HER2-müsbət döş xərçənginin müalicəsi üçün dərialtı Herceptin FDA təsdiqi aldı

28 fevralda ABŞ Qida və Dərman İdarəsi (FDA), HER2-müsbət erkən mərhələli döş xərçəngi olan xəstələrin bəziləri üçün kimyaterapiya ilə birlikdə trastuzumabın subkutan (dərialtı) forması olan trastuzumab / hyluronidaz-oysk (Herceptin Hylecta) adlı ağıllı dərmana istifadə təsdiqi verdi. Bu müalicəyə uyğun xəstələr düyün-müsbət, yaxud düyün-mənfi və hormon-mənfi, yaxud yüksək risk amillərindən birinə malik xəstələr kimi müəyyən edildi. FDA həmçinin əvvəllər metastatik xəstəlik üçün bir və ya daha çox sıra kimyaterapiya almış HER2-müsbət metastatik döş xərçənginin müalicəsi üçün paklitaksel ilə birlikdə və ya tək olaraq trastuzumab / hyluronidaz-oysk istifadəsini də təsdiqlədi.
Bu yeni dərman klassik trastuzumabla eyni monoklonal anticismi ehtiva edir, lakin bu dəfə subkutan tətbiq edilə bilməsi üçün rekombinant insan hyaluronidaz PH20 fermenti ilə birlikdə hazırlanıb. Klassik trastuzumab (Herceptin) venadaxili (toplardamardan) infuziya ilə 30-90 dəqiqədə verildiyi halda, trastuzumab / hyaluronidaz-osk subkutan 2-5 dəqiqədə tətbiq olunan hazır şprislər şəklində mövcuddur.
Dərialtı trastuzumaba FDA təsdiqi gətirən araşdırmalar: HannaH, SafeHER və PrefHER
FDA təsdiqi erkən mərhələli HER2-müsbət döş xərçəngi üçün aparılan 3 klinik tədqiqatın nəticələri ilə alındı:
- Faz III HannaH araşdırmasında kimyaterapiya ilə birlikdə neoadyuvant və adyuvant trastuzumab / hyaluronidaz oysk venadaxili trastuzumabla müqayisə edildi. Trastuzumab və hyaluronidaz-oysk-ın subkutan tətbiqi qanda venadaxili trastuzumabla bərabər səviyyələr yaratdı və klinik effektivlik nəticələri də oxşar idi. Patoloji tam cavab göstəricisi trastuzumab / hyaluronidaz oysk ilə % 45.4, yalnız trastuzumab ilə isə % 40.7 idi.
- Adyuvant trastuzumab / hyaluronidase-oysk faz III SafeHER araşdırması venadaxili trastuzumab və trastuzumab / hyaluronidaz-oysk-ın məlum təhlükəsizlik profilləri və dözüləbilənlik məlumatları ilə uyğun idi.
- PrefHER araşdırmasında isə xəstələrin hansı tətbiqə üstünlük verdikləri sınaqdan keçirildi və əksəriyyətinin (% 86) venadaxili trastuzumab əvəzinə trastuzumab / hyaluronidaz oysk-a üstünlük verdiyi görüldü.
Erkən döş xərçəngi səbəbindən trastuzumab / hyaluronidaz oysk alanlarda ən çox görülən yan təsirlər yorğunluq, oynaq ağrısı, ishal, inyeksiya yerində reaksiya, yuxarı tənəffüs yolu infeksiyası, səpgi, əzələ ağrısı, ürəkbulanma, baş ağrısı, şişmə, qızarma, qızdırma, öskürək və ətraflarda ağrıdır.
Mənbələr
fda.gov - 28 February 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.