COVID-19 riski ən yüksək olan PEŞƏLƏR hansılardır?

Bu məqalədə
Bir çox insan son həftələr evdən işləyərək sosial təcrid tədbirlərinə əməl edir. Bu məhdudiyyət SARS-CoV-2 adlı yeni tip koronavirusun və onun törətdiyi COVID-19 xəstəliyininnəzarət altına alınmasında və mənfi nəticələrinin azaldılmasında ən vacib yol olsa da, işçilərin yalnız az hissəsi məsafədən/evdən işləyə bilir. Məsələn, evdən işləmək ABŞ işçilərinin yalnız %29-nun yararlana biləcəyi imtiyazdır; qalan %71 üçün vəziyyət qeyri-müəyyəndir. Əhalinin mühüm hissəsi işdən çıxarmalar və məcburi qapanmalar səbəbindən işsiz qalıb. Əsas xidmətlərdə çalışanlar isə işlərini davam etdirib, lakin virusa yoluxma riskləri artıb. Bunu öyrənmək və hansı peşələrin COVID-19-a məruzqalma riski ilə daha çox üzləşdiyini müəyyən etmək üçün O*NET-dən, yəni Peşə Məlumat Şəbəkəsindən alınmış məlumatlarla infoqrafika — məlumatın vizual təqdimatı hazırlanıb.
Qeyd: Yuxarıdakı məlumatlar ABŞ iş mühiti üçün keçərlidir. Risklər və maaşlar digər ölkələrə birbaşa ümumiləşdirilə bilməz, lakin təsəvvür yaratmaq baxımından mənalıdır.
Metodologiya və nəticələr
Alınmış ballar peşə bazasında yer alan 3 fiziki iş xüsusiyyətinin qiymətləndirilməsinə əsaslanır:
- Digər şəxslərlə təmas: İş görülərkən işçinin öz vəzifəsini yerinə yetirməsi üçün başqaları ilə nə qədər təmasda olması tələb olunur.
- Fiziki yaxınlıq: Bu iş əməkdaşdan başqalarına yaxın fiziki vəzifələri yerinə yetirməyi nə dərəcədə tələb edir.
- Xəstəliyə və infeksiyaya məruzqalma: Bu iş nə qədər tez-tez təhlükəli şəraitə məruz qalmağı tələb edir.
Qrafikdə hər fiziki xüsusiyyətə bərabər çəki verilir; qiymətləndirmə sonunda işlər 100 ilə 0 arasında yekun COVID-19 risk balı alır. Burada 100 ən riskli işi, 0 ən az riskli işi göstərir. Risk balı 0,5-dən aşağı işlər əlavə təhlillərlə müəyyən edilib. Qrafik hazırlanarkən peşə siyahısını daraltmaq üçün 20.000-dən az işçisi olan peşələr çıxarıldı. Qalanlar arasından yaxşı tanınan 100 peşə seçildi və orta illik gəlir, işçi sayı və risk balına görə sıralandı.
Qrafikdə tibb bacılarının və səhiyyə işçilərinin virusa məruzqalma ehtimalının vəkillərdən və veb proqramçılardan yüksək olması kimi aşkar nəticələr olsa da, bu məlumat dəstləri hər peşənin riskini anlamaq üçün daha kəmiyyət əsaslı rəqəm verməyə imkan yaradır.
Koronavirusa qarşı ön cəbhədə olanların müəyyən edilməsi
Şübhəsiz, səhiyyə işçiləri virusa qarşı ən ön cəbhədə cəsarətlə mübarizə aparır. Bununla belə, işçilərin az hissəsi işini evdən görə bilir və ön cəbhədə çalışan bir çox peşə sahəsi də səhiyyə işçiləri kimi bu mübarizədə tanınmağa layiqdir. Bu peşələrdən ikisi avtobus sürücüləri və kassirlərdir. Hər ikisi işçilərin başqalarına fiziki yaxın olmasını tələb edir. Bu şəxslərin göstərilməsinə kömək etdiyi xidmətlər vacibdir və risklərə baxmayaraq bir çoxu bütün pandemiya boyunca işləyir. Market əməkdaşları ölkələrdə ictimai iğtişaşların qarşısını alan işçilərdir. Çünki mağazalarda işləyən heç kəs olmasaydı, böyük çətinlik yaşayardıq.
Qrafik üçün əldə edilmiş məlumatlar həmçinin daha çox qazananların evdən işləyə bilən hissəsinin daha böyük olduğunu göstərib. Bir çoxunun hesablarını ödəməkdən narahat olduğu vaxtda bu bərabərsizliyin təsiri xüsusilə az qazananlara ağır ola bilər. Evdən işləməsələr, bu şəxslər mövcud maliyyə çətinlikləri ilə yanaşı artan sağlamlıq riskləri ilə də üzləşəcəklər.

Nəticə
COVID-19 epidemiyası peşə riskləri baxımından hər kəsə fərqli təsir etdi. Ön xətdəki şəxslər istər xəstələrə qulluq, istər ərzaq dükanlarının rəfləri, istərsə də cəmiyyətlərimizin problemsiz işləməsi üçün özlərini riskə atırlar. Bu arada evdən işləyəcək qədər şanslı olanlar hətta həftəsonu da təhlükəsiz sosial məsafəni qoruyaraq epidemiyanın yayılma sürətini azaltmağa kömək edə bilərlər.
KORONAVİRUS HAQQINDA BÜTÜN YAZILARIMIZ
Mənbələr
The Front Line: Visualizing the Occupations with the Highest COVID-19 Risk.
visualcapitalist.com - 15 April 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.