İrəliləmiş qaraciyər xərçəngli xəstələrin müalicəsi üçün Cabozantinib

Cabozantib kiçik molekullu dərman olub hüceyrədaxili siqnal yollarının əsas elementləri olan bəzi tirozin kinaz fermentlərini əngəlləyir. Cabozantinib tərkibli Cabometyx böyrək xərçəngində, Cometriq isə medulyar tiroid xərçəngində FDA təsdiqlidir.
Marağınızı çəkə bilər:
Cabozantinibin inhibə etdiyi (işini əngəllədiyi) tirozin kinazlar: şişin qidalanması üçün yeni damar yaranmasında işləyən VEGFR 1, 2, və 3; MET, və AXL. Bu böyümə yollarının qaraciyər xərçənginin proqressiyasında və irəliləmiş birinci xətt standartı sorafenibə (Nexavar) müqavimətdə rolu bilinir.
Əlaqəli mövzu:
Cabozantibin qaraciyər xərçəngi hüceyrələrinin böyümə və çoxalmasını basqılama potensialı əvvəl laboratoriya və erkən klinik işlərlə göstərilib. Bu faza-3 tədqiqat effektivliyi daha yaxşı göstərdi.
Ən az 1 xətt müalicə almış 707 xəstə 2-yə 1 nisbətində təsadüfi iki qola ayrıldı. Müalicə qoluna gündə 1 dəfə 60 mg cabozantinib, nəzarətə plasebo verildi.
Nəticələrə görə:
- Proqressiyasız sağqalım cabozantinibdə median 5.2 ay, plaseboda 1.9 ay idi,
- Median ümumi sağqalım cabozantinibdə 10.2 ay, plaseboda 8 ay idi,
- Cabozantinib ölüm riskini %24 azaltdı,
- Obyektiv cavab %4-ə qarşı %1 idi,
- 3. və 4. dərəcəli (ciddi) təsirlər cabozantinibdə %68, plaseboda %36 idi.
- Ən çox palmar-plantar eritrodisesteziya (əl-ayaq səpgisi), hipertoniya, AST yüksəlməsi, yorğunluq və ishal bildirildi.
Nəticədə əvvəl müalicə almış, müqavimət yaranmış irəliləmiş hepatosellülar karsinomalılarda cabozantinib plasebodan uzun ümumi və proqressiyasız sağqalım verdi. Ciddi təsirlərin nisbəti plasebodan təxminən ikiqat idi.
Mənbələr
Cabozantinib in Patients with Advanced and Progressing Hepatocellular Carcinoma.
N Engl J Med 2018
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.