Çəkilən ümumi siqaret COVID-19 səbəbindən hospitalizasiya və ölümlə əlaqəlidir

Yeni tip koronavirusun yaratdığı infeksion xəstəlik olan COVID-19 və siqaret arasındakı əlaqə pandemiyanın əvvəlindən müzakirə olunur. Siqaretin ağır COVID-19 riskini artırdığı mütəxəssislər və azsaylı elmi tədqiqatlarla göstərilsə də, əksini deyənlər çaşqınlıq yaratdı. Bu mövzuda indiyədək ən yüksək sübut gücünə malik yeni tədqiqatlardan biri JAMA Internal Medicinejurnalında 25 yanvar 2021-ci ildə dərc edildi.
Siqaret COVID-19-dan qoruyurmu?
Neçə paket-il siqaret çəkilməsi ilə COVID-19 arasındakı doza-cavab əlaqəsini müəyyən edən bu kohort tədqiqatına görə siqaret tüstüsünə artan ümumi məruzqalma COVID-19 səbəbindən hospitalizasiya və ölüm üçün müstəqil risk amilidir.
30 paket-ildən çox siqaret çəkmiş xəstələrdə hospitalizasiya və ya ölüm riski əhəmiyyətli yüksək idi. Bu şəxslərdə COVID-19 səbəbindən xəstəxanaya yatış riski 2.2 dəfə çox tapıldı.
Qeyd: Bir paket-il, bir il ərzində gündə orta hesabla 20 siqaret (və ya bir paket) çəkməyə bərabər müəyyən olunur. Məsələn, 30 il gündə 1 paket çəkmək 30 paket-il, 15 il gündə 2 paket çəkmək də 30 paket-il hesablanır.
Siqaret çəkmə vəziyyətinin COVID-19-un pis nəticələri ilə əlaqəli ola biləcəyini göstərən məlumat azdır; tədqiqatın məqsədi siqaretə məruzqalmanın COVID-19 ilə əlaqəli hospitalizasiya və ölüm səviyyəsinə təsir edib-etmədiyini müəyyən etmək idi.
Tədqiqat Cleveland Clinic səhiyyə sisteminin COVID-19 qeydlərinə əsaslanır. 8 mart 2020 ilə 25 avqust 2020 arasında SARS-CoV-2 üçün müsbət test nəticəsi olan 7102 xəstənin məlumatları qiymətləndirildi.
Xəstələrin əksəriyyətinin (% 84.8) siqaret tarixçəsi yox idi, % 2.4-ü hazırda, % 12,8-i isə əvvəllər siqaret çəkirdi. Hazırda və ya əvvəllər siqaret çəkənlər ümumi tarixçəyə görə təsnif edildi: 0 ilə 10 paket-il, 10 ilə 30 paket-il və 30 paket-ildən çox.
Siqaret çəkənlərin COVID-19 səbəbindən hospitalizasiya riski artdı və artım doza-cavab şəklində idi; yəni ümumilikdə nə qədər çox siqaret çəkilmişdisə, COVID-19 səbəbindən hospitalizasiya riski də artırdı.
Yaş, irq və cinsə görə uyğunlaşdırıldıqda hospitalizasiya ehtimalı 0 ilə 10 paket-il üçün 0.99 dəfə (% 95 CI, 0.76-1.30), 10 ilə 30 paket-il üçün 1.41 dəfə (% 95 CI, 1.12-1.78), 30 paket-ildən çox çəkənlərdə isə 2.25 dəfə (% 95 CI, 1.76-2.88) artmışdı.
Lakin yaş, irq, cins, dərman və yanaşı xəstəliklərə görə uyğunlaşdırıldıqdan sonra yalnız 30 paket-ildən çox siqaret tarixçəsi olanlarda əhəmiyyətli yüksək hospitalizasiya riski qaldı (şans nisbəti, 2.19; 1.52-3.14).
İntensiv terapiya şöbəsinə (YBÜ) qəbul və ölüm riski artan paket-illərlə oxşar doza-cavab əlaqəsi göstərdi. Yaş, irq və cinsə görə uyğunlaşdırıldıqda intensiv terapiyaya qəbul göstəriciləri 0 ilə 10 paket-il üçün 1.19 (% 95 CI, 0.75-1.89), 10 ilə 30 paket üçün 1.55 (% 95 CI, 1.09-2.21), 30 paket-ildən çox çəkənlərdə isə 1.69 (% 95 CI, 1.23-2.35) dəfə artmışdı.
Ölüm ehtimalı 0 ilə 10 paket-il üçün 1.66 dəfə, 10 ilə 30 paket-il üçün 1.47 dəfə, 30 paket-ildən çox üçün 1.89 dəfə artmışdı.
Dərman və yanaşı xəstəliklərə görə uyğunlaşdırıldıqda YBÜ-yə qəbul və ya ölüm riski paket-il qruplarında heç siqaret çəkməyənlərdən əhəmiyyətli fərqlənmirdi.
Nəticədə siqaretin ağır COVID-19 riskini azalda bilməsi iddiası tamamilə yanlışdır. Hətta bu geniş tədqiqat daha aydın göstərdi ki, ümumi siqaret istehlakının artması dozadan asılı şəkildə COVID-19 səbəbindən daha yüksək hospitalizasiya və ölüm riski ilə əlaqəlidir.
ƏLAQƏLİ MÖVZULAR
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.