BRCA mutasiyasının prostat xərçənginə də səbəb olması təəccübləndirdi

Müxtəlif xərçəng növlərinin eyni insanda və ya ailədə erkən yaşda yaranması alimlərin marağına səbəb olmuşdur. İlk dəfə 1990-cı ildə Science jurnalında erkən yaşda irsi ötürülən süd vəzi-yumurtalıq xərçəngindən bəhs edən məqalə yayımlandıqdan sonra 1994-cü ildə BRCA1, 1995-ci ildə isə BRCA2 kəşf edilir. Bu genlər haqqında tədqiqatlar artdıqca bu zülalı zədələnmiş insanlarda yalnız süd vəzi və yumurtalıq xərçəngi deyil, mədəaltı vəzi xərçəngi və kişilərdə prostat xərçəngi yaranma ehtimalının da artdığı müəyyən olunur.
BRCA geni adını süd vəzi xərçənginin ingiliscə adının (breast cancer) baş hərflərinin qısaltmasından alır. BRCA 1 və 2 adlı zülallar genlərimizin quruluşunu təşkil edən DNA-nın təmirində iştirak edir. Bu zülallar şişi basqılayan (böyüməni əngəlləyən) genlərdir. Bu zülallar pozulduqda DNA təmir edilə bilmir və zədələnmiş DNA üzərindən xərçəngləşmə prosesi başlayır. DNA təmirinin bu əsas yolu pozulduqda şiş hüceyrələrində ikinci təmir yolu olan polimeraza (PARP) yolu daha çox işləməyə başlayır. PARP yolunun basqılanması xərçəng hüceyrəsini ölümə aparacağı üçün bu yola qarşı hazırlanmış dərmanlar BRCA 1-2 mutasiyası olan xəstələrdə hədəflədiyimiz müalicəni təşkil edir. Bu qrupa daxil olan dərmanlar Olaparib, Veliparib və Niraparibdir.
BRCA1-2 genləri zədələnmiş yumurtalıq xərçəngində FDA (Amerika Qida və Dərman İdarəsi) təsdiqini 2014-cü ildə almış Olaparib (Lynparza) adlı dərman BRCA1-2 genləri zədələnmiş süd vəzi və prostat xərçəngində də aparılan tədqiqatlarla eyni uğuru göstərmişdir. Nüfuzlu jurnallardan NEJM-də yayımlanan tədqiqata hormona davamlı prostat xərçəngli 49 xəstə daxil edilmişdir.
Xəstələrin hamısı əvvəllər kimyaterapiya almış və hamısında DNA təmir yolu zədəsi (%50-sində BRCA2 mutasiyası) müəyyən edilmişdir. Plasebo (dərmansız xəstə qrupu) qolu ilə olaparib müqayisə edildikdə ümumi sağqalımda əlavə 6 aylıq fayda verdiyi göstərilmişdir. Hələ prostat xərçəngində FDA təsdiqi almasa da, xəstələrimiz üçün ümidverici dərman kimi yerini almışdır.
Veliparib, 2016 Amerika Xərçəng Konqresində (ASCO) təqdim olunan Faza II tədqiqatına hormona davamlı prostat xərçəngli 153 xəstə daxil edilmişdir. İrəliləmiş prostat xərçəngli xəstələrimizdə istifadə etdiyimiz abirateron (zytiga) adlı dərmanın yanına əlavə edilmişdir. DNA zədəsi vəziyyətindən asılı olmayaraq veliparib verilən xəstə qrupunda xəstəliyin irəliləməsinə qədər keçən müddətin artması ilə yanaşı PSA (prostata spesifik antigen) səviyyəsinin azaldığı müəyyən edilmişdir. DNA təmir zülalları zədələnmiş alt qrupda isə uğurun daha da artdığı, xəstəliyin cavab göstəricisinə %45 əlavə töhfə verdiyi və %90 PSA cavabı ilə birlikdə olduğu göstərilmişdir. Veliparib də irəliləmiş prostat xərçəngli xəstələrimiz üçün gələcəkdə yerini alacaq kimi görünür. Nirapanib adlı PARP yolunu basqılayan dərmanımızın isə tədqiqatları davam edir.
Nəticə olaraq, hədəfə yönəlmiş müalicənin uğurlarını ortaya qoyan bu dərmanlar hələ gündəlik praktik istifadəyə daxil olmasa da, xəstələrimiz üçün ümidverici müalicə seçimləri kimi yerini almışdır.
Mənbələr
Inherited DNA-Repair Gene Mutations in Men with Metastatic Prostate Cancer.
N Engl J Med 2016; 375:443-453August 4, 2016DOI: 10.1056/NEJMoa1603144
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.