Gecə tərləmələri xərçəng əlamətidirmi?

Bu məqalədə
Xərçəng əlamətləri insandan insana dəyişdiyi kimi xərçəngin növünə, yarandığı nahiyəyə və mərhələsinə görə də dəyişir. Həmçinin kimyaterapiya kimi xərçəng müalicələri əlavə əlamətlərə səbəb ola bilər. Gecə tərləmələri kimyaterapiyadan sonra xərçəng xəstələrində tez-tez görülən hallardandır.
Tərləmə bədən temperaturunu azaltmaq üçün orqanizmin göstərdiyi fizioloji reaksiyadır.
Tərləmə zamanı duz və su dəridəki tər vəzilərindən xaric edilir. Bədənimizin hər yerində sinir hüceyrələrinin idarə etdiyi tər vəziləri vardır. Həmişə görünən şəkildə olmasa belə tərləmə daim baş verir.
Tərləmə miqdarı şəxsin hansı fəaliyyəti etməsinə, emosional vəziyyətinə və temperatura görə dəyişir.
Neyroendokrin şişlər, böyrəküstü vəzi (adrenal) xərçəngi, böyrək xərçəngi, limfoma və leykozda gecə tərləmələri tez-tez görülür, bunlar nisbətən nadir xərçəng növləridir. Bununla yanaşı prostat xərçəngində də gecə tərləmələri bildirilmişdir.
Xərçəngdə görülən tərləmənin bəzi xüsusiyyətləri
- Xərçəng xəstələrində tərləmə və yüksək hərarət şişin özünə və ya müalicəsinə bağlı yarana bilər.
- Gecə tərləmələri tez-tez qadın xərçəng xəstələrində görülür.
- Bu vəziyyət xərçəng xəstələrinin yuxu keyfiyyətinə təsir edir.
- Tərləmə müalicəsinin planı gecə tərləməsinin altında yatan əsas səbəbdən asılıdır və şişin müalicəsini də əhatə edir.
- Müalicənin ilk addımı gecə tərləməsinin birincili səbəbini tapmaqdır.
Gecə tərləmələri əksərən xərçəngə bağlı yaranmır; gecə tərləmələrinin digər səbəbləri:
Gecə tərləmələri əksərən xərçəngdənkənar səbəblərlə yaranır. Hiperhidroz, gündüz və ya gecə həddindən artıq tərləmə ilə səciyyələnən narahatlığın adıdır və cəmiyyətdə çox görülür. Adətən mühüm şikayətə səbəb olmur və müalicə seçimləri vardır.
Həmçinin aşağıdakı bir çox halda gecə tərləmələri görülür:
- Menopauza,
- İnfeksiyalar,
- Aşağı qan şəkəri (hipoqlikemiya),
- Hormonal pozuntular,
- İflic/insult kimi nevroloji vəziyyətlər,
- Təşviş və ya stress,
- Alkoqol və ya dərman çəkilməsi, yaxud asılılığı,
- HIV
Gecə tərləməsinin müalicəsində istifadə olunan üsullar bunlardır;
- Hormon əvəzedici müalicə (hormone replacement therapy=HRT),
- Antidepressantlar,
- Klonidin (yüksək təzyiq və diqqət çatışmazlığı hiperaktivlik pozuntusunda istifadə olunan dərman),
- Antikonvulsantlar (antiepileptiklər=epilepsiya müalicəsində istifadə olunan dərmanlar)
- Rahatlama terapiyaları və akupunktur
Qəfil isti basmaları estrogen müalicəsi ilə nəzarətə alına bilər. Lakin döş xərçəngli bəzi qadın xəstələrdə estrogen müalicəsi mümkün deyil. Həmçinin bu müalicələr döş xərçəngi riskini və təkrarlanma ehtimalını artırır, ürəklə bağlı həyat itkilərinə səbəb olur.
Prostat xərçəngi xəstələri üçün də oxşar şəkildə estrogen-progestin, antidepressantlar və antikonvulsantlar istifadə edilə bilər.
Xərçəng xəstələrində müalicədən qaynaqlanan şikayətlər və ya yan təsirlər yaxşı qiymətləndirmə ilə onkoloqunuz tərəfindən idarə edilə bilər. Şikayətlərinizi bildirməkdən çəkinməyin və səhiyyə komandasına çatdırın, beləcə bir çox şikayət və ya yan təsir böyümədən nəzarətə alına bilər.
Marağınızı çəkə bilər:
Mənbələr
Uptodate 2016
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.