Biomarker, şiş markeri, bioloji göstərici nədir? Xərçəngdə rolu nədir?

Xərçəng dünyada xəstəlikdən həyat itkilərinin başında gəlir. Xərçəngdə həyat itkisinin yüksək olmasının səbəbləri erkən diaqnozu təmin edəcək biomarkerlərin çatışmazlığı və buna bağlı hədəflənmiş müalicələrin hazırlanmamasıdır. Xərçəng araşdırmalarının maraq sahələrindən biri xərçəng hüceyrələrini digərlərindən ayıran bioloji göstəriciləri kəşf etməkdir. Bəs biomarker adlandırdığımız molekullar xərçəng üçün niyə bu qədər vacibdir?
Biomarker qanda, digər bədən mayelərində və toxumalarda normal və ya anormal prosesi göstərən molekullara verilən addır.
Biomarkerlər, bioloji göstərici kimi də adlandırılır. Xərçəng sahəsində çox vaxt şiş markeri kimi anılır. Bioloji göstəricilər protein (ferment və reseptorlar), DNA, RNA, anticisim və ya peptid quruluşlu ola bilər. Bu molekullar tam qan, serum, plazma, qan dövranı və ya nəcis, sidik, döş giləsi ifrazatı, tüpürcək kimi ifrazatlardan analiz edilir.

Genetik biomarkerlərin hansı nümunədən analiz ediləcəyi araşdırılacaq mutasiyanın növündən asılıdır. Bədən hüceyrələrində gen zədələri yoxlanacaqsa tam qan, tüpürcək istifadə edilə bilər. Germ line mutasiyaları üçün isə şiş toxumasından alınan DNA analiz edilib bədən hüceyrələrindəki DNA ilə müqayisə edilir. Beləcə hansı gendə mutasiya yarandığı aşkarlanır.
Xərçəng biomarkerlərinin kəşfi hədəfə yönəlmiş dərmanların hazırlanması üçün çox vacibdir. Son illərdə qabaqcıl genetik analizlərə əsaslanan test sistemlərinin hazırlanması “fərdi tibb = dəqiq tibb” sahəsinin inkişafına töhfə verir.
Əlaqəli mövzular
PD-L1 nədir? Testinin və pozitivliyinin xərçəng immunoterapiyasında əhəmiyyəti
Mikrosatellit qeyri-sabitliyi nədir? DNA uyğunsuzluq bərpası nə deməkdir?
Mənbələr
Cancer biomarkers,Molecular Oncology, Volume 6, Issue 2, 140-146
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.