Yanlış qatlanmış p53 zülalı və xərçəng

Zülallar düz amin turşusu zəncirləri şəklində sintez edilir və aktivləşmək üçün 3D formasını almaq məqsədilə qatlanırlar. Zülalların yanlış qatlanması və aqreqasiyası (topalaşması) Alzheimer, Parkinson, ALS (amiotrofik lateral skleroz) kimi neyrodegenerativ xəstəliklərlə yanaşı xərçəngin yaranmasına da səbəb ola bilər. Yanlış modifikasiyalı və xəstəlik yaradan bu zülallar prion adlandırılır. Yanlış qatlanıb topalaşan zülallar zülal inaktivasiyasına gətirərkən aqreqatlar (topalar) hüceyrədaxili funksiyalara və ya hüceyrələrarası siqnallara müdaxilə edərək toksiklik yarada bilər.
Yanlış qatlanmış p53 zülalının topalaşması
TP53 geni tərəfindən istehsal edilən p53 zülalı bütün hüceyrələrdə olur və şişi basqılayan kimi fəaliyyət göstərir. DNA zədələrindən və ya digər hüceyrəvi stresslərdən sonra zülal fosforilləşib sabitləşdikcə p53 səviyyəsi yüksəlir; bu, hüceyrə dövrünü dayandıraraq DNA bərpasını asanlaşdırır və ya zədələnmiş hüceyrələri apoptoza yönəldir.
- Əlaqəli mövzu: Genomun keşikçisi p53-ü idarə edən yeni hüceyrəvi yol kəşf edildi
İnsan şişlərinin %50-dən çoxunda p53 mutasiyalarının aşkar edildiyi çoxdan məlumdur. Daha yeni araşdırmalarda isə mutasiyalı p53-ün şişlərdə və xərçəng hüceyrə xətlərində topalar yaratdığı göstərilib. Həmçinin p53 aqreqatlarının (topalarının) prionların hüceyrədən hüceyrəyə ötürülməsinə bənzər şəkildə hüceyrələrarası yayıldığı müəyyən edilib.
Siçanlarda aparılan təcrübədə p53 mutasiyası və aqreqasiyası olan siçanlarda və xəstələrdə mutasiyası olub aqreqasiyası olmayanlardan daha çox şiş aşkar edilib və bu, aqreqasiyaya meyilli p53-ün mövcudluğu ilə əlaqələndirilib. Bu nəticələr p53-ün həqiqi prionoid olduğunu və metastaz yaranmasında mühüm rol oynadığını göstərib.
Topalaşmanın əsasındakı mexanizmlər zülalın yanlış qatlanma pozuntuları arasındakı fərqləri göstərir. Aqreqatlar hüceyrədaxili və hüceyrəxarici ola bilər və həm hüceyrədaxili, həm də hüceyrəxarici toksiklik yarada bilər.
Terapevtik strategiyalar üçün p53 aqreqasiyasının hədəflənməsi
Prionoid olan p53 aqreqasiyasının bəzi xərçənglərdə mühüm rol oynadığına dair nəticələr xüsusilə p53 aqreqasiyasına müdaxilə edən yeni terapevtik strategiyalara yol açıb. Şaperonlar zülal qatlanmasında iştirak edən digər istilik şoku zülalı (heast shock proteins) qruplarıdır. Şəkil 1-də göstərildiyi kimi, HSP90-histon deasetilaza 6 (HDAC6) şaperon kompleksinin xərçəng hüceyrələrində yuxarı tənzimləndiyi və p53 aqreqatlarını sabitləşdirdiyi göstərilib.
Yaxın zamanda təsdiqlənmiş HSP90 inhibitorları topalaşmağa meyilli p53 versiyası göstərən siçanlarda şiş böyüməsini azaltdı və sağqalım müddətini uzatdı. p53 çatışmazlığı olan digər siçanlar isə HSP90 inhibitoru müalicəsindən təsirlənmədi. Həmçinin p53-ün amiloidlə əlaqəli seqmentinə bağlanan peptid p53 aqreqasiyasını önləyib funksiyasını yenidən tənzimləyir, hüceyrə ölümünü və şiş geriləməsini induksiya edir. Buna görə xərçəng müalicəsinin gedişinin yalnız mutasiyalı genin kimliyindən asılı olmadığı, eyni zamanda mutasiya tipinin də nəzərə alınmalı olduğu təklif edilir.
Şəkil 1: HSP70-in həddindən artıq ekspressiyası və HSP90-ın inhibisiyası yanlış qatlanmış zülalların parçalanmasını artırır.

Nəticə
Zülal sintezindən onların funksional aktiv formaya gəlməsinə qədərki prosesdə zülalların necə qatlanmasına dair hələ məlumat çatışmazlığı var. Bundan əlavə yanlış qatlanmış zülalların topalaşması da sonrakı problemlər yaradır.
Xərçəngdə p53 zülalının yanlış qatlanması və topalaşmasının xərçəng metastazı ilə əlaqəsi hələ proqnozlaşdırılıb. Həmçinin burada təsirli yolları hədəfləyən terapevtik seçimlər metastazın geriləməsinə də töhfə verib. Lakin siçanlarda sınanan bu tətbiqlərin insanlarda faydalı olub-olmadığını anlamaq üçün daha çox araşdırma lazımdır.
Həmçinin prionlarla bağlı araşdırmalarda fərqli zülal aqreqasiyaları arasında aparılan tədqiqatlarda bəzi oxşarlıqlar da müəyyən edilib. Bu, fərqli aqreqasiyaların qismən də olsa eyni yollarla toksiklik göstərdiyini bildirir. Yeni texnoloji inkişaflarla birlikdə bu nəticələr gələcəkdə zülalların yanlış qatlanması ilə bağlı bütün xəstəliklərin təsirli müalicələrinin hazırlanmasına imkan verə bilər.
Mənbələr
Bu məqalə sizə faydalı oldu?
Rəyiniz məzmunumuzu yaxşılaşdırmağa kömək edir.





Oxucu şərhləri
Şərhinizi paylaşın
Adınız və şərhiniz yalnız administrator təsdiqindən sonra dərc olunur. E-poçt ünvanınız ziyarətçilərə heç vaxt göstərilmir.
İlk şərhi siz yazın.