ağciyər xərçənginin əsas səbəbi siqaret olsa da, yeni müəyyən edilən və qırmızı ət istehlakı ilə alınan bəzi viruslar da ağciyər xərçənginə tutulma ehtimalını artıra bilər. 2008 Nobel mükafatlı alim Dr. Harald Zur Hausen Beynəlxalq Ağciyər Xərçəngi Araşdırmaları Cəmiyyətinin 4-7 dekabrda Vyanada keçirdiyi 17-ci Ağciyər Xərçəngi Dünya Konqresində açılış çıxışında bu mövzuya toxundu.
Dr. Hausen Human papillomavirusun (HPV) serviks (uşaqlıq boynu) xərçənginə səbəb olduğunu göstərən tədqiqatları ilə Nobel mükafatı almışdı. Dr. Hausen çıxışında siqaret çəkməyənlərdə ağciyər xərçənginin risk faktorlarını və bu faktorların genetik və ya epigenetik gen modifikasiyaları ilə qarşılıqlı təsirə girib-girmədiyini müzakirə etdi.
Xərçənglərin əhəmiyyətli hissəsinin viral infeksiyalarla bağlı olduğu məlumdur və bu xərçəng yaradan viruslara onkovirus / onkogen virus deyilir. Yaxın tarixli tədqiqatlara görə onkogen viruslar ağciyər xərçənginin yaranmasında da rol oynayır kimi görünür. Yaxşı məlum nümunə səs telləri nahiyəsində təkrarlanan papillomatoz lezyonlardır (laryngeal papillomatosis). Həmçinin HPV11 və ya HBV6 viruslarının yaratdığı infeksiyalardan qaynaqlanan nadir ağciyər xərçəngi halları da var.
Şübhəsiz, onkogen virusların uzunmüddətli (latent) infeksiyalarla hüceyrələri xərçəngləşdirməsi üçün əlavə genetik və ya epigenetik modifikasiyaları tətikləməsi lazımdır. Onkovirusa yoluxmuş sağlam şəxslərdə müxtəlif hüceyrədaxili siqnal yolları onkogenləriuğurla əngəlləyir. Lakin bu mərhələlərdən hər hansı birinin uğursuzluğu viral onkogenlərin işləməsinə imkan verir və hüceyrələrin nəzarətsiz böyüməsinə, metastaz verməsinə səbəb olur (Onkogenlər normal şəraitdə hüceyrə çoxalmasına cavabdeh “protoonkogenlərin” funksiyasını itirməsi nəticəsində yaranır. Onkogenlər xərçəngin aqressiv irəliləməsinə səbəb olur).
Araşdırmalar kəsilən heyvanlardan qaynaqlanan aerozollara müntəzəm məruz qalan qəssablar və kəsimxana işçilərində ağciyər və orofaringeal (ağız-udlaq) xərçəng riskinin artdığını göstərir. Bu, nəfəs alınan havada yoluxucu səbəbə işarə ola bilər.
Bir çox insan mənşəli patogen virus heyvanlarda xərçəngləşmə yaradır. Eyni hal heyvan mənşəli patogen viruslar üçün də keçərli ola bilər. Bu tezisi müdafiə edən tədqiqatçılar Hindistanda ağciyər xərçəngi tezliyini nümunə göstərir. Hindistanda siqaret istifadəsi çox olsa da, ağciyər xərçəngi nisbəti aşağıdır. Həmçinin dana əti istehlak edilməyən Hindistanda kolon xərçəngi halları da azdır. Qırmızı (xüsusilə emal olunmuş) ət istehlakı ilə kolon xərçəngi riski arasındakı əlaqə aydın ortaya qoyulub. Tədqiqatçılar oxşar əlaqənin ağciyər xərçəngi ilə də ola biləcəyini irəli sürür. Başqa sözlə, heyvanlardakı patogen viruslar insanlarda ağciyər xərçənginə səbəb ola bilər.
Bəs bu vəziyyət klinik baxımdan nə ifadə edir?
- Sağlam ət bişirmə üsullarına üstünlük vermək müəyyən xərçənglərdən (əsasən kolon və ağciyər) qorunma strategiyası ola bilər.
- Heyvan mənşəli virusların aşkarlanması və insanlarda xərçəngləşmə yaradıb-yaratmadığının müəyyən edilməsi xərçəngdə yeni dərman hədəflərini tapmağa imkan verə bilər.
- Onkovirusların epigenetik mexanizmlərə də təsir edərək xərçəngləşmə yaratdığına dair fikirlər artır. Genlərin bir-biri və ətraf mühitlə əlaqəsini araşdıran epigenetika elmi bu baxımdan mühüm rol oynayır. Onkogenləri aktivləşdirən epigenetik mexanizmlərin onkoviruslarla necə qarşılıqlı təsirdə olmasının tapılması təsirli epigenetik xərçəng müalicələrinə yol aça bilər.
- Viral genlər xərçəngin erkən diaqnozu və müalicəyə cavabın ölçülməsində mühüm biomarker ola bilər. Qandan, sidikdən və ya digər bədən mayelərindən məlum “viral gen hissəcikləri” tutularaq xərçəng daha təsirli idarə edilə bilər.
Mənbələr
Is smoking a sole factor in lung cancer development?
Keynote lecture presented at: 17th World Conference on Lung Cancer; December 2016; Vienna, Austria.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.