Uşaqların davranış problemlərinə bir çarə: məhəllə oyunları və idman

Uşaqlarımızın davranışlarının qaydaya düşməsini, həm fiziki, həm emosional sağlam olmasını istəyiriksə, onları hərəkətə təşviq etməliyik. Yeni tədqiqatlar gün ərzində məşq və idmanı uşaqların davranış problemlərinə çarə kimi tövsiyə edir. İdman / məşq / fiziki fəaliyyətlərlə həm fiziki, həm emosional rifahı təmin etmək mümkündür. Fiziki aktivliyin həmçinin piylənmə riskini azaltdığını, uşaqların fiziki inkişafını dəstəklədiyini, ürək-damar inkişafına töhfə verdiyini bilirdik. Bəs fiziki aktivliyin birbaşa beyinə təsir etdiyini bilirdinizmi?
Harvard Universitetinin tədqiqatçıları gənc şagirdlərdə (13-19 yaş aralığında) autizm spektri pozuntusu, hiperaktivlik pozuntusu, narahatlıq və depressiya kimi hallara yönələrək bu tədqiqatı aparmışlar. Bu gənclərlə ən azı 7 həftə davam edən tədqiqatın sonunda, 7 həftədən sonra onların sinifdəki uyğun olmayan davranışlarının yarıbayarı azaldığı müşahidə edildi.
Müntəzəm fiziki aktivlik edən şagirdlərin diqqəti cəmləmə bacarıqları artmış, konsentrasiya problemi və narahatlıqları azalmışdır. Bunların nəticəsində:
Riyaziyyat və şifahi dərslərdə uğurun artdığı, aktiv və formada olan uşaqların ümumilikdə məktəbdə daha uğurlu olduqları görüldü.
Mövzu barədə başqa tədqiqat Norveçdə aparılmışdır. Burada daha çox fiziki aktivlik edən 6 ilə 8 yaş arasındakı uşaqlarda narahatlıq, bədbəxtlik və depressiya kimi əlamətlərin azaldığı müşahidə edilmişdir.
Tədqiqatçılara görə yeniyetmə uşaqlar
- Velosiped sürmə
- Komanda idmanları (basketbol, voleybol, futbol),
- Üzgüçülük
- Rəqs
- Aerobika kimi idman fəaliyyətlərinə və ya kurslarına yönləndirilməlidir.
Yalnız gəzinti vərdişi belə uşağın hərəkət etməsi üçün mühümdür. Boş vaxtlarında fiziki fəaliyyətli sevdikləri oyunlara təşviq edilməlidirlər.
Nəticə etibariləhəftədə ən azı 2 dəfə 40 dəqiqə və daha çox fiziki aktivlik uşaqlara yalnız fiziki deyil, davranış və emosional baxımdan da mühüm töhfə verir. Uşaqlarınızın bütün günü evdə rəqəmsal oyuncaqları ilə hərəkətsiz qalmasındansa çölə çıxıb məhəllə oyunlarına və ya müntəzəm idman kursuna qoşulmasını təmin edə bilərsiniz. Hətta biz yetkinlər unudulmuş məhəllə oyunlarını uşaqlarımıza öyrədə, ilk oyunlarında onlara qoşula bilərik.
Mənbələr
If we want our kids to do well, they need more movement during the school day.
HealthDay News, Jan 09, 2017
2- Children's physical activity starts declining at age 7, U.K. study indicates
Researchers recommend promoting exercise among boys and girls, well before adolescence. Susan Noakes, CBC, Mar 14, 2017
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.