Homeopatiya nədir, xərçəng müalicəsində fayda verirmi?

Bu məqalədə
Homeos (bənzər) və pathos (əzab) sözlərinin birləşməsindən yaranan homeopatiyanın əsasında “bənzər bənzəri sağaldır” məntiqi durur. İlk dəfə 18-ci əsrdə istifadə edilməyə başlanan homeopatiya ən çox istifadə edilən tamamlayıcı tibb üsullarındandır. Tətbiq edənə “homeopat”, homeopatın tövsiyə etdiyi müalicə agentinə isə “remedi” deyilir.
Homeopatiyanın yaranması maraqlı müşahidəyə əsaslanır. Məlum olduğu kimi keçmişdə malyariya ciddi ictimai sağlamlıq problemi idi (sosiomədəni səviyyəsi aşağı cəmiyyətlərdə hələ ciddi problemdir). Malyariyanın əlamət və tapıntıları qızdırma, üşümə və tərləmədir. Malyariya müalicəsində ən çox istifadə edilən dərmanlar olan xininhəddən artıq istifadə edildikdə, yəni xinin zəhərlənməsində də qızdırma, üşümə və tərləmə görülür. Bu müşahidədən “Görəsən, bənzər bənzəri sağaldırmı?” fikri irəli sürülmüşdür.
Homeopatik dərmanın həyat gücünəxəstəliklə eyni təsir etdiyi düşünülür. Buna görə həyat gücünün xəstəliyə və onun üçün hazırlanmış homeopatik dərmana eyni və ya fərqli şiddətdə reaksiya verdiyi deyilir. Homeopatik müalicənin əsaslandığı prinsiplər bunlardır:
- Bənzər bənzəri sağaldır
- Yalnız bir dərman istifadə edilir
- Həmişə ən aşağı doza istifadə edilir
- Remedinin potensiyası durulaşdırıldıqca artır
- Yalnız homeopatik dərman istifadə edilir
1 ölçü dərman, su ilə 10 ölçüyə tamamlanarsa 1X; 100 ölçüyə tamamlanarsa 1C; 50.000 ölçüyə tamamlanarsa 1Q adlandırılır. Əsas qarışıq durulaşdırma və çalxalamadan sonra laktoza tabletlərinə hopdurulur və belə istifadə edilir. Homeopatlara görə müalicədə tövsiyə edilən maddə çox durulaşdırıldığı üçün olduqca təhlükəsizdir və müasir dərmanlarla qarşılıqlı təsirə girmir.
Homeopatiyanın elmi sübutu varmı?
1854-cü ildə London vəba epidemiyasında homeopatiya ilə müalicə edilən 90 xəstənin 73-nün sağaldığı, həmin dövrün standart vəba dərmanları ilə müalicə edilənlərin isə təxminən %40-nın xilas olduğu iddia edilmişdir. Lakin bu nəticələr sonrakı tədqiqatlarla dəstəklənməmişdir.
Müasir dövrdə çoxlu klinik tədqiqat homeopatiyanın xəstəlikləri müalicə gücünü araşdırmışdır. Bunların heç birində homeopatiyanın xərçəng daxil hər hansı xəstəliyi sağaltdığına dair güclü sübutlarəldə edilməmişdir.
2005-ci ildə nüfuzlu Lancet tibb jurnalında dərc edilmiş məqalədə 110 homeopatiya tədqiqatının nəticələri toplanmışdır. Bunlarda homeopatiyanın müxtəlif xəstəlikləri müalicə edib-etmədiyi sorğulanmışdır. Həmçinin faydalarının plasebo təsirinəbağlı olub-olmadığı araşdırılmışdır. Plasebo təsiri farmakoloji cəhətdən təsirsiz dərmanın təlqin və inanca əsaslanan təsir yaratmasıdır.
Bu icmala görə homeopatiyanın xəstəlikləri müalicə gücü müasir dərmanlarla müqayisə edilməyəcək qədər zəifdir. Bəzi tədqiqatlarda homeopatiyanın insanın ümumi vəziyyətini yaxşılaşdırdığı müşahidə olunsa da, bu, plasebo təsiri kimi şərh edilmişdir.
Nəticə olaraq homeopatiyanın plasebodan başqa faydası elmi və klinik olaraq sübut edilməmişdir. Homeopatik dərmanlar adətən aktiv maddə ehtiva etmədiyindən zərərsiz sayılır. Lakin onların xüsusən standart xərçəng müalicələrinin əvəzinə istifadəsi xəstələri ciddi təhlükəyə atacaqdır, buna görə tövsiyə etmirik.
Mənbələr
Homeopati ve Naturapati Sözel Sunumu
11. Ulusal Onkolojik Araştırmalar Çalıştayı, 12-15 Kasım 2015, Antalya
2. Aijing Shang MD, Karin Huwiler-Müntener MD, Linda Nartey MD.
Are the clinical effects of homoeopathy placebo effects? Comparative study of placebo-controlled trials of homoeopathy and allopathy.
The Lancet, Volume 366, No. 9487, p726–732, 27 August 2005
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.