Tütün məhsulları haqqında ikinci dəfə yanılmaya şahid olmaq üzrəyik

Siqaret istifadəsi bütün dünyada qarşısı alına bilən ölüm səbəblərinin başında gəlir. Siqaret təkbaşına bütün xərçəng ölümlərinin %30-una, ağciyər xərçənglərindən ölümlərin isə %87-sinə cavabdehdir. Siqareti tərgitmək şəxsin fərdi xərçəng riskini azaltmaq üçün ən mühüm amildir. Tütün istifadəsi ABŞ-da qarşısı alına bilən xəstəlik və ölümün aparıcı səbəbi olaraq qalır və ildə 480.000-dən çox ölümə səbəb olur. Siqaret çəkmənin səbəb olduğu xərclə yanaşı, tütün üçün səhiyyə xərcləri ilə ildə təxminən 300 milyard dollarlıq məhsuldarlıq və xərc itkisi cəmiyyət üçün ciddi maliyyə yükü yaradır.
1850-ci il dünyada siqaretdən ilk dəfə bəhs edilən il idi. O zamandan bu günə gəlib çatması isə bir çox müxtəlif strategiya və hətta inanmaq istəməyəcəyimiz marketinq üsullarını əhatə edirdi. Məsələn, 1920-ci illərdə siqaretin zərərləri tədqiqatçılar tərəfindən ortaya qoyulsa da, o dövrün siqaret reklamlarında həkimlər, idmançılar və hətta körpələr yer alırdı. Necəmi?

- Məni danlamazdan əvvəl bəlkə bir siqaret yandırasan, ana.
- Bəli. Tüstü altında da qalmayacaqsan. Bu, Marlboro-nun möcüzəsidir. .
- 20,679 klinisist Lucky siqaretlərinin boğazı daha az qıcıqlandırdığını deyir... .
Siqaretin bu günədək gəlib çatmasında buna bənzər bir çox strategiya istifadə edilmişdir. Bu günə qədər həmişə nikotin tərkibinin tənzimlənməsi və daha az zərərli tütün məhsullarının istehsalı bəhanəsi önə sürülürdü. Və təəssüflə bildirməliyəm ki, bunun bənzərini ötən cümə Amerika Qida və Dərman İdarəsi FDA-nın açıqlamasında yenidən yaşadıq. Məsum olmadığını hər fürsətdə bildirməyə çalışdığımız elektron siqaretlər haqqında etdikləri son açıqlama tütün məhsullarının təkamülünə kömək edəcək növdəndir.
E-siqaret, məlum olduğu kimi siqaret çəkməni təqlid edən, müxtəlif nisbətlərdə kimyəvi maddələr və asılılıq yaradan nikotin qarışığından ibarət elektron cihazdır.
FDA-nın tütün məhsulları və elektron nikotin çatdırılma sistemləri açıqlaması
Açıqlamanın məzmununa gəldikdə, normalda FDA, elektron siqaretlərin lazımi tənzimləmələrə uyğun olması üçün istehsalçılara müəyyən müddət vermiş və nikotin tərkibli alternativ tütün məhsulu olan e-siqaret satışını təsdiqləmədiklərini bildirmişdi. Verilən müddət bu günlərdə bitəcəkdi və əksər e-siqaret istehsalçıları məhsullarını bazardan çəkməyə hazırlaşırdı. Cümə günü açıqlamalarında isə FDA bu müddəti 8 avqust 2021-ci ilədək uzadaraq böyük sağlamlıq böhranına qapı açdı. Daha da üzücü olanı, bu müddətdə FDA Elektron Nikotin Çatdırılma Sistemləri (ENDS) və yanmayan e-siqaret məhsulları üçün müraciətlərin qiymətləndiriləcəyini və təsdiq verə biləcəklərini bildirdi. FDA komissarı Doktor Scott Gottlieb açıqlamasında “nikotinə ehtiyacı olan və ya istəyən yetkinlərin onu alternativ və ya daha az zərərli mənbələrdən təmin edə bilməsi işimizin əsası olmalıdır” deyərək getdikcə populyarlaşan e-siqaret istehlakına müəyyən mənada yaşıl işıq yandırdı.
Nəticə olaraq, “Elektron siqaret tütün istifadəsini azaltmağa yarayan məsum cihazdırmı, yoxsa tütün şirkətlərinin də elektron siqareti dəstəklədiyini nəzərə alsaq, onlar üçün ikinci şansdırmı?” sualı yenidən ağla gəldi. Yenə Doktor Scott Gottlieb-in açıqlamasında keçən istiqaməti dəyişirik cümləsinin bizə necə təsir edəcəyini qarşıdakı günlərdə birlikdə görəcəyik. Biz əvvəllər siqareti tərgitmə məhsulu, indi isə siqareti tərgitdirən deyil, lakin daha az zərərli alternativ kimi bazara çıxarılmağa çalışılan e-siqaret istifadəsini tövsiyə etmir, bütün tütün və tütün məhsullarının istifadəsinə qarşı olduğumuzu hər fürsətdə bildiririk.
Mənbələr
fda.gov
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.