Omicron ağciyərlərə daha az zərər verirmi?

Bu məqalədə
- Hüceyrə kulturası və heyvan tədqiqatları Delta variantına nisbətən Omicron variantının ağciyərləri yoluxdurma qabiliyyətinin azalmış ola biləcəyini irəli sürür.
- Bu, Omicronun niyə Deltadan daha yüngül xəstəliyə səbəb olduğunu izah edə bilər.
- Bu tədqiqatlar Omicron variantının yuxarı tənəffüs yollarını yoluxdurmaqda Deltadan daha təsirli ola biləcəyini və bunun artmış yoluxuculuğu potensial izah etdiyini göstərdi.
- Omicron variantının neytrallaşdırıcı anticisimlərdən yayınma qabiliyyəti artmış yoluxuculuğu ilə əlaqəli ola bilər.
- Əvvəllər COVID-19 infeksiyası keçirmək və ya daha vacibi koronavirus peyvəndi almaq Omicronun yaratdığı xəstəliyin daha yüngül olmasının səbəblərindən biri ola bilər.
Omicron daha az zərər verirmi?
Omicron variantı ortaya çıxandan sonrakı ilk hesabatlar onun əvvəlki SARS-CoV-2 (COVID-19 pandemiyasına səbəb olan yeni koronavirus) variantlarından böyük ehtimalla daha az ağır xəstəliyə səbəb olduğunu göstərir.
Omicronun genetik analizi bu variantın spayk (tikan) zülalında da olmaqla çoxsaylı mutasiya daşıdığını göstərib. Bu çoxsaylı mutasiyalar xəstəlik ağırlığının azalmasının potensial səbəbi ola bilər. Lakin Omicron infeksiyasının yaratdığı daha yüngül xəstəlik SARS-CoV-2 infeksiyası keçirməklə və ya peyvəndlə qazanılmış artmış immunitetin nəticəsi ola bilər (peyvəndlilərin infeksiyanı daha yüngül keçirməsi artıq dəqiqləşmiş faktdır).
İmmunitetin artması xəstəliyin ağırlığına təsir edə bilsə də, heyvan və hüceyrə kulturası tədqiqatları Omicronun daşıdığı mutasiyaların ağciyərləri yoluxdurmaqda Deltadan daha az təsirli olduğunu göstərir. Bu, Omicronun niyə xəstəlik ağırlığını azaltdığını izah edə bilər.
Tədqiqatlar
SARS-CoV-2 virusu həm yuxarı, həm aşağı tənəffüs yollarına təsir edə bilər. Yuxarı tənəffüs yolları burun, sinuslar və boğazdan ibarətdir, aşağı tənəffüs yollarına isə nəfəs borusu və ağciyərlər daxildir.
Yüngül xəstəlik və ya erkən SARS-CoV-2 infeksiyaları daha çox burun axması və boğaz ağrısı kimi yuxarı tənəffüs yolu əlamətlərini əhatə edir. İlkin SARS-CoV-2 və digər variantlarının yaratdığı ağır xəstəlik isə ağciyər infeksiyası və iltihabını əhatə edir. İltihab ağciyərdəki hava kisəciklərində, yəni alveollarda maye toplanmasına və ağciyərlərin qana oksigen daşıma qabiliyyətinin azalmasına səbəb ola bilər.
Alimlər Omicronun tənəffüs yollarını yoluxdurma və ağır xəstəlik yaratma qabiliyyətini xarakterizə etmək üçün heyvan modelləri və ağciyər hüceyrələrinin laboratoriya kulturası ilə təcrübələr apardılar.
Honq Konq Universitetində ağciyər müalicəsi zamanı ağciyər toxumalarından alınmış hüceyrələr kultivasiya edildi. Tədqiqatda Omicronun nəfəs borusunu ağciyərlərə bağlayan insan bronxlarında Deltadan 70 dəfə daha sürətli çoxaldığı müşahidə edildi. Lakin ağciyər toxumasında çoxalma Delta və ilkin SARS-CoV-2-dən daha zəif idi. Digər qruplar da hamster və siçan kimi heyvan modellərində Omicron, Delta və digər SARS-CoV-2 variantlarının xəstəlik yaratma qabiliyyətini müqayisə etdilər.
