2018 Nobel Tibb Mükafatı xərçəng immunoterapiyası tədqiqatları ilə James Allison və Tasuku Honjo-nundur

Bu məqalədə
Xərçəng müalicələri əvvəllər üç sütun üzərində qurulurdu, indi isə dörd sütuna əsaslanır və artıq çox daha təsirlidir. 1950-ci illərdən təxminən 70 ildir yalnız cərrahiyyə, radioterapiya və xərçəng əleyhinə dərmanlara (kimyaterapiya və ağıllı molekullar) əsaslanan xərçəng müalicələrinə artıq immun nəzarət nöqtəsi inhibitoru adlanan yeni nəsil immunoterapiyalar əlavə edildi.
Dünyanın ən nüfuzlu elm mükafatı sayılan Nobel Tibb və ya Fiziologiya Mükafatı 1 Oktyabr 2018-də sahiblərini tapdı. Yapon alimi Tasuku Honjo və amerikalı alim James P. Allison, immun sisteminin, xərçəng hüceyrələrinə təsirli hücum etməsinə imkan verən immun nəzarət nöqtəsi inhibitorları-nı kəşf etdiklərinə görə 2018 Nobel Tibb və ya Fiziologiya Mükafatına layiq görüldülər. Bu kəşflə aqressiv dəri xərçəngi bədxassəli melanoma və ağciyər xərçəngi başda olmaqla bir çox xərçəngə qarşı təsirli immunoterapiya dərmanları hazırlandı.
İmmun sistemi normalda zədələnmiş və yad hüceyrələri tapıb məhv edə bilir. Lakin xərçəngin məlum 10 əsas xüsusiyyəti-ndən biri xərçəng hüceyrələrinin immun hücumlardan qorunmaq üçün yollar yaratmasıdır. Normal hüceyrələrimiz immun hücumlardan qorunmaq üçün səthində bəzi molekullar daşıyır. İmmun sisteminin döyüşçü T hüceyrələri bu molekulları tanıyıb normal hüceyrələrə hücum etmir. Xərçəng hüceyrələri də bu molekulları daşıyaraq T hüceyrələrinə saxta dost kimi görünür və immun sistemindən qaçırlar. 1990-cı illərdə Allison bu molekulların ilkini (CTLA-4) kəşf etdi. Allison həmçinin bu zülalı hədəfləyən inhibitorlar (basqılayıcılar) hazırlayıb siçan modellərində xərçəng əleyhinə təsirini göstərdi. Dr. Alison-dan müstəqil olaraq yapon alimi Tasuku Honjo 1992-ci ildə ikinci nəzarət nöqtəsi molekulunu (PD-1) kəşf etdi. CTLA4 avtomobilin əl əyləcinə, PD-1 isə ayaq əyləcinə bənzədilir (xəbərin şəklində sarı rəngdə) və bunlara qarşı hazırlanmış monoklonal anticisim quruluşlu dərmanlar immun nəzarət nöqtəsi inhibitorlarıdır (xəbərin şəklində yaşıl rəngdə).
İki alimin tədqiqatları, xərçəng immunoterapiyası adlanan tamamilə yeni xərçəng müalicəsi konseptinin yaranmasını təmin etdi. Bu müalicələrdən sonra xəstələrin ömründə əhəmiyyətli artım görüldü.

- Əlaqəli mövzu: Bütün xərçəng immunoterapiyası növləri (ətraflı)
Elmə həsr olunmuş iki həyat
Dr. Allison 1948-ci ildə ABŞ-ın Texas ştatında doğulmuş və doktoranturasını immunologiyada tamamlamışdır. Hazırda MD Anderson Xərçəng Mərkəzində immunoterapiya direktoru işləyir. Özünü yalnız alim kimi təsvir edir. Əvvəldə xərçəng müalicəsi axtarmadığını, T hüceyrələrinin necə işlədiyini anlamağa çalışdığını bildirir. Həmçinin anası və qardaşının xərçəng müalicəsindəki çətinliklərini gördükdən sonra işlərinin yeni xərçəng müalicəsinə çevrilmə ehtimalını düşünməyə başladığını deyir.
Dr. Alison, «Bütün xərçəng xəstələrinin bunu bilməsini istəyirəm. Xərçəng müalicələrində irəliləyirik.»
Dr. Alison musiqi ilə də maraqlanır. İmmunoloq və onkoloqlardan ibarət «Nəzarət Nöqtəsi» adlı musiqi qrupunda harmonika çalır.

