Gənclər niyə elektron siqaret istifadə etməməlidir?

Pediatrics adlı jurnalda dərc edilən tədqiqat elektron siqaretlərin gənclərə zərərli olduğunu təsdiqləyir və yeniyetmələrin sağlamlığını qorumağa çağırır.
Elektron siqaretləradi siqaretlərdən daha sağlam olmaq şüarı ilə bazara çıxarılmış, batareya, kartric və püskürdücüdən ibarət elektron cihazlardır. Nikotinli modelləri olmaqla yanaşı, istifadəçilər nikotinsiz modellərini də seçə bilərlər. İstifadəçilər cihazı adi siqaret çəkirmiş kimi istifadə edə bilir və cihazın süni yaratdığı buxar klassik siqaret çəkməni təqlid edir. Elektron siqaretlərlə bağlı çoxsaylı narahatlıqlar var; bunlardan biri əvvəlki yazılarımızda qeyd etdiyimiz, gənclərin elektron siqaret istifadəsinə bağlı olaraq adi tütün məhsullarından asılılığa da qapı açılması vəziyyətidir.
Kaliforniya Universitetində aparılan son tədqiqatlar isə gənclər barədə, yeni asılılıqlara keçid ehtimalından daha artığına görə narahat olmalı olduğumuzu bildirir. Tədqiqat qrupu elektron siqaret istifadəsi nəticəsində gənclərin, kanserogen (xərçəng törədici) bəzi təhlükəli kimyəvi maddələrə məruz qaldığını aşkar etdi.
Tədqiqatda orta yaşı 16.4 olan 104 yeniyetmədən alınmış sidik nümunələri təhlil edildi. 104 yeniyetmənin 67-si elektron siqaret istifadəçisi, 17-si həm elektron, həm adi siqaret istifadəçisi olduğu halda, 20-si elektron və adi siqaret istifadə etməmişdi.
Təhlilin nəticələrinə görə, elektron siqaret istifadə edən gənclərin bədənlərində istifadə etməyən həmyaşıdlarına nisbətən üç qat daha çox zərərli kimyəvi maddə aşkar edildi.
Bu tədqiqat eyni zamanda gənc elektron siqaret istifadəçilərinin bədənlərində kanserogen maddələrin mövcudluğunun araşdırıldığı ilk tədqiqatdır. Aşkar edilən zərərli kimyəvi maddələrdən bəziləri bunlardır:
- Akrilonitril (Acrylonitrile),
- Akrolein (Acrolein),
- Propilen oksid (Propylene Oxide),
- Akrilamid (Acrylamide) və
- Krotonaldehid (Crotonaldehyde).
Yoxlanılan bəzi maddələr ətirləndirilmiş, nikotinsiz elektron siqaret mayelərindən istifadə edən yeniyetmələrin bədənlərində aşkar edildi. Bunlar, FDA tərəfindən təsdiqlənməsinə baxmayaraq, qızdırıldıqda kanserogen birləşmələr yarada bilən propilenqlikol və qliserol ehtiva edir.
Buxarlanma üçün lazım olan yüksək temperaturlara qədər qızdırıldıqda potensial kanserogen zəhərli maddələr yarana bilər.
Nəticə olaraq unudulmamalıdır ki, elektron siqaretlərin yaratdığı buxar zərərsiz deyil. Elektron siqaret adi siqaretlərin tüstüsündə olan zərərli kimyəvi maddələrin bəzilərini və bununla yanaşı bəzi ağır metalları ehtiva edir.
Mənbələr
Adolescent Exposure to Toxic Volatile Organic Chemicals From E-Cigarettes.
Pediatrics, March 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.