Maska istifadəsi kifayət deyil! Ehtiyatı əldən verməmək şərtdir!

Ölkəmizdə son qərarlara görə xüsusilə bazar və market kimi izdihamlı yerlərdə maska məcburi olub. Cərrahi maskadan daha uzunömürlü pambıq maskalar populyarlaşıb. Bəs öskürək kimi çox bədən mayesi və hissəciyi çıxan hallarda maska nə qədər işləyir? 6 aprel 2020-də dərc edilən məqalənin nəticələri təəccüblüdür.
İnfluenza virusunun yaratdığı tənəffüs infeksiyası qripdə N95 və cərrahi üz maskası istifadəsinin insanlararası yayılmanı əngəllədiyi 2009-cu il məqaləsində sübut edilib. Oxşar qorumanın COVID-19 pandemiyası üçün də mümkün olduğunu və maskanın yayılmanı önləməkdə mühüm addım olduğunu əvvəlki yazılarımızda da bildirmişdik.
Cərrahi (sadə) və pambıq maskaların yeni koronavirusa (SARS-CoV-2) qarşı öskürək kimi yüksək təzyiqli bədən mayesi çıxışında qorumasını müəyyən etmək üçün Cənubi Koreyadakı komanda təcrübə apardı. COVID-19 müsbət 4 xəstə mənfi təzyiqli otağa alındı, üçqat cərrahi və %100 pambıq təkrar istifadəlik maskalar verildi. Virus artımı üçün uyğun qida olan petri adlı plastik qablar ağızdan təxminən 20 cm uzağa qoyuldu və növbə ilə maskasız, cərrahi maskalı, pambıq maskalı və yenə maskasız öskürmək istənildi. Qablardakı virus yükü hesablandı. Maskanın iç və çöl səthində toplanan hissəciklər də xüsusi üsulla müəyyən edildi.
Nəticələr təəccüblüdür!
Rəqəmlərlə yormaq və çaşdırmaq istəmirik, amma daha aydın anlamaq üçün nəticələr qısaca belədir: nəfəs aldığımız havanı ağızdan öskürək və asqırıq təzyiqi ilə çıxarsaq, müxtəlif maskalar nə qədər qoruyur?

*Virus yükü anlayışı plastik qablarda aşkarlanan virus sıxlığını bildirir.
Həmçinin iç və çöl səth nümunələrində hər iki səth SARS-CoV-2 müsbət çıxdı. Bəs bütün rəqəm və nəticələr nə bildirir?
Həm cərrahi, həm pambıq maskalar SARS-CoV-2-yə yoluxmuşların öskürək və asqırığında yayılmanı önləmək üçün kifayət deyil
Səbəbin SARS-CoV-2 ölçüsü olduğu düşünülür. 2002-2004-cü il SARS-CoV-1 epidemiyasında ölçü müəyyənləşdirilib və yeni koronavirusun oxşar ölçüdə olub cərrahi maskadan asan keçdiyi bildirilib. Mühüm cavabsız sual maskanın öskürək hissəciklərinin havada gedəcəyi yolu qısaldıb-qısaltmamasıdır. Bunun üçün yeni təcrübələr şərtdir.
Yeni nəticələri gözləyərkən maskaya davam etməli, öskürəndə və asqıranda maska olsa da birdəfəlik salfet istifadə etməli, maskanın çölünə toxunmamalı və təmasda əlləri sabunla yumalıyıq. Otaqları tez-tez havalandırmaq da evdə mühüm tədbirdir.
Nəticə
Tapıntılar maskanın lazımsız olduğu nəticəsinə gətirməməlidir. Maska istifadəçinin yoluxdurmasını önləyən mühüm baryerdir. Lakin öskürək, asqırıq kimi baryeri zəiflədən hallarda maskaya güvənib ətrafdan çəkinməmək düzgün deyil. Kütləvi maskada əsas məqsəd qarşımızdakıları qorumaqdır. Bu tədqiqat virus daşıyanın öskürək və asqırıqda əlavə tədbirsiz (qolunu ağıza aparmaq, insan olmayan istiqamətə dönmək və sair) ətrafa ciddi virus yaya biləcəyini göstərir.
MARAĞINIZI ÇƏKƏ BİLƏR
Əl yuyanda koronavirusu nə öldürür? Su və sabunun üstünlüyü nədir?
Mənbələr
2. Johnson DF, Druce JD, Birch C, et al. A quantitative assessment of the efficacy of surgical and N95 masks to filter influenza virus in patients with acute influenza infection. Clin Infect Dis. 2009
3. Feng S, Shen C, Xia N, et al. Rational use of face masks in the COVID-19 pandemic. Lancet Respir Med. 20 March 2020.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.