İlk MUTANT QARIŞQALAR CRISPR genetik texnologiyası ilə yaradıldı

CRISPR texnologiyası genetik xəstəliklər üçün müalicələrin hazırlanması ilə yanaşı, elmin müxtəlif sahələrində də istifadə olunur. Uzun illərdir qarışqaların genetik quruluşunu dəyişdirməyə çalışırdılar, lakin onların mürəkkəb həyat dövrü bunu çətinləşdirirdi. 2017-ci ilin avqustunda Cell jurnalında dərc olunmuş tədqiqata görə CRISPR ilə ilk mutant qarışqalar yaradıldı.
Xəstəliklərin altında yatan bioloji mexanizmlərin anlaşılması və dərman hazırlanmasında genetikası dəyişdirilmiş orqanizmlərdən tez-tez istifadə olunur. Tədqiqatçılar uzun illərdir siçan, meyvə milçəyi kimi orqanizmlərin gen quruluşunu dəyişdirərək xəstəlik modelləri yaratmaqla dərman hazırlamağa çalışırlar. CRISPR ilə qarışqaların genetik quruluşunun dəyişdirilə bilməsi bir çox suala cavab tapmağa imkan verəcək. Bəs bu irəliləyişlər nələr ola bilər?
- Qarışqalarda mürəkkəb sosial quruluş var. Eyni genoma malik olmalarına baxmayaraq, ana, işçi kimi qarışqa qrupları yaranır. Bu, epigenetikanın bənzərsiz nümunəsidir. Buna görə qarışqalarda genetik dəyişikliklərin aparılması epigenetikada irəliləyişlərə imkan verəcək.
- Həmçinin qarışqa modellərinin hazırlanması ilə siçanlarda müəyyən edilə bilməyən bioloji mexanizmlər aydınlaşdırıla bilər.
Mənbələr
The MutAnts Are Here
Cell , Agu 2017.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.