Neçə kalori? Menyuda kalori məlumatının əhəmiyyəti

Evdənkənar qidanın gündəlik kalorinin üçdə biri olduğunu bilirdinizmi? Araşdırma insanların kalorinin miqdarını az qiymətləndirmədiyini göstərir.
Bəzi ölkələrdə istehlakçılara qida seçimləri edərkən kömək etmək üçün menyuların kalori tərkibi barədə məlumat verən etiketin olması məcburidir. Kalori miqdarını menyuda və ya menyu lövhələrində vizual şəkildə görmək məlumatlılıq və ya xatırlatma yaradır. Məsələn, burger yeyirsinizsə, marketdə salat barından salat və ya makaron alırsınızsa, kalori məlumatını tapmaq faydalı olacaq. Bu etiketlərə əlavə olaraq qidalanma məlumatı, natrium və ya doymuş yağ kimi məlumatlar da yerləşdirilməlidir.
Yeməklərdəki kalorilər barədə məlumatlı olmaqla yediyiniz qidalar haqqında daha şüurlu qərarlar verirsiniz. Bu, ümumi sağlamlığınıza, ailənizin sağlamlığına və çəkiyə nəzarətə töhfə verir. Daha az kalori qəbul etmək istəyən istehlakçılar üçün kalori və digər qidalanma məlumatına malik olmaq son dərəcə əhəmiyyətlidir. Ölkəmizin məlumatlarına baxdıqda 15 yaşdan yuxarı şəxslərin %34-ü artıq çəkili, %20-si isə piylənmədən əziyyət çəkir və bu göstərici hər gün artır. Piylənmə ürək-damar, insult, bəzi xərçəng və diabeti artırır.
Üç daha yaxşı seçim:
- Qəbul etdiyiniz kalori miqdarını azaltmaq üçün 570 kalorilik qızardılmış toyuq sendviçi əvəzinə 380 kalorilik qrildə bişmiş toyuqlu sendviç seçmək kimi sadə əvəzləmələri sınayın.
- İçkilər başqa bir fürsətdir. Mineral su, porsiyanın ölçüsündən asılı olaraq 250 kalorilik kola və ya meyvə şirəsi ilə müqayisədə kalorisizdir.
- Yağlı sous əvəzinə salat sousu istəyin.
Duz (natrium) və, doymuş yağı azaldıb, lifi artırmaq üçün sifarişdə məlumat istəyin.
Hansı qidada kalori yazılmalı?
Bu gün ölkəmizdə az sayda fast-fud şəbəkəsinin kalori sayını siyahıya aldığını fərq etmiş ola bilərsiniz. ABŞ-da isə qanuna görə restoranlarda və 20 və ya daha çox məkanı olan şəbəkənin bir hissəsi olan bənzər pərakəndə qida müəssisələrində yemək və içkilərin kaloriləri siyahıya alınmalıdır. Bunlara aşağıdakılar daxildir:
- Onlayn yemək saytlarında və fast-fud restoranlarında, çörək sexlərində, kafelərdə və müəyyən yeməklər təqdim edən marketlərdəki yeməklər.
- Paket və çatdırılma.
- Salat və isti bar yeməyi.
- Menyudakı pivə, şərab, kokteyl.
- Kino və park yeməyi.
Kalori saymaq üçün ağıllı telefonların tətbiq mağazalarında da çoxlu tətbiq mövcuddur. Lakin bu mövzuda validasiya çatışmazlığı var, yəni bu tətbiqlərin kalorini nə dərəcədə düzgün saydığı aydın deyil. Bundan əlavə, menyudakı məhsulların sayı və çeşidi artdıqca ölçmənin dəqiqliyi azala bilər.
Menyularda kalori məlumatının olması hətta çöldə yemək yeyərkən gündəlik pəhrizinizdəki kaloriyə riayət etməyinizə kömək edir. Ölkəmizdə də restoranlarda, fast-fud şəbəkələrində və onlayn yemək saytlarında qidaların kalori məlumatının yerləşdirilməsinə dair qanunun qüvvəyə minməsini və beləliklə qidalanma məlumatına malik istehlakçıların həm özləri, həm də ailələri üçün yedikləri qidalar barədə şüurlu qərarlar verə bilmələrini ümid edirik.
Mənbələr
fda.gov üzerinde yayımlanma tarihi 18 Mart 2019
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.