Məzmuna keç
Prof. Dr. Mustafa Özdoğan · Tibbi onkologiya mütəxəssisi

Təəccübümü gizlədə bilməyəcəyəm: Sən demə, stress xərçəngə səbəb olmurmuş!

Təəccübümü gizlədə bilməyəcəyəm: Sən demə, stress xərçəngə səbəb olmurmuş!

Elm bəzən insana “Yox daha, bu qədər də olmaz!” dedirdə bilir. Bəzən də işimizə gələni bir neçə elmi məlumat qırıntısı ilə birləşdirib ənənəvi həqiqətlər yarada bilirik. İllər sonra doğru qəbul edilən bu qənaətlərimiz elmi məlumatlarla təkzib edilməyə başlayanda isə təəccüblənə bilirik.

“Həyat yoldaşım son bir ildə məni çox üzdü, xərçəng oldum.”, “İş yerində çox bədbəxt oldum. Buna görə xərçəng oldum.” və ya “Qızım məni çox üzdü, buna görə, doktor, verdiyiniz müalicələr işə yaramadı, xəstəliyim irəlilədi.” kimi xəstə ifadələri ilə bir onkoloq olaraq gündəlik həyatımda dəfələrlə qarşılaşıram.

Bu mövzunu araşdıran elmi ədəbiyyatı illər boyu həmişə izləmişəm və bu deyilənlərə əsas olacaq məlumatları mən də bir fərd olaraq tapmağa çalışmışam. Həyatda qarşılaşdığımız bir çox çətinliyin yaratdığı kədərlə bədənimizin müdafiə sisteminin zəiflədiyi, bunun da xərçəngə meyil yaratdığı həmişə ağlımızın bir küncündədir. Bu günədək bu yanaşmanı dəstəkləyən tədqiqatlar oxusam da, aparılan bu tədqiqatların son dərəcə zəif olduğunu və bu qənaətə aydınlıq gətirməyə yetmədiyini müşahidə etmişəm.

Buna görə də son dərəcə nüfuzlu jurnallardan olan Avropa Epidemiologiya Jurnalında dərc edilmiş yeni bir tədqiqatın nəticələrini sizinlə paylaşmaq istədim. Yerləşmiş inanclarımızın əksinə, bu tədqiqatın nəticələri stresslə xərçəng arasında əlaqə qurulmadığını göstərmişdir. Xərçəngin sadəcə şəxsi və ictimai müşahidələrlə izah edilə bilməyən xəstəliklər qrupundan olduğunu ortaya qoymuşdur.

Bu tədqiqatda travmadan sonrakı stress xəstəliyi (travma yaradan hadisədən sonra həmin hadisəyə bağlı yaşanan həddindən artıq həyəcan, narahatlıq və stress nəticəsində yaranan psixoloji pozuntu) ilə müxtəlif xərçəng növləri arasındakı əlaqə araşdırılmışdır. Cinsiyyət və yaş nisbəti nəzərə alınaraq aparılan tədqiqatda 1995-2011-ci illər arasında travmadan sonrakı stress diaqnozu qoyulmuş, 16 yaşından böyük yetkin danimarkalılar incələnmişdir. Orta hesabla 16 illik müşahidə nəticəsində 4131 yetkinin (% 60-ı qadın) travmadan sonrakı stress diaqnozu qoyulduqdan sonrakı ilk il xərçəngə tutulmadığı müəyyən edilmişdir. Sonrakı illərdə də xərçəng xəstəliyinə tutulma nisbətinin travmadan sonrakı stress xəstəliyi ilə əlaqəli olmadığı görülmüşdür. Aparılan bu genişmiqyaslı tədqiqatdan əldə edilən nəticələr travmadan sonra yaşanan stress xəstəliyi ilə bir çox xərçəng növü arasında heç bir əlaqənin olmadığını göstərir.

Qeyd etmək istəyirəm ki, bu tədqiqat bədənimizin immun (immunitet) sistemi ilə xərçəng arasında əlaqə olub-olmadığını araşdırmır və biz də belə bir əlaqənin olmadığını iddia etmirik. İmmun sistem ilə xərçəng arasındakı əlaqə sübut edilmiş mexanizmdir. Üstəlik, bu sahədə yeni hazırlanmış müalicələr xərçəng müalicəsində sanki yeni bir dövr açır. Aparılan bu tədqiqatın nəticəsi isə həyatımızda qarşılaşdığımız, ciddi səviyyədə stress yarada bilən, bizi kədərləndirə bilən problemlərin xərçəngin yaranmasına təsirinin demək olar ki, nəzərə alınmamalı olduğu istiqamətindədir.

Əziz dostlarım, əvvəllər aparılmış bəzi tədqiqatların nəticələri stressin xərçənglə əlaqəli ola biləcəyini göstərmişdir. Lakin bu tədqiqatdan əldə edilən məlumatlar “stress mənşəli xərçəng” təsəvvürünü dəyişdirəcək xarakterdə ola bilər.

Epidemiologiya: Cəmiyyətdə xəstəlik, qəza və sağlamlıqla bağlı vəziyyətlərin paylanmasını, rastgəlmə tezliyini və bunlara təsir edən göstəriciləri öyrənən tibb elmi sahəsi.

Mənbələr

Gradus JL, Farkas DK, Svensson E, et al.
Posttraumatic stress disorder and cancer risk: a nationwide cohort study.
Eur J Epidemiol. 2015;30(7):563-568.
DROZDOGAN SÜNİ İNTELLEKT

Bu məqaləni birlikdə araşdıraq

Məqalə haqqında sual verin və cavabları saytımızdakı yayımlanmış mənbələrlə birlikdə oxuyun.

DROZDOGAN SÜNİ İNTELLEKT

Drozdogan Köməkçisi

Təəccübümü gizlədə bilməyəcəyəm: Sən demə, stress xərçəngə səbəb olmurmuş!

Məqalə haqqında sual verin və cavabları saytımızdakı yayımlanmış mənbələrlə birlikdə oxuyun.

Söhbət və məxfilik məlumatı

Bu söhbətə Drozdogan Köməkçisi cavab verir. Səlahiyyətli sayt idarəçiləri onu keyfiyyət üçün nəzərdən keçirə bilər. Şəxsi məlumat paylaşmayın.

Cavablar OpenAI infrastrukturu ilə hazırlanır. Suallar və cavablar həmin xidmət tərəfindən işlənir; söhbət qeydləri saytımızda saxlanılır. Şəxsiyyət, əlaqə və ya şəxsi sağlamlıq məlumatlarını paylaşmayın.

0 / 1000

Yalnız məlumat üçündür; fərdi diaqnoz və ya müalicə məsləhəti verilmir.

Əlaqəli məqalələr

Bu mövzuda digər məqalələrə baxın.

Yeniliklərdən xəbərdar olun

Yeni məqalələri və elmi yenilikləri e-poçtla alın.

Google Analytics ümumi səhifələrdə bu pəncərədən asılı olmadan işləyir və analitik kukilərdən istifadə edə bilər. Buradakı seçiminiz yalnız xarici xidmətləri idarə edir.