Bir həftə sonra hamster və siçanlarda çəki itkisi ilə Delta və digər variantlardan yaranan infeksiya arasında əlaqə var. Bəzi məlumatlar tənəffüs yolunda artmış virus səviyyəsi ilə çəki itkisi arasında korrelyasiya irəli sürür. Lakin müxtəlif tədqiqat qrupları müstəqil olaraq Omicron infeksiyasından sonra hamster və siçanlarda belə çəki itkisi olmadığını göstərdilər. Üstəlik, tədqiqatlar ilkin SARS-CoV-2 və Delta ilə müqayisədə yuxarı tənəffüs yollarında Omicron infeksiyalı hamsterlərin daha yüksək və oxşar virus səviyyələrinə malik olduğunu tapdı. Əksinə, tədqiqatçılar Delta ilə müqayisədə Omicron infeksiyasından sonra aşağı tənəffüs yollarında daha aşağı virus səviyyəsi müşahidə etdilər.
Qısaca, bu tədqiqatlar Omicronun ağciyərləri yoluxdurmaqda daha zəif ola biləcəyini göstərir. Vacib məqam odur ki, heyvan tədqiqatları Omicron infeksiyasının daha az iltihab və ağciyər zədələnməsi ilə nəticələndiyini göstərir.
Bunlarla uyğun olaraq Omicron infeksiyalı insanların daha az xəstəxanaya yerləşdirildiyini və ya intensiv qulluğa, yaxud intubasiyaya ehtiyac duyduğunu göstərən artan sübutlar var.
Nyu-Heyvendəki Yale Tibb Məktəbindən infeksion xəstəliklər professoru Dr. Scott Roberts “Çoxsaylı laboratoriya tədqiqatları Omicronun ağciyərləri yoluxdurma qabiliyyətinin digər variantlardan az olduğunu göstərir və nəticədə xəstəxanaya oksigen və ventilyator ehtiyacı ilə müraciət edən pnevmoniya xəstələri azalır.” dedi.
Prof. Dr. Roberts belə davam etdi; ”Omicronla yoluxmuş xəstələrin böyük əksəriyyətində daha çox yuxarı tənəffüs yollarında yerləşən yüngül xəstəlik olduğunu və xəstəxanaya yerləşdirmələrin əvvəlki variantlardakı qədər sürətli artmadığını görürük. Lakin xəstəxanaya yerləşdirmə və ölüm sayları da ümumi hadisə sayından aşağıdır və hadisələrimiz artmağa, gündəlik rekordlar qırmağa davam etdikcə ABŞ-da xəstəlik ağırlığının tam mənzərəsi üçün nəticədə bir neçə həftə gözləməliyik.“
Omicronun hüceyrəyə giriş yolundakı dəyişiklik
Mövcud tədqiqatlarda Omicronun yaratdığı aşağı tənəffüs yolu infeksiyasının azlığının potensial səbəbi bu variantın aşağı tənəffüs yollarında hüceyrəyə giriş qabiliyyətindəki dəyişikliklər ola bilər. Omicron SARS-CoV-2 səthində ekspressiya edilən spayk zülalını kodlayan gendə çoxsaylı mutasiya daşıyır.
SARS-CoV-2 spayk zülalı ağciyər hüceyrələrində ekspressiya edilən ACE2 reseptoruna bağlanır və virusun hüceyrəyə girişinə kömək edir. Virus membranı insan hüceyrə membranı ilə birləşməzdən əvvəl spayk zülalının insan hüceyrələrinin səthindəki TMPRSS2 fermenti tərəfindən parçalanması lazımdır.
SARS-CoV-2 insan hüceyrələrinə alternativ yolla da daxil ola bilər. Bu yol virusun hüceyrədaxili membranlı kisəciklər olan endosomlar tərəfindən udulmasını əhatə edir. Laboratoriyada kultivasiya edilmiş hüceyrələrlə tədqiqatlar Omicronun spayk zülalındakı mutasiyaların virusun TMPRSS2 köməyi ilə insan hüceyrələrinə giriş qabiliyyətini dəyişdirdiyini irəli sürür. Bu tədqiqatlar Omicronun Deltadan fərqli olaraq TMPRSS2 ekspressiya edən laboratoriya ağciyər hüceyrələrini yoluxdurmaqda daha zəif olduğunu tapdı. Əksinə, Omicron Delta ilə müqayisədə endosom yolu ilə girişə icazə verən hüceyrələri yoluxdurmaqda daha təsirlidir.
