Prostat xərçəngini aşkarlayan itlər

Bu məqalədə
Prostat xərçəngi, dünyada kişilərdə xərçəngə bağlı ölümlərin ikinci səbəbidir. Prostat xərçəngi üçün Prostat Spesifik Antigen (PSA) skrininqindən əlavə daha həssas və spesifik / özgül diaqnostika strategiyasına ehtiyac var.
Xərçəng diaqnozu üçün itlərin həssas burnuna güvənmək
Geniş istifadə edilən Prostat Spesifik Antigen (PSA) skrininq testləri aqressiv prostat xərçəngi olan kişilərdə bunu gözdən qaçıra və ya aşağı riskli hallarda xərçəngin aqressiv olduğunu göstərə bilər. Alternativ testlər araşdırılmağa davam edir. İtlərin sidik nümunələrindən prostat xərçəngini aşkarlayaraq yüksək dəqiqlikli nəticə vermək üçün öyrədilə bildiyini göstərən tədqiqat da var. Lakin itlərlə genişmiqyaslı xərçəng skrininqi əlverişsiz olacaq.
Florin prostat xərçəngi olan və ya olmayan kişilərdən alınmış sidik nümunələrini daşıyan fırlanan qurğunu yoxlayır. Dayanıb nümunəyə baxaraq xərçəng baxımından müsbət nümunəni işarələyir və düzgün seçimə görə mükafatlandırılır.
İtlərin bacarığını süni intellektlə birləşdirmək
Guest və həmkarları prostat xərçəngi diaqnostik testlərinin inkişafına kömək edəcək yeni fikirləri ortaya çıxarmaq üçün süni intellekt kimi digər ümidverici aşkarlama üsulları ilə itlərin güclü qoxubilmə qabiliyyətini birləşdirməyə başladılar.

Tədqiqatçılar iki iti sidik nümunəsindən aqressiv prostat xərçəngini aşkarlamaq üçün öyrətdilər. Bu itlər, Gleason balı 9 olan yüksək aqressiv prostat xərçənginin aşkarlanmasında %71 həssaslıq (həqiqi müsbət halları müəyyən etmə qabiliyyəti) və %70 – 76 spesifiklik (mənfi halları düzgün müəyyən etmə qabiliyyəti) göstərdi.

(A) Təcrübədə iştirak edən itlər: Florin və Midas. (B) Nümunələri qoxladıqları qablar. (C) Nümunələrin olduğu metal test qablarının yerləşdirildiyi qollar. (D) İkiqat kor təcrübədə biopsiyası mənfi nəzarət və xərçəng nümunələrinin müqayisəsi.
Komanda sidik nümunələrinə iki laboratoriya aşkarlama üsulu da tətbiq etdi: uçucu birləşmələrin Qaz Xromatoqrafiyası – Kütlə Spektrometriyası (GC-MS) və sidikdə təbii olan mikrob növlərinin analizi. Hər iki üsul xərçəng-mənfi və xərçəng-müsbət arasında mühüm fərqlər aşkar etdi.
Nəhayət, tədqiqatçılar itlərin diaqnozlarına əhəmiyyətli töhfə verən spektroskopiya məlumatlarının müəyyən hissələrini tapmaq üçün süni neyron şəbəkəsi (süni intellekt tətbiqinin növü) işlətdilər və itlərin məlumatlarından istifadə etdilər. Nəticələr daha geniş tədqiqatların irəliləmiş prostat xərçənginin aşkarlanmasını yaxşılaşdırmaq və itlərin qoxubilmə qabiliyyətini təkrarlayan yeni diaqnostik vasitələr hazırlamaq üçün bu tam fərqli metodologiyaları daha çox inteqrasiya edə biləcəyini göstərdi.
Tədqiqat müəlliflərindən şərh: “İtin performansını sensorlar və beyinlər kimi təqlid etməyin mümkün olduğunu göstərdik, indi növbə bu texnologiyanı hər ağıllı telefona yerləşdirməkdədir.”
Mənbələr
2. Learning from prostate cancer-detecting dogs to improve diagnostic tests. (2021, Feb 17). Science Daily: https://www.sciencedaily.com/ adresinden alındı
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.