Kök hüceyrəli xərçəng immunoterapiyası üçün klinik iş başladı

Xərçəng immunoterapiyası, son illərdə xərçəng müalicələrində inqilabi inkişaflar təmin edir. Xüsusilə təbii öldürücü hüceyrələrin (NK) immunitet sistemi nəzarət nöqtəsi inhibitorları ilə birlikdə istifadəsi xərçəng müalicəsində təsirli strategiya kimi göstərilir. Bu çərçivədə induksiya olunmuş pluripotent kök hüceyrələrdənalınan təbii öldürücülər ilk dəfə xəstədə, klinik tədqiqatdasınanır. Bunlar, rəfdə hazır olub hər xəstəyə istifadə imkanı verir.
Tədqiqatçılar 2006-cı ildə dəri hüceyrələrində fəaliyyətsiz olan 4 geni aktivləşdirərək induksiya olunmuş pluripotent kök hüceyrələri hazırlayıblar. İnduksiya olunmuş pluripotent kök hüceyrələr embrional kök hüceyrə xüsusiyyəti göstərməklə yanaşı, hər hüceyrəyə çevrilə bilir. Hazırda tətbiq olunan hüceyrəvi immunoterapiyaların əksəriyyəti xəstənin öz hüceyrələrinin və ya donordan (vericidən) alınan hüceyrələrin istifadəsini əhatə edir. Bu yanaşma fərdiləşdirilmiş müalicənin əsasını təşkil etsə də, olduqca bahalıdır və zaman tələb edir. Buna baxmayaraq, induksiya olunmuş pluripotent kök hüceyrələrdən istifadə istənilən sayda və xüsusiyyətdə hüceyrə istehsalına imkan verir. Tək bir induksiya olunmuş pluripotent kök hüceyrə müalicə üçün “rəfdə hazırmüalicə hüceyrəsi verib vaxt qazandırır.
2013-cü ildə San Diego Tibb Məktəbindən Dr. Dan Kaufman və komandası insanın induksiya olunmuş pluripotent kök hüceyrələrindən xərçəngə qarşı təbii öldürücü hüceyrələrin istehsalı üsulunu hazırlayıb. Ətraflı preklinik araşdırmalardan sonra Amerika Qida və Dərman İdarəsi (FDA) induksiya olunmuş pluripotent kök hüceyrələrdən asılı təbii öldürücü hüceyrə immunoterapiyasının irəliləmiş mərhələli solid şişləri olan xəstələrdə sınanması üçün ötən noyabrda sürətləndirilmiş klinik araşdırma təsdiqi verib.
Faz-I klinik araşdırma irəliləmiş mərhələli və müalicə edilə bilməyən xərçəngləri olan 64 xəstə ilə fevral 2019-da başladılıb. Klinik araşdırmanın məqsədi bu müalicənin təhlükəsizliyini sınamaqdır. Digər məqsədlər isə şişlərin təbii öldürücü hüceyrə müalicələrinə necə cavab verdiyini və onların xəstələrin bədənində nə qədər qaldığını müəyyən etməkdir.
NK 3 həftə boyu həftədə bir veriləcək. Müalicə 3 immun nəzarət inhibitorundan (nivolumab, pembrolizumab, atelizumab) biri ilə birlikdə istifadə edilir.
Bu nə deyir?
- Bu klinik araşdırma kök hüceyrə əsaslı xərçəng immunoterapiyasında ilk olmaq xüsusiyyəti daşıyır. İnsandan alınan induksiya olunmuş pluripotent kök hüceyrələrin xərçəngə qarşı istifadəsini əhatə edir.
- İnduksiya edilmiş pluripotentdən alınan təbii öldürücü hüceyrələr kulturada və siçan modellərində xərçəngi effektiv məhv edib.
- Nəticə 2022-də gözlənilir.
- Xüsusilə vurğulamaq lazımdır ki, müasir tibb xərçəngə qarşı bütün elm sahələri ilə çarə axtarmağa davam edir. Çox yaxın zamanda gen müalicələrini, CAR T hüceyrə müalicələrini və kök hüceyrə müalicələrini görəcəyik.
Mənbələr
ir.fatetherapeutics.com 30 Nov 2018.
2. Knorr DA, Ni Z, Hermanson D, Hexum MK, Bendzick L, Cooper LJ, Lee DA, Kaufman DS.
Clinical‐Scale Derivation of Natural Killer Cells From Human Pluripotent Stem Cells for Cancer Therapy.
Stem Cells Transl Med. April 2013.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.