Mədə xərçəngində yeni nəsil CAR-bənzər T-hüceyrə müalicəsi

Bu məqalədə
Cavab nisbətlərində diqqətçəkən artım
İmmunoterapiyanın sərhədlərini genişləndirmək
Mədə və qastroezofageal birləşmə (qida borusunun mədə ilə birləşdiyi yer) xərçəngləri müalicəsi ən çətin şişlərdəndir. Standart kimyaterapiyaya əlavə olunan immunoterapiyalar (PD-1 inhibitorları) son illərdə rahatlıq gətirsə də, uzunmüddətli sağqalım hələ istədiyimiz səviyyədə deyil. Əsas səbəb immun hüceyrələrinin şişin sıx və sərt “mikromühitinə” daxil olmaqda çətinlik çəkməsidir.
Lakin ASCO Mədə-bağırsaq Xərçəngləri Simpoziumu 2026çərçivəsində (xülasə 291) təqdim olunan yeni tədqiqat bu problemə “ağıllı” həll gətirir. Çinli tədqiqatçılar xəstənin öz T hüceyrələrini laboratoriyada xüsusi “nüfuzedici” molekulla (iRGD) təchiz edərək onları şişin dərinliyinə daxil ola bilən güclü döyüşçülərə çeviriblər.
Nəticələr diqqətçəkəndir: bu yeni hüceyrə müalicəsi əlavə olunduqda şişlərin kiçilmə nisbəti və xəstəliyin nəzarətdə qaldığı müddət az qala ikiqat artır. Mədə xərçəngi müalicəsində potensial inqilabın təfərrüatları...
Tədqiqatın dizaynı: kimlər, necə müalicə olunub?
Dr. Qin Liu və komandasının apardığı bu Faza 2 tədqiqatına əvvəllər müalicə almamış, metastatik və ya əməliyyat edilə bilməyən mədə/qida borusu xərçəngi (GC/GEJC) olan 131 xəstə daxil edilib. Xəstələr iki qrupa ayrılıb:
Eksperimental qrup (66 xəstə)
- SOX kimyaterapiyası
- Anti-PD-1 (immunoterapiya)
- CAR-bənzər T hüceyrələri
Nəzarət qrupu (65 xəstə)
- SOX kimyaterapiyası
- Anti-PD-1 (immunoterapiya)
Nəticələr: statistik əhəmiyyətli fərq
Tədqiqatın əsas hədəfi olan “obyektiv cavab nisbəti” (şişin kiçilməsi) yeni müalicə qrupunda nəzərəçarpacaq dərəcədə yüksək olub.
Şişin kiçilmə nisbəti (ORR)
(P = .004, statistik əhəmiyyətli)
Xəstəliyin irəliləmədiyi müddət (PFS)
Hazard Ratio: 0.57 (İrəliləmə riskində %43 azalma)
Təhlükəsizlik profili
Belə güclü kombinasiyanın yan təsirləri maraq doğururdu. Tədqiqatda yeni və ya gözlənilməz təhlükəsizlik siqnalı görülməyib.
- Hematoloji yan təsirlər: Ən çox rast gəlinən ciddi yan təsirlər limfopeniya (%34.8) və trombositopeniya (%25.8) olub.
- Dözümlülük: Ümumilikdə müalicəyə riayət yüksək, yan təsirlər isə idarəolunan olub.
- Liu Q, et al. Novel CAR-Like T-Cell Therapy Added to First-Line Chemotherapy and Immunotherapy Improves Outcomes in Metastatic GC/GEJC. ASCO Gastrointestinal Cancers Symposium. 2026; Abstract 291.
- Ding N, et al. iRGD synergizes with PD-1 knockout immunotherapy by enhancing lymphocyte infiltration in gastric cancer. Nat Commun. 2019;10(1):1336.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.




Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.