Prion nədir? Xərçəngə səbəb olurmu?

Prionların ümumi tərifi xəstəliklər yaradan yoluxdurucu zülallar şəklindədir. Lakin prion yanlış modifikasiyayauğrayaraq digər zülalların da fəaliyyətinin pozulmasına səbəb olan hər hansı zülal kimi ifadə edilə bilər.
Prionlar normal olaraq hüceyrələrdə olan hüceyrə səthi molekuludur. Prionların bir çox xəstəlikdə fəallığı yüksəkdir, lakin normal fizioloji funksiyaları bilinmir. Prionların yaratdığı xəstəliklər sporadik, irsi və infeksiyaya bağlı ola bilər. Prion xəstəliklərinin çoxu hər hansı səbəb olmadan yaranır.
Prionların xərçəngləşmədə roluna yönəlmiş tədqiqatlar hələ başlanğıc mərhələdədir. Bir çox araşdırmada prion zülalının şiş böyüməsində, metastazındavə dərman davamlılığında rol oynadığı müəyyən edilib. Həmçinin xərçəng kök hüceyrələrinin özünü yeniləməsində prionların töhfəsi müəyyən edilib. Bir çox xərçəng hüceyrəsində prion zülalının fəallığı yüksək olub.
Vurğulamaq vacibdir ki, prionlar DNA-ya ehtiyac olmadan öz-özünə çoxala bilən zülal strukturlarıdır. Beləcə fəaliyyəti pozulmuş zülalların miqdarı artır. Bu halda epigenetik amillərin də təsiri nəzərdən qaçırılmamalıdır. Prionların xərçəngləşmədə rolunu gen və ətraf mühit əlaqəsini araşdıran epigenetika ilə zülalları araşdıran proteomika elminin birgə tədqiqatları ilə anlamaq mümkün olacaq.
Mənbələr
Targeting prion protein interactions in cancer.
Prion. 2015;9(3):165-73.
2. Xiaowen Yang, Yan Zhang, Lihua Zhang, Tianlin He, Jie Zhang and Chaoyang Li.
Prion protein and cancers.
Acta Biochim Biophys Sin (2014) 46 (6): 431-440.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.