Xoşbəxtliyi pulla almaq olarmı? Düzgün şeyə xərclənərsə, bəli!

Yeni tədqiqat işlərimizin bir hissəsinin görülməsi və özümüzə ayırdığımız vaxtı artırmaq üçün başqa birini işə götürməyə pul xərcləməyin daha xoşbəxt olmağımıza kömək etdiyini göstərdi.
Kanadadakı British Columbia Universiteti ilə Boston Harward Business School tədqiqatçıları bir araya gələrək Pul bizə xoşbəxtlik ala bilərmi? sualına cavab axtarırlar.
Mövzunu araşdıran professorlara görə pul ən çox vaxt satın almaq üçün faydalıdır. Məsələn, ev işlərinə köməkçi və ya uşaq baxıcısı kimi.
Dünya üzrə aparılmış tədqiqata görə şəxsi gəlirin artdığı ölkələrdə boş vaxt lüksə çevrilmişdir. Boş vaxtın azalması insanlarda bədbəxtlik, narahatlıq və yuxu problemlərinə səbəb olur.
Buna görə tədqiqatçılar köməkçi, ev təmizliyi, alış-veriş, uşağa baxım kimi boş vaxtı artıra biləcək alternativlərə pul ayırmaqla daha xoşbəxt olmağın mümkünlüyünü düşünüb araşdırdılar.
Vaxt qazanaraq daha xoşbəxt olmaq mümkündür
ABŞ, Niderland, Kanada və Danimarkadan 4,469 nəfərin məlumatları təhlil edildi. Bütün iştirakçılar boş vaxtları və işlərini həll etmək üçün köməkçiyə xərclədikləri pul barədə bütün məlumatları verdilər.
Tədqiqatın sonunda iştirakçıların %28-inin vaxt qazandıran xərclərə pul ayırdığı müəyyən edildi. Bu insanların eyni zamanda daha xoşbəxt və həyatlarından daha məmnun olduqları ortaya çıxdı. İştirakçılar ev işləri üçün köməkçiyə pul ayırmaqla özlərinə vaxt ayıra bildiklərinə görə ümumiyyətlə daha xoşbəxtdirlər.
Nəticə olaraq, xoşbəxtliyi birbaşa almaq mümkün olmasa da, insanların özlərinə vaxt ayırmaq üçün xərclədikləri pul xoşbəxtliyi artıra bilər.
Mənbələr
Ashley V. Whillansa, Elizabeth W. Dunnb, Paul Smeets.
Buying time promotes happiness.
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.