Kolon xərçənginə meyillilik yaradan yeni mexanizm tapıldı

Nature Chemistry jurnalında dərc edilən tədqiqatda DNT-mizin özünü təmir etmə qabiliyyətinə müdaxilə edərək bəzi insanları genetik olaraq kolon xərçənginə meyilli edən yeni mexanizm tapıldığı açıqlanıb.
Tədqiqatın müəlliflərindən kimya professoru Jacqueline Barton 20 ildən çox əvvəl DNT yük ötürülməsi (DNA charge transport) adlandırılan DNT prosesini təsvir edən ilk tədqiqatçı idi.
DNT yük ötürülməsi elektronların DNT-mizin ikiqat spiralından keçərək DNT təmir zülallarına siqnal göndərdiyi və onlara yol boyunca aşkar edilmiş zədələri düzəltməyə başlamağı bildirdiyi prosesdir.
Yeni tədqiqatda araşdırmaçılar kolon xərçəngində geniş rast gəlinən bir genetik variantın(mutasiya nəticəsində yaranan genetik dəyişikliyin) bu DNT yük daşıma prosesini necə pozduğunu göstərirlər və tədqiqatın tapıntıları kolon xərçənginin qarşısının alınmasında mühüm təsirlərə malik ola bilər.
Kolon xərçənginə meyilliliyin yeni mexanizmi
Tədqiqatçılar MUTYH adlı gendəki mutasiyaya diqqət yetirdilər. Normalda MUTYH geni bir DNT təmir genidirvə DNT təmir zülalı yaratmaq üçün təlimatlar verir.
Lakin MUTYH-dəki genetik mutasiyalar DNT-nin öz səhvlərini təmir etmə qabiliyyətinə təsir edir. MUTYH mutasiyaları həmçinin kolonda sonradan xərçəngə səbəb ola bilən poliplərin yaranması ilə əlaqələndirilib.
Bu tədqiqatda araşdırmaçılar C306W adlı xüsusi MUTYH mutasiyasına diqqət yetiriblər; bu mutasiya MUTYH adlı DNT təmir zülalının daxilində kiçik dəmir və kükürd atomunu saxlama qabiliyyətinə təsir edib.
Bu yeni tədqiqat həkimlərin nəticədə kolon xərçənginə səbəb ola biləcək polipləri daha yaxşı tanımasına kömək edir.
Tədqiqatda bir neçə elektrokimyəvi təcrübə C306W mutasiyasının dəmir-kükürd klasterinin oksigenlə təmas etdikdə pozulduğunu ortaya qoyub. Dəmir-kükürd klasterləri DNT təmirinin açarıdır, buna görə bu pozulma MUTYH zülalının DNT-ni düzəltmə işini yerinə yetirməsinə mane olur.
Dəmir-kükürd klasterləri DNT təmiri üçün çox vacibdir, çünki DNT təmir zülallarının DNT-nin ikiqat spiralına “yapışması” və zədə üçün “yoxlama” aparması məqsədilə ehtiyac duyduğu elektronları təmin edirlər.
Kimya sahəsində doktoranturadan sonrakı tədqiqatçı və araşdırmanın üç həmmüəllifindən biri olan Phillip Bartels tapıntıları belə şərh edir: “Bu, yalnız aysberqin görünən hissəsidir... C306W-dən başqa xərçəng xəstələrində bu yük daşıma prosesini oxşar şəkildə pozan digər mutasiyalar da ola bilər.”
Professor Jacqueline Barton yeni tədqiqatın kolon xərçənginə qarşı yeni qoruyucu strategiyalara yol açacağına ümid edir: “Tədqiqat bu təmir zülallarının necə sabitləşdiriləcəyinə dair strategiya təqdim edir; beləliklə, təmir zülalları xərçəngə səbəb olmadan əvvəl DNT-dəki mutasiyaları tapa və düzəldə bilər.”
Əlaqəli mövzular:
Mənbələr
A human MUTYH variant linking colonic polyposis to redox degradation of the [4Fe4S]2+ cluster.
Nature Chemistry, June 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.