ACE2 reseptoru və TMPRSS2 yuxarı tənəffüs yollarından alınan hüceyrələrlə müqayisədə aşağı tənəffüs yollarından alınanlarda daha yüksək səviyyədə ekspressiya edilir. Bu, Omicronun niyə aşağı tənəffüs yollarını yoluxdurmaqda daha zəif ola biləcəyini və yüngül xəstəliyə səbəb olduğunu potensial izah edə bilər. SARS-CoV-2 spayk zülalı ilə TMPRSS2-nin qarşılıqlı təsiri həmçinin yoluxmuş insan hüceyrələrinin yoluxmamış qonşu hüceyrə ilə birləşməsinə vasitəçilik edir.
Omicron spayk zülalının TMPRSS2-dən istifadə qabiliyyətinin azalması qonşu hüceyrələri yoluxdurma qabiliyyətini də məhdudlaşdırır. Bu da Covid-19-a səbəb olan aşağı tənəffüs yolu infeksiyasının daha yüngül olmasına töhfə verə bilər.
Bu nəticələr hüceyrə kulturası və heyvan təcrübələrindən alındığından Omicronun ağciyər hüceyrələrini yoluxdurma qabiliyyətinin azalmasına cavabdeh belə dəyişiklikləri müəyyən etmək üçün insan tədqiqatları lazımdır.
Virciniya Universitetindən Prof. Dr. Peter Kasson “Omicron Delta və əvvəlki variantlarla müqayisədə giriş yolu seçimini dəyişdirdiyi göründüyündən maraqlıdır. Nəticədə yuxarı tənəffüs yolu hüceyrələrinin əksəriyyətini yoluxdurmaqda daha az təsirlidir.” dedi.
Omicron niyə daha yoluxucudur?
Xəstəliyin ağırlığını azaltmaqla yanaşı Omicron daha yoluxucu olub. Pandemiyanın əvvəlində aparılmış tədqiqatlar yuxarı tənəffüs yolundakı SARS-CoV-2 ilə artmış yoluxuculuq arasında müsbət əlaqə göstərib. Omicronun yuxarı tənəffüs yollarında daha sürətli çoxalması artmış yoluxuculuğunu izah edə bilər.
Dr. Kasson “(Bu tədqiqatlar) yuxarı tənəffüs yolu toxumalarında artmış çoxalmanın həm nəfəsə gələn virus yükünü artırmaqla, həm də yoluxdurmaq üçün lazım olan virus hissəciklərinin sayını azaltmaqla yoluxuculuğun artmasına töhfə verə biləcəyinə dair cəlbedici fərziyyə yaradır. Lakin bu, dəqiq sübut edilməyib.” dedi.
Omicronun artmış yoluxuculuğu anticisimlər tərəfindən aşkarlanmaqdan yayınma qabiliyyətindən də qaynaqlana bilər. Əvvəllər SARS-CoV-2 infeksiyası keçirmək və Covid-19 peyvəndi almaqla qazanılmış immunitet virusu neytrallaşdıran anticisimlərin yaranmasını təmin edir. Bu neytrallaşdırıcı anticisimlər SARS-CoV-2 infeksiyasına qarşı qorunma səviyyəsini proqnozlaşdırmağa meyillidir.
Covid-19 peyvəndləri ilkin SARS-CoV-2 ştammının spayk zülalına qarşı immun reaksiya yaratmaq üçün hazırlanıb. Omicronun spayk zülalında mutasiyaların olması onun anticisimlərin neytrallaşdırmasından yayına bildiyini düşündürür.
Birləşmiş Krallıqda MRC-Glasgow Universitetinin Virus Araşdırmaları Mərkəzindən qrupun rəhbərlik etdiyi tədqiqat Omicronun AstraZeneca Covid-19 peyvəndi ilə immunitet qazanmış fərdlərdə anticisimlərin neytrallaşdırmasından yayına bildiyini göstərir. Bu da onun yüksək yoluxuculuğunun digər səbəbi ola bilər.
Qəti nəticələrə gəlməzdən əvvəl alimlər daha çox tədqiqat aparmalı olsalar da, bu yeni variantın xüsusiyyətləri yavaş-yavaş ortaya çıxır.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.