Həm xərçəngin səbəbi, həm müalicəyə gedən yol: xərçəng kök hüceyrələri

Bu məqalədə
Hüceyrələrin nəzarətsiz çoxalıb xərçəngləşməsini tətikləyən səbəb bu xəstəlik barədə ən çox maraqlanılan suallardandır. Son illərdəki araşdırmalar "kök hüceyrələrin" həm xərçəngləşmədə, həm müalicədə böyük rolu ola biləcəyini göstərir.
Kök hüceyrələrimiz bədəndəki bütün digər hüceyrələrin xammalıdır. İnsan inkişafında embrional kök hüceyrələr istənilən bədən hüceyrəsinə çevrilə bilir. Embrional kök hüceyrələr çoxaldıqca törəmə hüceyrələri orqanları yaratmağa başlayır. Beləcə embrionun körpəyə çevrilməsi təmin olunur. Embrional kök hüceyrələr doğuşdan bir neçə gün sonra yox olmağa başlayır. Yetkin kök hüceyrələr isə çox azdır və yalnız yerləşdikləri toxumalarda zədəli hüceyrələrin yerinə yenilərinin yaranmasını təmin edir. Bölündükdə özləri ilə eyni xüsusiyyətli hüceyrələr yaradır. Embrional kök hüceyrələr kimi müxtəlif hüceyrələrə çevrilə bilmirlər.
Xərçəngləşmə: nəzarətsiz bölünən hüceyrələrin embrional kök hüceyrə xüsusiyyətlərinə qayıtması.
Xərçəngləşmədə kök hüceyrənin rolu uzun müddətdir müzakirə edilir. Tədqiqatçılara görə xərçəngləşmə yığılmış genetik mutasiyalar (DNA zədəsi kimi) nəticəsində nəzarətsiz bölünən bəzi hüceyrələrin embrional kök hüceyrə xüsusiyyətlərinə qayıtmasıdır. Bu hüceyrələr uzun müddət bölünmək və yenilənmək qabiliyyətinə malikdir. Belə hüceyrələrə xərçəng kök hüceyrələri adı verilib. 2012-ci ildə müxtəlif ölkələrdəki üç araşdırma qrupunun nəticələrinə görə kök hüceyrələr beyin, dəri və bağırsaq xərçənglərinin böyüməsini birbaşa tətikləyib.
Xərçəng kök hüceyrələri ilk dəfə qan xərçəngi olan kəskin mieloid leykozda kəşf edilib. Sonra beyin, süd vəzi, yumurtalıq, kolon, mədəaltı vəzi, prostat və dəri xərçənglərində aşkarlanıb. Xərçəng kök hüceyrələrinin xərçəngdə dərman davamlılığına və residivə cavabdeh olduğu düşünülür.
Bəs xərçəng kök hüceyrələrinin müəyyən edilməsi müalicə baxımından nə deməkdir?
Xərçəng kök hüceyrələri ənənəvi xərçəng müalicələrinə davamlıdır. Uğurlu müalicədən illər sonra belə residivin əsas səbəbinin bunlar olduğu düşünülür. Son illərdə xərçəngli kök hüceyrələri hədəfləyən müalicələr hazırlanmağa çalışılır. Lakin onları hədəfləyən hər müalicənin sağlam toxumalarda da dağıntı yaratdığı klinik tədqiqatlarda müşahidə edilib. Buna görə xərçəngli və yetkin kök hüceyrələrin fərqləri müəyyən edilmədən belə müalicələrdən nəticə almaq çətin görünür.
Mənbələr
Stem cells, cancer, and cancer stem cells.
Nature 414 (6859): 105–11
2. Dirks, P (Jul 1, 2010).
Cancer stem cells: Invitation to a second round.
Nature 466 (7302)
3. Lobo, N. A., Shimono, Y., Qian, D. & Clarke, M. F.
The biology of cancer stem cells.
Annu. Rev. Cell. Dev. Biol. 23, 675–699 (2007)
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.