İlk dəfə COVID-19 nəfəs testi FDA təcili istifadə icazəsi aldı

14 aprel 2022-ci ildə FDA (ABŞ Qida və Dərman İdarəsi) nəfəs nümunələrində SARS-CoV-2 infeksiyası ilə əlaqəli kimyəvi birləşmələri aşkar edən ilk COVID-19 diaqnostik testi üçün təcili istifadə icazəsi (emergency use authorization= EUA) verib.
Covid-19 nəfəs testi həkim kabinetləri, xəstəxanalar və mobil test bölmələri kimi xəstə nümunəsinin həm toplandığı, həm də təhlil edildiyi şəraitdə təxminən əl baqajı böyüklüyündə cihazla aparıla bilər. Test bu sahədə təlim keçmiş səhiyyə işçisi tərəfindən aparılır və üç dəqiqədən az müddətdə nəticə verə bilər.
Bu FDA icazəsi COVID-19 diaqnostik testlərində sürətli yeniliyin başqa nümunəsidir. Bu irəliləyişlər yalnız bu pandemiyada deyil, gələcək mümkün pandemiyalarda da sağlamlığın idarəsinə kömək edə biləcək texnologiyalardır. Ümid edirik ki, cəmiyyətlər, hökumətlər və səhiyyə yenilikçiləri bu pandemiyadan lazım olan dərsləri çıxara bilər.
InspectIR COVID-19 Breathalyzer
InspectIR COVID-19 Breathalyzer-ın performansı Covid-19 əlamətləri olan və olmayanlar daxil olmaqla 2.409 nəfərlə aparılmış böyük tədqiqatda təsdiqlənib.
Tədqiqatda testin 91,2% həssaslığa (düzgün müəyyən etdiyi müsbət nümunələrin faizi) və 99,3% spesifikliyə (düzgün müəyyən etdiyi mənfi nümunələrin faizi) malik olduğu göstərilib.
Tədqiqat həmçinin virus üçün müsbət şəxslərin yalnız 4,2% olduğu bir qrupda testin 99,6% mənfi proqnostik dəyərə malik olduğunu göstərib; bu, mənfi nəticə alan insanların xəstəliyin az yayıldığı yerlərdə ehtimalən həqiqətən mənfi olması deməkdir. Test omikron variantına yönələn sonrakı klinik tədqiqatda oxşar həssaslıq göstərib.
Necə işləyir?
InspectIR COVID-19 Breathalyzer kimyəvi qarışıqları ayırıb müəyyən etmək və nəfəsdə SARS-CoV-2 infeksiyası ilə əlaqəli 5 uçucu üzvi birləşməni (Volatile Organic Compounds= VOC) sürətlə aşkar etmək üçün qaz xromatoqrafiyası qaz kütlə spektrometriyası (GC-MS) adlanan üsuldan istifadə edir.
InspectIR COVID-19 Breathalyzer SARS-CoV-2-nin VOC markerlərini aşkar etdikdə ehtimal olunan (təsdiqlənməmiş) müsbət test nəticəsi qaytarılır və bu nəticə molekulyar testlə (PCR) təsdiqlənməlidir. Mənfi nəticələr xəstənin yaxın vaxtda virusa məruz qalması, klinik tarixçəsi və COVID-19-a uyğun klinik əlamətləri kontekstində qiymətləndirilməlidir, çünki onlar SARS-CoV-2 infeksiyasını istisna etmir və tək əsas kimi istifadə olunmamalıdır.
InspectIR hər biri gündə təxminən 160 nümunəni qiymətləndirə bilən həftədə təxminən 100 cihaz istehsal edə biləcəyini vəd edir. Bu istehsal səviyyəsində InspectIR COVID-19 Breathalyzer ilə test tutumunun ayda təxminən 64.000 nümunə olması gözlənilir.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.