Pəhriz içkiləri həqiqətən “pəhriz”dirmi?

Menyulardakı yemək-içkilərdən ağ çörəyə qədər gündəlik həyatımızdakı demək olar ki, hər şey şəkər ehtiva edir; buna qarşı şəkərli içkilərin sağlam alternativi kimi təşviq olunan pəhriz içkiləri həqiqətən belədirmi? Yaxın tarixli bəzi araşdırmalar bunun düşünüldüyü kimi olmadığını deyir.
İngiltərədə şəkərli içkilər gənclərin ümumi şəkər qəbulunun üçdə birini təşkil edir. ABŞ-da şəkərli içkilər amerikalıların qidalanmasındakı şəkərin demək olar ki, yarısını təşkil edir. Şəkərli içkilərin kalorisi çox yüksək olsa da, əsas qida maddələrini ehtiva etmir, bununla yanaşı artıq çəkili və ya piylənmiş olma riskini artırır.
Şəkərin, xüsusilə çəki artımı və piylənmə üzərində sağlamlığa mənfi təsirləri barədə maarifləndirməyə çalışan çoxsaylı kampaniyalar var.
Şəkərli içkilərə qarşı pəhriz içkiləri
Qidalanmamızda şəkər olduqca geniş yayılıb və emal olunmuş yemək və içkilərin yüzdə 75-i şəkər ehtiva edir. Həmçinin şəkərli içkilərin istehlakı 50-ci illərdən bəri beş dəfə artıb.
Bir çox tədqiqat şəkərli içkilərlə ürək-damar xəstəliyi, metabolik sindrom və diabet arasındakı əlaqəni göstərib. Pəhriz içkilərinin isə sağlam olduğu və çəki artımının qarşısını aldığı deyilir.
Lakin yazımızın mövzusu olan tədqiqat bunun əksini deyir..
PLOS Medicine jurnalında dərc olunan tədqiqatda süni şirinləşdirilmiş (pəhriz, şəkərsiz) içkilərin tam şəkərli qarşılıqları ilə müqayisədə çəki itkisinin qarşısını almaqda təsirsiz olduğu bildirilib.
Pəhriz içkiləri zərərli şəkərli içkilərin alternativi kimi getdikcə populyarlaşır. 2008-ci ilə çatdıqda pəhriz içkiləri istehlak edən amerikalı uşaqların sayı 1999-la müqayisədə iki dəfə artmışdı.
Pəhriz içkiləri çəki azaltmaqda niyə zəifdir?
Pəhriz içkiləri şirinliyi hiss edən dad reseptorlarını stimullaşdıraraq kompensasiya mexanizminə səbəb ola bilər. Bu, iştahı artıra və bağırsaq hormonlarının ifrazını stimullaşdıra bilər. Pəhriz içkilərinin kalorisinin aşağı olduğunu bilmək bu təsirləri çoxalda və digər qidaların həddən artıq istehlakına səbəb ola bilər. Bu zəncirvari hadisələr də çəki artımı və piylənmə ilə bağlı əlavə problemlər yarada bilər.
Tədqiqat qrupu həmçinin müxtəlif müşahidə tədqiqatları və meta-analizlərin nəticələrinə əsaslanaraq pəhriz içkilərinin artmış bədən kütlə indeksi (BKİ), tip 2 diabet və insult kimi kardiometabolik xəstəliklər üçün risk artımı ilə əlaqəli olduğunu bildirir.
Tədqiqatlara görə pəhriz içkilərinin çəki artımını və ya metabolik pozuntuları birbaşa tətiklədiyi göstərilə bilməsə də, arıqlamaq üçün təsirli ola biləcəyi də göstərilməyib.
Müəlliflərə görə pəhriz içkilərinin sağlam kimi qavranması sənaye mənşəli tədqiqatlar və içki şirkətlərinin sponsor olduğu tədqiqatlar səbəbindən yaranır və buna diqqət yetirilməlidir.
Nəticə olaraq pəhriz içkilərinin çəki artımının qarşısını almaqdakı rolunu dəstəkləyən qəti sübutların olmaması və sağlamlığa digər uzunmüddətli təsirlər barədə tədqiqatların olmaması pəhriz içkilərinə “sağlam qidalanmanın bir hissəsi” deməyin erkən olduğunu göstərir. Pəhriz içkisinə güvənərək qidalanmamızı buna görə qurmamalı olduğumuzu yadda saxlamağın faydalı olduğunu düşünürəm.
Mənbələr
Artificially sweetened beverages Artificially sweetened beverages and the response to the global obesity crisis.
PLOS Medicine, doi: https://dx.doi.org/10.1371/journal.pmed.1002195, published online: 3 January 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.