2018 Nobel Tibb Mükafatını bölüşən Dr. Tasuku Honjo 1942-ci ildə Yaponiyanın Kyoto şəhərində doğulmuş və doktoranturasını tibbi kimyada tamamlamışdır. 1984-cü ildən Kyoto Universitetində molekulyar immunologiya professorudur.
Dr. Honjo tibb fakültəsi məzunudur, yəni həkimdir. Tibb təhsili zamanı çox sevdiyi sinif yoldaşını mədə xərçəngindən itirməsi onu xərçəng araşdırmalarına yönəltmişdir. İkinci nəzarət nöqtəsini kəşfi inhibitorların hazırlanmasına imkan vermişdir. Beləcə ağciyər, böyrək, limfa və dəri xərçəngli xəstələrdə uğurlu müalicələr təmin edilmişdir. Yan təsirlərinə və hər xəstədə təsirli olmamasına baxmayaraq nəzarət nöqtəsi inhibitorları xərçəng müalicəsində inqilab yaratmışdır. D
r. Honjonun araşdırmasına əsasən hazırlanmış dərman keçmiş ABŞ Prezidenti Jimmy Carter-in müalicəsində istifadə edilmişdir. Jimmy Carter 2015-ci ildə beyinə metastaz vermiş dəri xərçəngi bədxassəli melanoma diaqnozu almışdı. Dərmandan 1 il sonra şişin müalicəyə tam cavab verdiyi bildirildi.
Honjo mükafat xəbərindən sonrakı fikirlərini belə ifadə edir:
«Araşdırmalara davam etmək istəyirəm. İmmunoterapiya daha çox xərçəng xəstəsini uğurla müalicə etməyə davam edəcək.»
Həmçinin Dr. Honjo maraqlı bir xatirəsini danışır:
«Qolf meydanında oyunçulardan biri yaxınlaşıb dedi: Kəşfiniz sayəsində hazırlanmış dərmanla müalicə alan ağciyər xərçəngi xəstəsiyəm. Sizin sayənizdə yenidən qolf oynaya bilirəm. Təşəkkür edirəm.»
Dr. Honjo bu sözləri eşitməyin hər hansı mükafatdan daha sevindirici olduğunu bildirir.
Dr. Honjo və Dr. Allison Nobel komitəsinin verdiyi 775 milyon sterlinlik mükafatı bölüşəcəklər. İlk dəfə xərçəng müalicəsinə Nobel Mükafatı verildi. Elm insan həyatına gözəlliklər gətirməyə davam edir. Dünyada minlərlə alim xərçəngə qarşı təsirli müalicələr hazırlamağa çalışır.
*
Aşağıda, James P. Allison-un iştirak etdiyi, tamamilə xərçəng immunoterapiyası ilə məşğul olan həkim və alimlərdən ibarət The Checkpoints (Nəzarət Nöqtəsi) musiqi qrupunun konsert çıxışları var.
Əlaqəli mövzular
2017 Nobel Tibb Mükafatı nə üçün yenə sirkadiyalı ritmə verildi?
2016 Nobel Tibb Mükafatı Autofagiya tədqiqatları ilə Yoshinori Ohsumi-yə verildi
Aziz Sancar-a Nobel Mükafatını gətirən tədqiqatları: DNA-nın mexanistik təmiri
Mənbələr
nobelprize.org/prizes/medicine/2018/press-release/
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.