Limfa düyünü pozitiv prostat xərçənginin müalicəsində qoruyucu radioterapiya ömür müddətini uzada bilər

Radikal prostatektomiya əməliyyatından sonra radioterapiya və kişilik hormonunu basqılayan müalicənin (androgen deprivation therapy), prostat xərçəngli xəstələrin ömür müddətlərini uzatdığı Cancer adlı jurnalda dərc edilmiş tədqiqatla göstərilmişdir.
Prostat vəzisinə qonşu limfa düyünlərinə yayılmış, lakin başqa orqanlara yayılmamış prostat xərçəngli xəstələrdə başlanğıc müalicə seçimləri əməliyyat və radioterapiyadır. Bu xəstə qrupunda əməliyyat və genişləndirilmiş limfa düyünü təmizlənməsi getdikcə daha çox seçilir. Lakin əməliyyatdan sonra qoruyucu (adyuvant) müalicə zərurəti mübahisəlidir. İndiyədək tədqiqatlar seçilmiş xəstələrdə genişləndirilmiş qasıq nahiyəsi limfa düyünü təmizlənməsindən sonra radioterapiya verilməsini dəstəkləsə də, bu yanaşma klinik praktikaya əks olunmamışdır.
Tədqiqat
Tədqiqatda 2003 və 2011 illəri arasında radikal prostatektomiya aparılmış və xəstəliyinin qasıq limfa düyünlərinə yayıldığı göstərilmiş 2569 prostat xərçəngli xəstənin məlumatları analiz edilmişdir.
Tədqiqatın nəticəsinə görə radioterapiya tətbiq olunan xəstələrin 5 illik sağqalım göstəricisi %87 olduğu halda, radioterapiya tətbiq olunmayanlarda %82 müəyyən edilmişdir (P = .007).
Hələ randomizə olunmuş klinik tədqiqat aparılmamış belə mövzuda bu tapıntılar limfa düyünü tutulumu olan, lakin bədənin başqa yerlərinə yayılmamış prostat xərçəngli xəstələr üçün müalicə qərarına köməkçi bələdçi ola bilər. Bu nəticələri təsdiqləmək üçün genişmiqyaslı irəliyə yönəlmiş (prospektiv) araşdırmalara ehtiyac vardır.
Mənbələr
The role of adjuvant radiotherapy in pathologically lymph node positive prostate cancer.
Cancer. 2016 Nov 8. doi: 10.1002/cncr.30373
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.