Prostat biopsiyası nədir? Hansı hallarda və necə edilməlidir?
Oxu alətləri
Mənbələr

Bu məqalədə
Prostat biopsiyası kimlərə edilməlidir?
Az miqdarda, yavaş və ya kəsik-kəsik sidik, sidikdə qan kimi prostat xərçəngi əlaməti ola biləcək sidik yolu şikayəti olan və ya şikayətsiz nəzarət üçün müraciət edən kişilərdə barmaqla rektal müayinə və qanda PSA nəticəsi xərçəng şübhəsi yaradırsa biopsiya tövsiyə olunur.
İlk biopsiya qərarı
- Barmaqla rektal müayinə tapıntısı və/və ya qanda PSA-nın şübhəli artımı biopsiya qərarına yetər.
- Prostat xərçəngi diaqnoz, müalicə və izləmə təlimatlarının çoxu 3.0 ng/ml-dən yuxarı serum total PSA-nı yüksək sayır və biopsiya tövsiyə edir.
- Total PSA artan kişilərdə antibiotiklə PSA dəyişməsi və ya dəyişməməsi biopsiya qərarına təsir etmir.
Prostat xərçəngi biopsiya texnikası necə olmalıdır?
- Biopsiya transrektal ultrasəs (TRUS) ilə ən azı 10-12 ocaqdan edilməlidir.
- Ultrasəs müşayiətində anusdan daxil olub prostatdan nümunə alınmasıdır.
- Yerli anesteziya ilə edilir, ümumi anesteziya istifadə edilmir.
- Biopsiya səhəri imalə ilə bağırsaq təmizlənir, xəstəxanada yatmaq lazım deyil.
İlk biopsiya nəticəsi
- Patoloqun araşdırdığı biopsiya benign (xoşxassəli) olarsa izləmə lazımdır.
- Xərçəngdirsə müalicə baxımından qiymətləndirilməlidir.
- Atipik kiçik asinar proliferasiya (ASAP) və ya çox ocaqlı yüksək dərəcəli prostatik intraepitelial neoplaziya (HGPIN) olarsa biopsiya təkrarlanmalıdır.
Təkrar biopsiya
- İlk biopsiyada ASAP və ya çox ocaqda HGPIN, yaxud benign nəticəli kişilərin izlənməsində total PSA-nın davamlı yüksəlməsi və ya yeni müayinə tapıntısı təkrar biopsiya tələb edir.
- Təkrar biopsiya saturasiya texnikası və ya genişləndirilmiş biopsiya ilə edilməlidir.
- Ümumən ilk biopsiyadan 3-6 ay sonra tövsiyə olunur.
Mənbələr
Prostat Kanseri Yol Haritası,
Uluslararası Kılavuzlar ve Klinik Deneyimler Işığında Prostat Kanserine Yaklaşım Önerileri
Uluslararası Kılavuzlar ve Klinik Deneyimler Işığında Prostat Kanserine Yaklaşım Önerileri
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.