Xərçəngin necə yayıldığına dair yeni məlumatlar – Bir-biri ilə danışan xərçəng hüceyrələri

Xərçənglərin nəzarətsiz hüceyrə çoxalması ilə xarakterizə olunan xəstəliklər qrupu olduğunu bilirik. Bununla belə, xərçəng hüceyrələri metastaz verməyə, yəni ilk yerləşdiyi yerdən bədənə doğru yayılmağa başlayanda xəstəlik daha çətin hala gəlir.
Oncogene adlı jurnalda Heide Ford və Micheal Lewis adlı alimlərin əməkdaşlığı ilə dərc edilmiş yeni tədqiqatda süd vəzi xərçəngi hüceyrələrinin metastaz verməsini izah edən yeni mexanizm və onu ləngitməyin potensial yolları açıqlanıb.
Ford, “Metastaz çox yaxşı həll olunmayan böyük problemdir” deyir.
"Metastaz prosesinin necə basqılanacağı və ya digər nahiyələrdəki metastatik hüceyrələrin böyüməsinin necə dayandırılacağı hələ həllini gözləyən məsələdir və metastaz əksər xərçəng pasiyentlərinin həyat itkisinə səbəb olur. İstər hədəfə yönəlmiş dərmanlar, istərsə də daha az hədəfə yönəlmiş kimyaterapiyalar olsun, geniş istifadə edilən xərçəng dərmanlarının çoxu birincili/əsas şişin basqılanmasında olduqca yaxşı işləyir. Lakin xərçəng hüceyrələri metastaz verəndə dərmanlarla basqılanmayacaq qədər dəyişə bilər."
Kritik çevrilmə
Ford və komandasının araşdırdığı "çevrilmə", bir-birinə daha sıx yapışan və bədənin başqa nahiyələrinə yayılma ehtimalı daha aşağı olan epitel hüceyrələri adlandırılan hüceyrələr daha miqrasiyaedici, bədənin digər nahiyələrini istila etmə ehtimalı daha yüksək olan mezenximal hüceyrələrin xüsusiyyətlərini qazanmağa başlayanda baş verir. Bu çevrilmə “epithelial-to-mesenchmal transformation (epiteldən mezenximala çevrilmə)” kimi təsvir edilir.
"Epitel xərçəng hüceyrələri mezenximal hüceyrələrin bu xüsusiyyətlərini qazanmağa başlayanda qonşu hüceyrələrə daha az yapışan və hüceyrə membranını pozmaqda daha bacarıqlı hala gəlirlər. Beləliklə, qan dövranına daha asan daxil ola bilirlər."
Bir-biri ilə danışan xərçəng hüceyrələri
2017-də Ford metastaz prosesinə, epithelial-to-mesenchymal çevrilmə keçirmiş hüceyrələrin çevrilməmiş hüceyrələrlə “danışmağa” başlayanda həmin hüceyrələrin metastatik xüsusiyyətlər qazanma ehtimalını artırmaqla kömək etdiyini göstərən tədqiqat dərc etmişdi.
Dekabrda yeni dərc edilmiş tədqiqatda isə Ford və araşdırmaçıları Baylor Tibb Kollecindən Lewis və həmkarları ilə birlikdə apardıqları işdə bu “danışığın” VEGF-C adlandırılan, təbii yolla yaranan zülal vasitəsilə baş verdiyini irəli sürürlər.

Ford belə deyir: “VEGF-C hüceyrələr tərəfindən ifraz olunur. Qonşu hüceyrələrin üzərindəki reseptorlara bağlanırlar və sonra hedgehog siqnal yolu adlandırılan yolun aktivləşdirilməsində ənənəvi yolu keçmədən bu yolu aktivləşdirir. Bu da nəticədə həmin hüceyrələri daha invaziv və miqrasiyaedici edən, GLI adlandırılan zülalın aktivləşməsi ilə nəticələnən siqnal mexanizmini işə salır.”
Bu yeni nəşrlərində Ford, Lewis və komandaları VEGF-C istehsalını basqılaya bilsəniz, metastazı əhəmiyyətli dərəcədə ləngidə biləcəyinizi göstərirlər.
“Çevrilmə keçirməmiş hüceyrələrdən siqnal qəbul edən reseptorları götürsəniz və ya VEGF-C-ni əngəlləsəniz, metastazı eyni dərəcədə stimullaşdıra bilməzsiniz. Bu fərqli hüceyrə növlərinin “danışma” qabiliyyətini alsanız, onda heç çevrilməmiş hüceyrələr artıq hərəkət edə bilmir. Effektiv metastaz verə bilmirlər.”
Tədqiqatçılar indi metastazı daha yaxşı basqılamaq və həmin siqnal yolunu hədəfləyən ən yaxşı üsulu tapmaq üçün heyvan təcrübələrinin ilkin mərhələsindədirlər. Metastazı tam dayandırıb-dayandıra bilməyəcəklərini, metastaz prosesi artıq başlamış pasiyentlərdə bu prosesi ləngidib-ləngidə bilməyəcəklərini müəyyən etmək istəyirlər; həmçinin ikincili nahiyələrdə şiş böyümələrini basqılayıb-basqılaya bilməyəcəklərini də görmək istəyirlər.
"Uzun illərdir insanlar metastazı basqılamağın effektiv yolunu tapmağın mümkün olmadığını söyləyirlər. Hüceyrələr xərçəng simptom vermədən şişdən çıxa bilər. Lakin bu, mütləq doğru olmaya bilər. Hazırda məlumatlar göstərir ki, ikincili nahiyəyə metastaz vermiş hüceyrələriniz varsa – məsələn, süd vəzi xərçənginiz var və hüceyrələriniz ağciyərlərə gedibsə – ağciyərlərinizdəki həmin hüceyrələr əslində başqa nahiyəyə metastaz verməyə başlayır. Bu prosesin hansı mərhələsində olmağınızdan asılı olmayaraq onu dayandırmaq istəyirsiniz."
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.