Xərçəng və immun sistemi hüceyrələrinin hibrid yaratması elm dünyasını təəccübləndirdi

Xərçəng hüceyrələri immun sistemindən istifadə edərək sürətlə yayılmaq qabiliyyətinə malikdir. 1900-cü illərdə alman patoloq Otto Aichel xərçəng hüceyrələri ilə müxtəlif növ ağ qan hüceyrələrinin əlaqələrini araşdırmışdı. Xərçəng hüceyrələrinin ağ qan hüceyrələri ilə birləşərək (hibrid yaradaraq) daha sürətlə yayıldığını müşahidə etmişdi. Bu günədək bu mövzuda az sayda araşdırma var idi. Sentyabr 2018-ci ildə Science-da dərc olunan araşdırmada xərçəng hüceyrəsi hibridləri siçan modellərində və xərçəng xəstələrindən alınan qan nümunələrində aşkar edildi. Hibrid xərçəng hüceyrələri xərçəngdə pis gedişatın göstəricisi kimi müşahidə edildi.
Araşdırmada xərçəng hüceyrəsinin immun sistemi hüceyrələri ilə hibrid yaradıb-yaratmadığı heyvan modellərində və insandan alınan qan nümunələrində araşdırıldı. Əvvəlcə kolon xərçəngləri və dəri xərçəngi hüceyrələrinin immun sisteminin hüceyrəsi olan makrofaqla əlaqəsi araşdırıldı.
Araşdırma nəticələrinə görə:
- Siçana yeridilən xərçəng hüceyrələrinin və makrofaqların bir-birinə bağlanaraq hibrid yaratması real vaxt mikroskopları ilə görüntüləndi.
- Solid (bərk) şişləri olan xəstələrdən alınan qan nümunələrində xərçəng hibrid hüceyrələri aşkar edildi. Bu xəstələrdə xəstəliyin gedişinin olduqca pis olduğu görüldü.
Bəs bu araşdırma bizə nə ifadə edir?
- Şiş hüceyrələri ilə immun sistemi hüceyrələrinin hibrid yaratdığı aşkar edildi. Qanda dolaşan bu hibrid hüceyrələr xərçəngin metastaz verməsini və aqressiv böyüməsini dəstəkləyir.
- Qanda dolaşan xərçəng hibrid hüceyrələrinin sayının qanda dolaşan şiş hüceyrələrindən daha çox olduğu görüldü. Eyni zamanda qanda dolaşan şiş hibrid hüceyrələri xəstəliyin gedişini və mərhələsini daha yaxşı proqnozlaşdırır.
- Xərçəng xəstəsində hibrid xərçəng hüceyrələrini tutmaq olduqca çətindir. Buna görə bu növ hüceyrələri tutmaq üçün yeni maye biopsiya texnikalarına ehtiyac duyulur.
Qanda dolaşan hibrid xərçəng hüceyrələri qanda dolaşan şiş hüceyrələrindən daha təsirli və daha düzgün göstərici ola bilər.
Mənbələr
Cell fusion potentiates tumor heterogeneity and reveals circulating hybrid cells that correlate with stage and survival
Science Advances. 12 Sep 2018.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.