Kolorektal (yoğun bağırsaq) xərçəngləri üçün yeni dərman hədəfi kəşf edildi

Bu məqalədə
Xərçəngin 10 əsas xüsusiyyətindənbiri enerji istehsalındakı dəyişikliklərdir. Xərçəng hüceyrələri metabolitləri (karbohidrat, yağ, amin turşuları və bunların çoxsaylı yan məhsulları) çoxalmaq və başqa toxumalara yayılmaq, yəni metastaz vermək üçün istifadə edir. Son illərdəki araşdırmalar xərçəngdə təsirli bu metabolitlərin kəşfinin erkən diaqnoz və müalicəyə kömək edə biləcəyini göstərib. Noyabr 2016-cı ildə Nature Scientific Reports-da dərc olunan tədqiqata görə kolorektal (yoğun bağırsaq) xərçənglərinin başqa toxuma və orqanlara yayılmasına birbaşa təsir edən metabolit kəşf edilib.
Metabolitlər bədəndəki kimyəvi və bioloji hadisələr nəticəsində yaranan kiçik molekullardır. Miqdarı hüceyrədəki ani dəyişikliklərdən asılı olduğundan genetik biomarkerlərdəndaha təsirli nəticələr verir. Xərçənglə əlaqəli, xərçəng hüceyrəsinin böyüməsini və yayılmasını dəstəkləyən onkometabolitlərdənbiri D-2-hydroxyglutarate-dır (D-2HG). Qan xərçəngi və beyin şişi hüceyrələrində normal hüceyrələrə nisbətən D-2-hydroxyglutarate (D-2HG) səviyyəsi daha yüksək olub. Bu araşdırmada normal və kolorektal xərçəng hüceyrələrində D-2-hydroxyglutarate (D-2HG) səviyyələri müqayisə edilərək xərçəngləşmədə rolu araşdırılıb.
Araşdırmanın nəticələrinə görə;
- Kolorektal xərçəng hüceyrələrində D-2-Hydroxyglutarate miqdarının normal hüceyrələrə nisbətən çox yüksək olduğu müşahidə edilib.
- D-2-Hydroxyglutarate xərçəng hüceyrələrinə göndərildikdə daha aqressiv quruluş qazandığı və sürətli yayılma göstərdiyi müəyyən edilib.
Xərçəng hüceyrəsinin yayılmaq üçün epitel-mezenximal keçid adlanan hadisəni həyata keçirməli olduğunu bilirik. D-2-Hydroxyglutarate-ın hüceyrənin xərçəngləşməsini dəstəkləyən ZEB1 geninin fəallığını artırdığı və epitel-mezenximal keçidi təmin etdiyi bildirilib. Həmçinin 28 kolorektal xərçəng xəstəsindən alınan nümunələr araşdırılıb. Yüksək D-2-Hydroxyglutarate səviyyəli xəstələrdə xərçəngin toxuma və orqanlara daha çox yayıldığı müşahidə edilib.
Bəs bu tədqiqat klinik baxımdan nə ifadə edir?
- Kolorektal xərçəngin yayılmasını dəstəkləyən mühüm onkometabolit kəşf edildi.
- Bu tədqiqatla xərçəng metastazlarını hədəfləyən təsirli dərman hədəfi tapıldı. D-2-Hydroxyglutarate-ı hədəfləyən dərmanlar hazırlanaraq kolorektal xərçəngin yayılmasının qarşısı alına bilər.
- Son illərdə yeni elm sahəsi olan Metabolomika tədqiqatlarının xərçəngdə təsirini görürük. Bu da metabolomika elminin təqdim etdiyi mühüm tədqiqatlardan biridir.
Mənbələr
Oncometabolite D-2-Hydroxyglurate Directly Induces Epithelial-Mesenchymal Transition and is Associated with Distant Metastasis in Colorectal Cancer
2016, Scientific Reports 6, Article number: 36289
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.