Kiçikhüceyrəli ağciyər xərçəngi müalicəsində uzun illərdən sonra təsirli görünən dərman Lurbinectedin

ABŞ Qida və Dərman İdarəsi (FDA) mətbuat açıqlaması ilə kiçikhüceyrəli ağciyər xərçəngi (KHAK) olan xəstələrin müalicəsi üçün yeni xərçəng əleyhinə agent olan lurbinectedin-ə yetim dərman (orphan drug) statusu verdiyini açıqladı. «Orphan Drug Status» FDA tərəfindən ABŞ-da ildə 200 mindən az insana təsir edən nisbətən nadir xəstəliklərin müalicəsi üçün hazırlanan dərmanları dəstəkləmə proqramıdır.
Kiçikhüceyrəli ağciyər xərçəngi ABŞ-da bütün ağciyər xərçəngi hallarının təxminən % 18-ini təşkil edərək hər il 34 min insana təsir edən aqressiv xərçəng növüdür.
Amerika Klinik Onkologiya Cəmiyyətinin Konqresində (ASCO 2018) yer alan poster təqdimatlarından birində lurbinectedin adlı yeni dərmanın faza 2 səbət klinik tədqiqatından əldə olunan son məlumatlar təqdim edildi. Bu tədqiqata görə %40-a çatan cavab göstəricisi ilə lurbinectedin kiçikhüceyrəli ağciyər xərçəngi üçün təhlükəsiz və təsirli ikinci xətt müalicə seçimi ola biləcəyini göstərdi.
Tədqiqatçılar təkrarlayan kiçikhüceyrəli ağciyər xərçəngi olan 61 xəstəyə tək agent kimi lurbinectedin tətbiq etdilər. Tədqiqat qrupunda % 39.3 obyektiv cavab göstəricisi, 6.2 aylıq median (ortanca) cavab müddəti və 12 aylıq orta sağqalma var idi. Ən çox görülən əlavə təsir mielosupressiya (sümük iliyinin basqılanması) olub, müvafiq olaraq % 39-unda 3-cü dərəcə və % 9-unda 4-cü dərəcə neytropeniya və febril neytropeniya görüldü.
Lurbinectedin-in xərçəng əleyhinə təsir mexanizmi nədir?
Xərçəng hüceyrələri çoxalmaq üçün nüvələrindəki genetik kodu, yəni DNT-ni kopyalamalıdır. DNT nüsxəsinin istehsalı prosesinə DNT sintezi deyilir. Kiçikhüceyrəli ağciyər xərçəngində çox sürətlə çoxalan və buna görə çox DNT sintez edən şişlər var. Lurbinectedin kiçikhüceyrəli ağciyər xərçəngində həddindən artıq aktivləşmiş DNT sintezinə təsir edir və DNT-nin ikiqat zəncirlərində qırılmalara və apoptoza (proqramlaşdırılmış hüceyrə ölümü) yol açır. Bunu DNT sintezində kritik ferment olan RNT polimeraza II-ni seçici şəkildə basqılayaraq edir (RNT polimeraza II inhibitoru). Bu dərman hazırda müxtəlif klinik tədqiqatlarda sınanmağa davam edir.
Mənbələr
2. PharmaMar presents new results with lurbinectedin as a single agent in patients with recurrent small-cell lung cancer [press release]. Madrid, Spain: PharmaMar; June 4, 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.