Gleason skoru nədir? Prostat xərçəngində Gleason dərəcələri necə hesablanır?

Gleason skoru prostat xərçəngi hüceyrələrinin çoxalma və yayılma sürətləri barədə fikir verən və xərçəngli hüceyrələrin normal hüceyrələrdən fərqlənmə dərəcəsini qiymətləndirən ballandırmadır. Gleason skoru 2-10 arasında dəyişir və skor artdıqca xərçəngin daha aqressiv, irəliləməsinin daha sürətli olduğu mənasına gəlir.
Patologiya mütəxəssisi mikroskop altında prostatdan biopsiya proseduru ilə götürülmüş toxuma nümunəsində Gleason nümunələrini araşdırır. Gleason nümunələri 1-dən 5-ə qədər rəqəmlərlə ifadə edilir. Mikroskop altında 1. nümunədə xərçəngli prostat hüceyrələri normal prostat vəziləri görünüşündə olduğu halda, 5. nümunədə normal vəzi görünüşü ya çox nadir müşahidə olunur, ya da heç görülmür. Bu, anaplastik karsinomaya uyğun gəlir.
Patologiya mütəxəssisi sonra şiş nümunəsində əsasən müşahidə etdiyi nümunələri müəyyən edir. Üstünlük təşkil edən nümunəyə birincili nümunə deyilir (bütün müşahidə olunan nümunələrin %50-sindən çox olmalıdır). Sonra tezliklərinə görə ikincili (%5-dən çox, lakin %50-dən az) və üçüncülü nümunələri müəyyən edir.
Sonda patoloq “yekun Gleason skorunu” birincili və ikincili nümunələrin rəqəmlərini toplayaraq müəyyən edir. Yalnız 2 nümunə görülübsə, birincili və ikincili nümunə rəqəmləri toplanaraq Gleason skoru alınır. Lakin 3 nümunə görülübsə, birincili nümunə ilə yüksək dərəcəli nümunə toplanaraq Gleason skoru alınır. Məsələn, birincili nümunə skoru 2, ikincili nümunə skoru 3, lakin bəzi hüceyrələr 4. dərəcədədirsə, Gleason skoru 2+4=6-dır.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.